Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ MAQATE Tehrandan Fordo və digər nüvə obyektləri ilə bağlı izahat tələb edib. Arab.AZ xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ABŞ-ın İranda yerləşən üç əsas nüvə obyektinə hava zərbələrindən sonra agentliyin müfəttişlərinin bu obyektlərə qayıtmasını tələb edib və Tehranı obyektlərin vəziyyəti barədə tam açıqlama verməyə çağırıb. Qrossi MAQATE-nin Vyanada keçirilən Direktorlar Şurasının fövqəladə iclasında bildirib ki, ABŞ-ın zərbələri nəticəsində Fordo nüvə obyektində uranın 60%-ə qədər zənginləşdirildiyi çuxurların dağıldığı ehtimal olunur. Onun sözlərinə görə, istifadə olunan yüksək güclü bombaların yaratdığı təzyiq və vibrasiya nəticəsində mərkəzdənqaçma qurğuları ciddi zədələnmiş ola bilər. Baş direktor həmçinin vurğulayıb ki, mövcud…

Ətraflı

BAKI, Arab.AZ İsrail ABŞ Prezidenti Donald trampın İranla bağlı atəşkəs təklifini qəbul edib. Arab.AZ xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb. “İsrail İranda qarşıya qoyduğu məqsədlərə nail olub və ölkə üçün mövcud olan “ikiqat mövcudluq təhdidini” aradan qaldırıb” – deyə, bəyanatda bildirilib. Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.…

Ətraflı

BAKI, Arab.AZ İsrail ordusunun Qəzzada humanitar yardım gözləyən insanlara açdığı atəş nəticəsində azı 20 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Arab.AZ xəbər verir ki, 2023-cü il oktyabrın 7-dən Qəzzaya hücumlarını davam etdirən İsrail ordusu bu dəfə yardım növbəsində gözləyən dinc fələstinliləri hədəf alıb.Hadisə nəticəsində azı 20 nəfər həyatını itirib, 246 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd edək ki, Qəzza zolağında mülki əhalinin vəziyyəti fəlakət həddinə çatıb, yardım çatdırılması isə təhlükəli hala gəlib. İsrail ordusunun bu hücumu beynəlxalq ictimaiyyətin ciddi reaksiyasına səbəb olub.

Ətraflı

BAKI, Arab.AZ Küveyt bölgədəki gərginlikdən sonra bağladığı hava məkanını yenidən uçuşlar üçün açıb. Arab.AZ xəbər verir ki, Küveyt Mülki Aviasiya Baş İdarəsi hava məkanının sabitləşməsindən sonra uçuşların bərpasına qərar verildiyini açıqlayıb. Açıqlamada bildirilib ki, hava hərəkəti artıq normal qaydada davam etdiriləcək. Küveyt Hava Yolları da bütün planlaşdırılmış reyslərin əvvəlki cədvələ uyğun şəkildə həyata keçiriləcəyini bildirib. Qeyd edək ki, İranın Qətərdə yerləşən ABŞ bazasına hava zərbələri endirməsindən sonra Qətər, Küveyt, İraq və Bəhreyn müvəqqəti olaraq hava məkanlarını bağlamışdı. Daha sonra Qətər və indi də Küveyt məkanlarını yenidən açdıqlarını bəyan ediblər.

Ətraflı

BAKI, Arab.AZ Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bəyan edib ki, ABŞ-ın həyata keçirdiyi hücumlardan sonra İranın nüvə obyektlərinin xaricində radiasiya səviyyəsinin artması ilə bağlı heç bir məlumat daxil olmayıb. Arab.AZ xəbər verir ki, bu barədə agentliyin X sosial şəbəkəsində etdiyi paylaşımda deyilir. “İranda, o cümlədən Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hücumlardan sonra BAEA təsdiqləyir ki, bu obyektlərin hüdudlarından kənarda radiasiya səviyyəsinin artması barədə heç bir xəbər daxil olmayıb” – deyə, paylaşımda bildirilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 22 iyuna keçən gecə ölkəsinin Hərbi Hava Qüvvələrinin İran ərazisində üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana qarşı uğurlu hücum…

Ətraflı

BAKI, Arab.AZ İsrailin baş naziri Benyamin Netanyahu bazar günü İsrail ictimaiyyətinə etdiyi müraciətdə İranın nüvə proqramının məhv edildiyini və bununla da öz vədini yerinə yetirdiyini bildirdi. O, ABŞ-ın bu gecə İrana qarşı həyata keçirdiyi hücumun İsraillə tam koordinasiyalı şəkildə aparıldığını qeyd etdi. “Bir qədər əvvəl, ABŞ Prezidenti Donald Tramp ilə tam koordinasiya və İsrail ordusu ilə ABŞ ordusu arasında tam əməliyyat razılaşdırılması çərçivəsində, ABŞ İranın üç əsas nüvə obyektini – Fordo, Nətənz və İsfahanı vurdu.”-deyə Netanyahu televiziya ilə yayımlanan çıxışında bildirib. O əlavə edib ki, İranla müharibənin əvvəlindən sizə söz verdiyi kimi , bu obyektləri bir yolla, ya da digər…

Ətraflı

BAKI, Arab.AZ İran və İsrail arasında davam edən qarşıdurma yalnız sülh yolu ilə həll edilə bilər. Arab.AZ xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı deyib. Əs-Sisi vurğulayıb ki, Misir dərhal atəşkəsin elan edilməsini və münaqişənin danışıqlar yolu ilə həllini zəruri hesab edir. “Bu böhranın hərbi həlli yoxdur, mütləq şəkildə danışıqlar bərpa başlanılmalıdır” – deyə, o qeyd edib. Misir Prezidenti, həmçinin, İsrailin eskalasiyasını qətiyyətlə pisləyib və bu gərginliyi regionun təhlükəsizliyi və sabitliyi üçün ciddi bir təhdid adlandırıb. Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək…

Ətraflı

BAKI, Arab.AZ İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani, İsrailin hücumları nəticəsində İranda 1 481 mülki şəxsin öldürüldüyünü və ya yaralandığını bildirib. Arab.AZ xəbər verir ki, o, ABŞ-ı bu aqressiyada İsraillə şərik olmaqda ittiham edib. Nyu-Yorkda BMT qərargahında jurnalistlərə açıqlama verən İravani, İsrailin İrana qarşı əsassız və cinayət xarakterli hücumlarının BMT Nizamnaməsi və beynəlxalq hüququn əsas prinsiplərinə zidd olduğunu vurğulayıb. İravani bildirib ki, İsrailin hücumlarının ən təhlükəli tərəfi, ölkənin tam şəkildə Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində olan dinc nüvə obyektini hədəfə almasıdır. Onun sözlərinə görə, İran dərhal tədbir görməsəydi, nəticələr fəlakətli ola bilərdi. Diplomat qeyd edib ki, İsrailin “dəqiq və…

Ətraflı

QÜDS, ArabAZ Bazar günü səhər tezdən İranın raket hücumu nəticəsində İsrailin Rəhovot şəhərində yerləşən “Vaizman Elmlər İnstitutu”na məxsus bir binada ciddi dağıntılar baş verib. “Vaizman Elmlər İnstitutu” İsraildə elmi tədqiqat sahəsində ən mühüm qurumlardan biri sayılır. Silah istehsalı ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etməsinə baxmayaraq, İsrailin baş naziri Benyamin Netanyahu üçün bu institut bir növ “lənətə çevrilmiş yer” kimi görünür.Belə ki, Qəzzada müharibə başladıqdan bəri hər şənbə axşamı burada hökumət əleyhinə, müharibənin dayandırılması və HƏMAS-la əsir mübadiləsi sazişinin bağlanması tələbilə aksiya keçirilir. “New York Times” qəzetinin yaydığı məlumatlara görə, laboratoriyaları olan binalardan birində yanğın baş verib və içəridə insanların qalmış…

Ətraflı

BAKI, Arab.AZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Fələstin Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Metaninin etimadnaməsini qəbul edib. Arab.AZ xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı xalqlarımızı dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini deyərək, səfirin ölkəmizdə fəaliyyəti dövründə bunun şahidi olacağına əminliyini bildirdi, xalqlarımız arasında münasibətlərin dövlətlərarası əlaqələr üçün də önəmli amil olduğunu vurğuladı. Əməkdaşlığın genişləndirilməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyini deyən Azərbaycan Prezidenti bu xüsusda yüksəksəviyyəli müxtəlif qarşılıqlı səfərlərin önəminə toxundu. Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrimizi qeyd edərək, ölkələrimiz arasında qarşılıqlı dəstəyi…

Ətraflı