Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ / AzerVoice Analitik Təhlil Mərkəzi İsrail və İran arasında baş verən müharibədə atəşkəsin elan edilməsi, onun başlanması qədər gözlənilməz və sarsıdıcı oldu. Ən müxtəlif təhlil və proqnozlarda iştirak edən müşahidəçilər bu qarşılıqlı raket və hava zərbələrinin uzun müddət davam edəcəyində, tərəflərin məsul şəxsləri tərəfindən irəli sürülən maksimalist hədəflərə çatmaq üçün kifayət qədər uzun zamana ehtiyac olacağına dair ortaq fikir bildirirdilər. Qərginlik öz zirvə nöqtəsinə çatanda – İran Qətərdəki Əl-Udeyd ABŞ bazasına raketlər atdığı anda – artıq Fars körfəzi ölkələrinin də, Cənubi İsraildən tutmuş Şərqi İrana qədər, Suriyanı, Livanı və İraqı əhatə edən genişmiqyaslı bir müharibənin cəbhəsinə çevriləcəyi düşünülürdü. Ancaq cəmi…

Ətraflı

DƏMƏŞQ,ArabAZ Dünya Bankı Suriyada etibarlı və münasib qiymətə elektrik enerjisinin bərpasına və ölkənin iqtisadi dirçəlişinə dəstək məqsədilə 146 milyon dollarlıq qrant ayırdığını açıqlayıb. Arab.AZ xəbər verir ki, bankın rəsmi bəyanatında qeyd olunub ki, “Suriya Elektrik Təcili Yardım Layihəsi” (SEEP) çərçivəsində müharibə nəticəsində zədələnmiş elektrik ötürücü xətlər və transformator yarımstansiyaları bərpa ediləcək. Eyni zamanda, elektrik enerjisi sektorunun inkişafı və bu sahədə fəaliyyət göstərən qurumların institusional potensialının artırılması üçün texniki dəstək göstəriləcək. 14 illik müharibənin ardından Suriyanın elektrik infrastrukturu ciddi zərər görüb. Şəbəkə və elektrik stansiyaları dağılmış, infrastruktur köhnəlmiş və davamlı yanacaq qıtlığı müşahidə olunub. Dünya Bankının Yaxın Şərq üzrə departament direktoru…

Ətraflı

BAKI, Arab.AZ /AzerVoice Analitik Təhlil Mərkəzi “Bütün müharibələr siyasətin davamıdır” – bu fikir XIX əsr prusiyalı strateq Karl fon Klauzevitsin məşhur tezisidir. Hazırda Yaxın Şərqdə gedən İsrail–İran müharibəsi də məhz bu prinsipin bariz nümunəsinə çevrilib. Bu savaş, hər iki tərəfin illərlə yürütdüyü ideoloji, siyasi və strateji mübarizənin silahlı mərhələsi kimi meydana çıxır. Dini ideologiyaların toqquşması: Sionizm və Vilayət-i Fəqih İran İslam İnqilabından sonra formalaşan teokratik sistem, bölgədə şiə ideologiyasının genişlənməsində mühüm rol oynayıb. İran bu ideoloji zəmini yalnız siyasi deyil, həm də hərbi vasitələrlə gücləndirib. Digər tərəfdə isə İsrail – müasir dövrdə dini identiklik üzərində qurulan yəhudi dövləti olaraq – öz təhlükəsizliyini…

Ətraflı

BAKI, Arab.AZ / AzerVoice Analitik Təhlil Mərkəzi İkinci Dünya Müharibəsinin ilk günlərində fransız jurnalist “saxta müharibə” (yəni toqquşmadan öncəki susqun dövr) anlayışını ortaya atmışdı. Fransa ilə Almaniya arasında rəsmi müharibə elan olunsa da, ilk aylar nisbətən sakit keçmişdi. Müqayisə fərqli olsa da, 13 iyun tarixində baş verən və onillərlə kölgədə davam edən münaqişədən sonra alovlanan İsrail–İran müharibəsi də sanki öz “saxta müharibə” mərhələsinə qədəm qoyub. Bu, kənardan baxıldığında sülh kimi görünə biləcək, lakin əslində gərgin və təhlükəli bir sükutdur. İsrail ilə İran arasında 10 gündən artıq davam edən toqquşma gözlənilməz addımlarla sürətlə başa çatdı. Ən diqqətçəkən hadisə “Gecəyarısı çəkici” adlı əməliyyat oldu.…

Ətraflı

BAKI, Arab.AZ İran İslam Respublikasının Parlamenti iyunun 25-də keçirilən açıq iclasında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsinin əsas müddəalarını təsdiqləyib. Arab.AZ xəbər verir ki, sessiyada iştirak edən 223 deputatdan 221-i layihənin lehinə səs verib, əleyhinə səs verən olmayıb, yalnız 1 nəfər bitərəf qalıb. Qərar, ABŞ-ın iyunun 13-də İsrailin İrana qarşı başladığı hücumlara dəstək olaraq bazar günü səhər Natanz, Fordo və İsfahan şəhərlərindəki İran nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra qəbul edilib. Tehran bu zərbələri Birləşmiş Millətlər Nizamnaməsi və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. İran hökuməti, xüsusilə Atom Enerjisi üzrə Təşkilatı (AEOI) qeyd edib ki, bu…

Ətraflı

BAKI, Arab.AZ İranın qərbində yerləşən Urmiya şəhərində çərşənbə günü səhər saatlarında İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la əməkdaşlıqda ittiham olunan 3 nəfər edam olunub. Arab.AZ xəbər verir ki, adıçəkilən şəxslər İran rəsmilərinə qarşı sui-qəsd planları qurmaq və ölkəyə bu məqsədlə avadanlıq idxal etməkdə ittiham olunublar. Onlar hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və məhkəməyə çıxarılıb. Məhkəmə prosesi qanunvericiliyə uyğun şəkildə başa çatdıqdan sonra təqsirləndirilən şəxslər barəsində çıxarılan ölüm hökmləri bu gün səhər icra olunub. İran rəsmiləri bu edamların dövlətin təhlükəsizliyinə qarşı yönəlmiş fəaliyyətlərə qarşı sərt mövqenin göstəricisi olduğunu bildiriblər.

Ətraflı

Bakı. Arab.AZ Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəslə bağlı bəyanat yayıb. Arab.AZ xəbər verir ki, bəyanatda deyilir: “İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayırıq”. Bəyanatda vurğulanıb ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır. “Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırırıq. Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, – deyə qeyd edilib.

Ətraflı

BAKI, Arab.AZ İsrail atəşkəsə baxmayaraq hücumlarını səhər saat 09:00-a qədər davam etdirib. Arab.AZ xəbər verir ki, İran atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, İsrailin üç mərhələdə hücumlar həyata keçirdiyini və bu hücumların səhər saat 09:00-a qədər davam etdiyini bildirib. İranın dövlət televiziyasının yaydığı məlumata görə, Hatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfiqari bəyan edib ki, “Sionist təcavüzkar rejim bu gün səhər saat 09:00-a qədər İran ərazisində bəzi mərkəzləri üç mərhələdə hədəf alıb”. Zülfiqari əlavə edib ki, İran Silahlı Qüvvələri öncədən İsrailin hər hansı təcavüzünə cavab verəcəyini və bunun ağır nəticələri olacağını bəyan etmişdi. Qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp gecə saatlarında İsrail və…

Ətraflı

BAKI, Arab.AZ Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın regionda gərginlik tərəfləri arasında atəşkəs razılaşmasına nail olunması ilə bağlı açıqlamasını alqışlayıb və gərginliyin azaldılması istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib. Arab.AZ xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib. “Krallıq ümid edir ki, qarşıdakı dövrdə bütün tərəflər gərginliyi azaltmağa, güc tətbiqindən çəkinməyə sadiq qalacaq və bu razılaşma regiona təhlükəsizlik və sabitliyin qaytarılmasına, gərginliyin azaldılmasına töhfə verəcək. Krallıq bir daha təsdiqləyir ki, o, dövlətlərin suverenliyinə hörmət, təhlükəsizlik, sabitlik, rifah və inkişafın möhkəmləndirilməsi prinsiplərinə əsaslanaraq regional münaqişələrin və fikir ayrılıqlarının həlli üçün dialoq və diplomatik yolların dəstəklənməsinin tərəfdarıdır” – deyə, bəyanatda qeyd…

Ətraflı

BAKI, Arab.AZ İsrail Müdafiə Naziri İsrael Katz, İranın atəşkəsi pozduğunu əsas gətirərək Təl-Əviv ordusuna Tehrandakı hədəflərə kütləvi zərbə endirmə əmri verib. Arab.AZ xəbər verir ki, İsrail və İran arasında davam edən müharibədə ABŞ Prezidenti Donald Trampın elan etdiyi atəşkəsin qısaömürlü olduğu təsdiqlənib. İsrail ordusu, atəşkəsin qüvvəyə minməsindən dərhal sonra İran tərəfindən yeni raket hücumunun həyata keçirildiyini iddia edib. Rəsmi Təl-Əviv bu hücumu atəşkəsin açıq-aşkar pozulması kimi qiymətləndirib və sərt cavab veriləcəyini bildirib. İsrail Müdafiə Naziri Yoav Katz ordusuna Tehrandakı strateji hədəflərin intensiv şəkildə vurulması əmrini verdiyini açıqlayıb. Bu addım bölgədə gərginliyin yenidən zirvəyə yüksəldiyini göstərir. Hazırda tərəflərdən hər biri digərini atəşkəsi…

Ətraflı