Author: Tasnim Rufizqizi
Bakı, Arab.AZ Prezident Rəcəb Tayyib Ərdoğan Suriya prezidenti Bəşər Əsədin Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün hər cür təşəbbüsə açıq olduqları barədə sözlərinə müsbət cavab verib və Türkiyə ilə Suriya arasında münasibətlərin qurulmaması üçün heç bir səbəb olmadığını vurğulayıb. Dünən İstanbulda qılınan cümə namazından sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan çərşənbə günü Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə Dəməşqdə görüşü zamanı Əsədin sözlərini dəyərləndirib. “Əsədin Türkiyə ilə bağlı açıqlaması müsbətdir. Keçmişdə olduğu kimi Suriya ilə əlaqələrimizi yaxşılaşdırmaq üçün birlikdə çalışacağıq. Əvvəllər Əsədlə hətta ailə səviyyəsində görüşərdik. Bizim Suriyanın daxili işlərinə qarışmaq kimi heç bir niyyətimiz və məqsədimiz ola…
Bakı, Arab.AZ Bəzi əlamətlər onu göstərir ki, Dəməşq (Suriya) Qəzza müharibəsində bu günə qədər ortaya qoyduğu mövqeyini davam etdirəcək və 18 il əvvəl baş vermiş Livan müharibəsi zamanı sərgilədiyi siyasətdən fərqli davranacaq. Diqqətlər getdikcə Qəzzadan və oradakı faciələrindən Livana və onun cənubuna yönəlir. İsrail və Hizbullah arasında qarşılıqlı hücumlar, bəyanatlar, təhdidlər və sızıntılar getdikcə kəskinləşir. Bu isə iki tərəfin ilkin və dəyişdirilmiş “müharibə qaydaları”ndan kənara çıxa və genişmiqyaslı müharibəyə çevrilə bilər. Hizbullah və İsrail ordusu tərəfindən bir-birilərini qorxudub çəkindirmək üçün bəzi addımlar atılır. Narahatlıq doğuran məqam isə, Benyamin Netanyahunun bunlara əsaslanaraq müharibəyə girmək üçün bəzi “pəncərələrdən” istifadə edərək prosesi qızışdırmasıdır. Bu…
Bakı, Arab.AZ ABŞ kəşfiyyatı, İsrail və HƏMAS-ın Qəzzada atəşkəs razılaşmasına nail ola bilməməsi halında, yaxın bir neçə həftə ərzində İsrail və Hizbullah arasında genişmiqyaslı qarşıdurmanın başlayacağını irəli sürüb. Qəzzada nisbi atəşkəsin mövcudluğu fonunda Amerika rəsmiləri hər iki tərəfi gərginliyi dayandırmağa inandırmağa çalışırlar, bu iş daha asan olacaq. Lakin bu razılaşmanın əldə olunması ilə bağlı gərgin danışıqlar hələ də davam edir və Amerika rəsmiləri İsrail və HƏMAS-ın yaxın gələcəkdə masada sülhə mail olacaqlarına şübhə ilə yanaşırlar. American Politico saytı kəşfiyyat məlumatlarına bələd olan yüksək rütbəli amerikalı rəsmilərə istinadən yazır ki, İsrail ordusu və digər tərəfdən Hizbullah döyüş planları hazırlayıb və əlavə…
Bakı, Arab.AZ Vaşinqton və Berlin müharibədən sonra Fələstin Administrasiyasının Qəzzanın idarə olunmasında böyük rol oynamasını tələb edir. Almaniyanın xarici işlər naziri Annalena Baerbok və ABŞ-ın İsraildəki səfiri Ceykob Lyu İsrailin Herzliya şəhərində keçirilən konfransda İsrail ilə dialoqa hazır olan və islah edilmiş Fələstin Administrasiyasının müharibə bitdikdən sonra Qəzzanın idarə olunmasında böyük rol oynamasını tələb ediblər. “Fələstin Administrasiyası Qəzza zolağında müharibənin bitməsindən “ertəsi günün” planının bir hissəsi olmalıdır, səkkiz ay yarım ərzində dağıdılmış zolağın “mülki idarəçiliyi”nə ehtiyac var. Biz bu insanları hər kəsin ehtiyaclarına uyğun bir şəkildə birlikdə işləmək üçün bir yol tapmalıyıq. Düşünürəm ki, bu mümkündür. Qəzzada bir Fələstin hakimiyyətinin…
Bakı,VOA “İraq Müqavimətinin Koordinasiyası” Amerika qoşunlarının İraqdan çıxarılması üçün verilən müddətin başa çatdığını elan edib. İraq Müqavimətinin Koordinasiyası bəyan edib ki, bu problem həll etmək üçün bütün movcud vasitəlrədn istifadə edəcək. Qeyd edək ki, bu açıqlamalar Livanın Hizbullah lideri Həsən Nəsrullahın İsrailə qarşı məhdudiyyətsiz müharibə xəbərdarlığından və Aralıq dənizində cəbhə açmaqla hədələməsi zamanı olub. Bundna əvvəl isə, İraq qruplaşmaları Livanda geniş miqyaslı müharibə başlayacağı və Hizbullahın onların iştirakına razı olacağı təqdirdə orada döyüşməyə hazır olduğunu açıqlamışdı. Eyni zamanda İraq Müqavimət Koordinasiyası bildirb ki,məsələləri daha geniş müzakirə etmək üçün geniş tərkibli müzakirələr aparacaq və nüfüzlü din adamları ilə görüşüləcək. Məlumat üçün…
Bakı, Arab.AZ İsrail ordusunun paylaşdığı rəqəmlərə görə, HƏMAS-ın 7 oktyabr hücumları ilə başlayan müharibədə ölənn əsgərlərin sayı 658-ə yüksəlib. Toqquşmalarda 3835 İsrail əsgəri yaralanıb. Təbii ki, bu ərsmi rəqəmlərdir , İsrail müxalifətiisə bu rəqəmlərin qat-qat çox olduğunu iddia edir. İsrail əsgərlərinin ötən həftə Rəfahda HƏMAS silahlıları tərəfindən pusquya salındığı, 601-ci Mühəndis Batalyonunun şirkət komandir müavini də daxil olmaqla 8 əsgərin öldüyü bildirilir. Yerli mətbuatda qeyd olunub ki, İsrail ordusunun itkiləri “Qəzza müharibəsi kontekstində kiçik görünə bilər, lakin İsrail ictimaiyyəti üçün bu, çox yüksək rəqəmdir”. İsrailin Baş Qərargah rəisi Herzi Halevi də bazar günü verdiyi açıqlamada əsgərlərə ehtiyac olduğunu təsdiqləyib və…
Bakı, Arab.AZ Rəsmi İsrail Yayım Təşkilatı olan KAN-nın yaydığı məlumata əsasən, İsrail kəşfiyyatı oktyabrın 7-də baş verəcək hücumdan üç həftə öncədən xəbərdar olub. Arab.AZ xəbər verir ki, KAN İsrail hərbi kəşfiyyat diviziyasının 8200-cü bölməsi 19 sentyabr 2023-cü ildə, yəni hücumdan 3 həftə əvvəl HƏMAS-ın Qəzzaydan həyata keçirəcəyi mümkün hücumun təfərrüatları haqqında materiallar hazırladığını təsdiq edib. Sənəddə ehtimal olunan hücüm obyektləri də öz əksini tapıb. Sənəddə HƏMAS-ın 200-dən 250-dək israillini (əsgərlər də daxil olmaqla) əsir götürmək planından əlavə, əsir götürmə prosesinin təfərrüatları və ekstremal hallarda onlarla necə davranılacağı barədə məlumat verilib. İsrail təhlükəsizlik mənbələri Kan TV-yə bildiriblər ki, ordudakı səlahiyyətli orqanlar buna…
Bakı, Arab.AZ Yardımın tezliklə veriləcəyi ilə bağlı dəfələrlə təminat verilsə də, ilin əvvəlindən Suriya rejiminin nəzarətində olan bölgələrdə yanacaq qıtlığı yaranıb. Əsədin əsas təchizatçısı olan İrandan Suriyanın neft idxalının 2024-cü ilin birinci rübündə 2023-cü ilin son rübü ilə müqayisədə 27 faiz azaldığını nəzərə alsaq, bu, təəccüblü olmamalıdır. Rejim rəsmiləri maliyyə çətinlikləri və beynəlxalq sanksiyaların təsirini əsas gətirərək yanacaq idxalında azalma olduğunu etiraf ediblər. Bununla belə, analitiklər vurğulayırlar ki, əsl səbəb Tehranla Əsəd rejimi arasında münasibətlərdə artan gərginlikdən qaynaqlanır və bu, suriyalıları daha böyük yük altında qoyur. 2013-cü ildən bəri İranın neft tədarükünü izləyən Birləşmiş Nüvə İrana Qarşı (UANI) təşkilatının məlumatına…
Bakı. AzerVoice: PKK ilə mübarizə İnkişaf Yolu kimi layihələr üçün də əhəmiyyət daşıyır. AzerVoice xəbər verir ki, İraq xarici işlər nazirinin müavini Hişam əl-Ələvi terror təşkilatı PKK probleminin həlli ilə bağlı Bağdad və Ankara arasında danışıqların davam etdiyini bildirib. Əlavə olaraq qeyd edib ki, “Bu, təkcə iki ölkənin milli təhlükəsizliyi üçün deyil, eyni zamanda İnkişaf Yolu kimi layihələrə olan müsbət təsiri baxımından da vacibdir.” Hişam əl-Ələvi Fars körfəzini Türkiyə üzərindən Avropaya bağlayacaq İnkişaf Yolu layihəsinin “nəhəng” bir proyekt olduğuna diqqət çəkib. O həmçinin, Böyük Fav Limandan başlayaraq bir neçə mərhələni əhatə edən bu layihənin türk şirkətlərinə də böyük fayda verə biləcəyini ifadə…