Author: Tasnim Rufizqizi

Bakı,AzerVoice Fələstin ərazilərində Fələstin Muxtariyyətinin yaranmasından bəri, 1990-cı illərin əvvəllərində, İsraildə daxili təhlükəsizliyi qorumaqla məsul olan Şin Bet, İordan çayının qərb sahilində və Qəzza zolağında Fələstin liderlərinin uzun siyahısını öldürməyə müvəffəq olub. Həqiqətə də İsrail bu məslədə üstünlüyünü qoruyub saxlamaqdadır. Belə ki, İsrail həm Fələstin daxilində həm də Fələstin hüdudlarında kənar qətllər törədib. İsrail bunu milli təhlükəsizliyinin qurunması üçün etdiyini bildirir. İsrailin hazırkı müharibədən 9 ay sonra Qəzza zolağında HƏMAS və Əl-Qəssam liderlərinə çatmaqda əldə etdiyi uğur hələ də müzakirə mövzusudur. 9 aylıq müharibədən sonra HƏMAS-ın tanınmış simalarına çata bilməməsini uğursuzluq hesab edənlər də var. Ən azından ona görə ki,…

Ətraflı

Bakı, Arab.AZ ABŞ-ın Qəzzada üzən liman planı uğursuz olsa da, Amerikanın Fogbow şirkəti öz layihəsi ilə davam etməyi planlaşdırır. Pentaqon verdiyi açıqlamada, əlverişsiz hava şəraiti səbəbindən iki dəfə sıradan çıxan üzən limanın bərpa olunmayacağını bildirib. ABŞ prezidenti Co Bayden verdiyi açıqlamada may ayının ortalarında fəaliyyətə başlayan 230 milyon dollarlıq liman layihəsinin “məyusedici” olduğunu etiraf edib. Amerikanın Fogbow şirkəti isə Qəzza zolağına yardım çatdırmaq üçün müvəqqəti liman layihəsi tikməkdə qərarlıdır. Şirkət rəhbərlərindən Mick Mulroy France 24 telekanalına deyib ki, onlar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramı və Amerika ordusu ilə birlikdə Mavi Çimərlik adlı layihə…

Ətraflı

Bakı, Arab.AZ Döyüşlərdə hər bir tərəf adətən qarşı tərəfə pusqu qurmağa can atır. Bu gün İsraillə Hizbullah arasında davam edən müharibədə hər tərəfin pusqu qurduğu görünür. Hər iki tərəf müharibənin miqyasını genişləndirməkdə maraqlı olmadıqlarını təsdiqləsələr də, böyük üstünlüklə onu genişləndirməyə tələsirlər. İsrail tərəfində onun necə genişləndirilməsi ilə bağlı hərbi təlimlər davam edir, sorğular isə ictimaiyyətin bu genişlənməni dəstəklədiyini göstərir. Cəmi iki ay əvvəl İsrailli respondentlərin 64 faizi Hizbullahla müharibəni dəstəkləyib, hətta bunun qiyməti geniş regional müharibə olsa belə buna hazır olduqlarını bildiriblər. Son bir ayda bu faiz 46 faizə düşüb ki, bu da hələ də kifayət qədər yüksəkdir. Bəlli ki…

Ətraflı

Bakı. Arab.AZ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriya ilə münasibətləri keçmişdə olduğu nöqtəyə qaytarmaq istədiyini deyib və Suriya prezidenti Bəşər Əsədi istənilən vaxt Türkiyəyə səfərə dəvət edə biləcəyini bir daha vurğulayıb.“Biz indi Suriyada elə bir məqama çatmışıq ki, Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində addım atacağı anda biz də ona etiraz etmədən münasib olan addım atacağıq, çünki dünən Suriya ilə düşmən deyildik, hətda ailəvi olaraq Əsədlə görüşürdük. Biz dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrinin keçmişdəki səviyyəyə çatdırmaq istəyirik”.Ərdoğan, bazar günü Berlindən dönüş səfərində onu müşayiət edən jurnalistlərə verdiyi açıqlamada, Rusiya prezidenti Vladimir Putinin arzusuna…

Ətraflı

Bakı, Arab.AZTehran Hizbullahın hərəkətlərindən Tel-Əvivə təzyiq vasitəsi kimi istifadə etdiyi üçün iki tərəf arasında gərginliyin artmasından faydalanır.Livan-İsrail sərhədi partlama riski daşıyan və alovlanmağa hazır bir cəbhə halına çevrilir.Hizbullah 8 oktyabr 2023-cü ildən bəri İsrail hədəflərinə 5 mindən çox raket, tank əleyhinə mərmi və pilotsuz uçuş aparatı ilə hücum edib. Bunun əksinə olaraq, İsrail həm Livan, həm də Suriyada ən azı 4500 Hizbullah hədəfini məhv edib.İsrail tərəfində isə Hizbullah 18 İsrail əsgərini öldürüb. İki tərəf arasında artan hücumlar çərçivəsində İsrailin şimalında və Livanın cənubunda yaşayan çoxlu sayda insan təxliyə edilib.İki tərəf arasında hücumlar ötən ilin oktyabrında başlasa da, son həftələrdə hücumların tezliyi…

Ətraflı

Bakı, Arab.AZ İranın son prezident seçkilərində yeganə islahatçı namizədi olan Məsud Pezeşkian ölkənin doqquzuncu prezidenti olub. 69 yaşlı Pezeşkian ultramühafizəkar Səid Cəliliyə qarşı keçirilən seçkilərin ikinci turunda səslərin təxminən 53,6 faizini qazanıb. İyunun 28-də İranda keçirilən növbədənkənar seçkilərin birinci turunda Pezeşkian digər üç mühafizəkar fiqur arasında lider olub. Pezeşkianın qələbəsi mühafizəkar və ultramühafizəkar düşərgələrin illərlə hökmranlığından sonra İranın islahatçılarının ümidlərini artırıb. O, may ayında helikopter qəzasında həlak olan sabiq ultramühafizəkar prezident İbrahim Rəisi əvəz edəcək. Pezeşkian çərşənbə axşamı X-də “hər kəsə dostluq əlini uzadacağını” dedikdən sonra, “Qarşıdakı çətin yolda sizin yoldaşlığınız, empatiyanız və etibarınıza ehtiyacım olacaq. Mən sizə əlimi uzadıram”-deyib.…

Ətraflı

Bakı, Arab.AZ Keçən ilin oktyabr ayından Qəzza zolağında müharibə başlayanda bəri İsrail HƏMAS hərəkatının rəhbərliyini xüsusən də hərəkatın zolaqdakı siyasi bürosunun rəhbəri Yəhya Sinvarın məhvini ən başlıca məqsədlərindən biri kimi qarşıya qoymuşdur. Lakin 8 aylıq fasiləsiz müharibədən və İsrailin Qəzza zolağının şimalından mərkəzinə, cənubunda Xan Yunis və Rəfaha qədər apardığı əməliyyatlarda Sinvarı tapacağını ümid etsə də hələ ki bütün cəhdlər uğursuz olub. Onu tunellərdən birində göstərən qısa bir video istisna olmaqla, haqqında hər hansı bir video və ya məlumat əldə etmək mümkün olmayıb. İsrail rəsmiləri və hərbçiləri onun Xan Yunisdə tunellərdə olması barədə əminliklə danışdırdı. İsrail tərəfindən uzun müddət ərzində…

Ətraflı

Bakı, Arab.AZ İsrail ordusu müharibənin üçüncü mərhələsinə keçməyə hazırlaşmaq üçün Qəzza zolağında mövcudluğunu azaltmağa başlayıb. Bu isə nisbətən kiçik və məqsədyönlü əməliyyatlara başlamaq deməkdir.Lakin Qəzza müharibəsinin səngiməsi və həmçinin İsrailin Hizbullahı sərhəddən çəkilməyə məcbur edəcəyi ilə bağlı hədələməsi “Livan cəbhəsində” eskalasiya ilə bağlı narahatlıqları artırır. Amerikanın Livan üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn bu gün Parisdə Fransanın xüsusi elçisi Jan-İv Le Drian ilə Livan məsələsi ilə bağlı yeni müzakirələr aparmaq üçün görüşəcək. O, həmçinin Livan-İsrail sərhədində gərginliyin qarşısını almaq üçün çalışan Yeliseydəki diplomatik kamera ilə görüşür. İsrailin şimal cəbhəsindəki hərbi hazırlıqları fonunda İran da öz növbəsində Livana qarşı genişmiqyaslı müharibə başlanacağı təqdirdə…

Ətraflı

Bakı, Arab.AZ Keçmiş islahatçı prezident Məhəmməd Xatəmi iranlıların 60 faizindən çoxunun iştirak etmədiyi son seçkilərin “görünməmiş” olduğunu deyib və vurğulayıb ki, bu seçki davranışı “praktiki olaraq əksəriyyətin qəzəbini göstərir”. İki namizəd İranda prezident seçkilərinin ikinci turunu gözləyir, həm sərt anti-Qərb tənqidçisi Səid Cəlili, həm də islahatçı Məsud Pezeşkiyan. Seçicilərin 60 faizindən çoxu vertolyot qəzasında həlak olan mərhum prezident İbrahim Rəisidən sonra president seçmək üçün iyunun 28-də keçirilən səsvermədə iştirak etmədi və bu əslində rejimə etimadsızlığın göstəricisidir. Hər iki namizəd seçki öncəsi öz proqramlarını əks tendensiyalarla təbliğ etməklə seçiciləri cəlb etməyə çalışıblar. Cəlili sərt xarici və daxili siyasət təklif etdi, Pezeşkiyan isə…

Ətraflı

Bakı, Arab.AZ Qərbi Qüdsdə məcburi hərbi xidmətə qarşı etiraz aksiyası zamanı dindar yəhudilər (Haredilər) İsrail polisi ilə toqquşub. On minlərlə Haredi İsrailin məcburi hərbi xidmət qərarına etiraz etmək üçün Qərbi Qüdsün Məaşearim məhəlləsində olan Şabbat meydanına toplaşıb. Əllərində pankart daşıyan Haredilər “Düşmən ordusunda xidmət etməyəcəyik”, “Ölsək də xidmət etməyəcəyik” kimi şüarlar səsləndirib. Haredilər səs-küy salmaq üçün şofar (keçi və ya qoç buynuzlarından hazırlanmış və dini məqsədlər üçün istifadə edilən alət) adlı alətdən istifadə etməklə yanaşı bölgədən keçən İsrailin mənzil-tikinti naziri Yitzhak Goldknopfun avtomobilini də daş-qalaq ediblər. Həmçinin Haredilər polisə daş ataraq ərazidəki zibil qablarını yandırılar. İsrail polisi süvari birlikləri ilə…

Ətraflı