Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ İsrail Baş naziri Benyamin Netanyahu-nun ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak ilə görüşündə Dəməşqlə yeni danışıqlar prosesinə başlamaq istədiyini və bu prosesdə Vaşinqtonun vasitəçiliyini tələb etdiyi iddia olunur. Arab.AZ xəbər verir ki, Netanyahu 1974-cü il tarixli razılaşmanı müəyyən dəyişikliklərlə yeniləyərək yeni təhlükəsizlik mexanizmi yaratmaq və nəticə etibarilə Suriya ilə sülh sazişi imzalamağa çalışır. İddialara əsasən, Netanyahu hökuməti Suriya Prezidenti Əhməd Əl-Şaraa rəhbərliyindəki yeni administrasiya ilə ilkin olaraq dolayı yollarla təmas qurub, daha sonra isə üçüncü ölkələrdə gizli görüşlər keçirib. ABŞ mətbuatına danışan və adlarının açıqlanmasını istəməyən rəsmi şəxslər, bu təşəbbüsün həyata keçəcəyi təqdirdə, bunun 2011-ci ildən…

Ətraflı

BAKI, Arab.AZ İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-la nüvə danışıqları prosesinin uğurla nəticələnə biləcəyini istisna etməyib.Arab.AZ xəbər verir ki, o , Vaşinqtonun Tehranın uranı zənginləşdirmə fəaliyyətini tamamilə dayandırmaq tələbindən geri çəkiləcəyi təqdirdə danışıqlarda tez irəliləyiş əldə ediləcəyini bildirib. Arakçinin sözlərinə görə, nüvə proqramı beynəlxalq nəzarət altında davam edəcəyi halda və sanksiyaların aradan qaldırılması şərti ilə tərəflər arasında ortaq məxrəcə gəlmək mümkündür. Nazir qeyd edib ki, danışıqlar iyunun 15-də Omanda davam etdiriləcək. “Prezident Tramp İranın nüvə silahına sahib olmamalı olduğunu deyərək vəzifəyə başladı. Bu mövqe bizim nüvə doktrinamızla üst-üstə düşür və potensial razılaşmanın təməlini təşkil edə bilər”.- deyə o, X sosial şəbəkəsindəki…

Ətraflı

BAKI, Arab.AZ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyaya dəstəyə görə Türkiyəyə təşəkkür edib. Arab.AZ xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balkhy Türkiyənin Suriyada səhiyyə sektoruna göstərdiyi dəstəyə görə təşəkkür edib və gələcəkdə daha sıx əməkdaşlığa ümidvar olduqlarını bildirib. Balkhy Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra səhiyyə sistemində baş verən dəyişiklikləri dəyərləndirərək, yeni administrasiya və səhiyyə naziri Musab Nezzal əl-Əli ilə keçirdikləri görüşlərdə səhiyyə infrastrukturunun yenidən qurulmasına dair müzakirələrin aparıldığını vurğulayıb. “Suriyada səhiyyə sisteminin yenidən təşkilinə və işlək hala gətirilməsinə təcili ehtiyac var. Bu, paytaxt Şam da daxil olmaqla digər şəhərlərdə və kəndlərdə əhaliyə daha sürətli…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Çöküş dövrlərində vətənləri yalnız küçənin legitimliyinə və dövlət baxışına malik liderlər xilas edə bilər. İraq bu gün xarici müdaxilələrlə silahlı milislərin qaynadığı, dövlət qərarının səlahiyyətini itirmiş köhnəlmiş bir siyasi sistem tərəfindən oğurlandığı təhlükəli bir yol ayrıcında dayanır. İraq bu gün İranın fars imperializmi və məzhəb təəssübkeşliyi arasında əzilən ərəb dövlətidir. Bu mənzərənin mərkəzində bir ad diqqət çəkir: Müqtəda əs-Sədr. Xalqların tarixində bəzən elə həlledici anlar olur ki, o zamanlara fərqli növdən liderlər lazım olur – təkcə xalqın ağrılarını ifadə etməklə kifayətlənməyən, həm də dar maraqların fövqündə duran, milli layihəni kökündən yenidən quran liderlər. İraq bu gün məhz belə bir…

Ətraflı

BAKI, Arab.AZ Bu səhər Qəzzanın cənubunda Netzarim dəhlizi yaxınlığında yardım gözləyən insanlara İsrail ordusunun hücumu nəticəsində ən azı 22 fələstinli həlak olub, çoxlu sayda fələstinli yaralanıb. AzerVoice xəbər verir ki, səhiyyə mənbələrindən və hadisə şahidlərindən alınan məlumata görə, İsrail ordusu aclıqla mübarizə aparan fələstinlilərə qarşı hücumlarını davam etdirir. İsrail əsgərləri bu gün səhər Qəzzanın cənubundakı Netzarim dəhlizi yaxınlığında kömək gözləyən fələstinlilərə atəş açıb. İlkin məlumata görə, hücumda 22 fələstinli həyatını itirib, çoxlu sayda yaralı var. Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda həyatını itirən fələstinlilərin sayı 54 min 677 nəfərə yüksəlib.

Ətraflı

BAKI, Arab.AZ Türkiyə vitse-prezidenti Cevdet Yılmaz İsrailin Qəzzaya yardım aparan Madleen gəmisinə hücumunu beynəlxalq hüquqa zidd və qanunsuz adlandırıb. Arab.AZ xəbər verir ki, gündəmdəki məsələləri şərh edən Yılmaz, hadisəni “İsrail cinayət siyahısına daha bir qanunsuz müdaxilə əlavə etdi” sözləri ilə qiymətləndirib.O bildirib ki, bu hərəkət beynəlxalq sularda piratlıq aktıdır və Netanyahu administrasiyası öz soyqırımı siyasətini davam etdirir. Onun sözlərinə görə, bölgədə atəşkəs təmin edilməli, Fələstin xalqına davamlı humanitar yardım göstərilməli və BMT qətnamələrinə əsaslanan iki dövlətli həll yolu gerçəkləşdirilməlidir. “Türkiyənin İsraillə ticarəti varmı?” sualına cavab olaraq Yılmaz “Fələstinlilərə sual versinlər: onları ən çox dəstəkləyən lider və ölkə kimdir? Ən doğru cavabı elə…

Ətraflı

BAKI, Arab.AZ Tehranda, İran Xarici İşlər Nazirinin müavini Abbas Ərakçi və Çin Xalq Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfiri Cong Peivu, ikitərəfli əlaqələrin inkişafını və 25 illik əməkdaşlıq sazişinin həyata keçirilməsi ilə bağlı qarşılıqlı iradələrini vurğulayıblar. Arab.AZ-ın məlumatına görə, Abbas Ərakçi və Cong Peivu, İran ilə Çin arasında genişləndirilmiş əməkdaşlıq proqramı çərçivəsində ikitərəfli əlaqələrin son inkişaflarını və regional və beynəlxalq sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün bir araya gəliblər. İran və Çin arasındakı əlaqələrin artdığına toxunan Ərakçi, tərəflərin əlaqələri genişləndirmək və 25 illik əməkdaşlıq sazişini ciddi şəkildə həyata keçirməkdəki qərarlı mövqelərini vurğuladı. O, İranın Çin ilə ikitərəfli əlaqələri gücləndirmək üçün bütün…

Ətraflı

BAKI, Arab.AZ Qəzza zolağında ölənlərin sayı 54 min 677 nəfərə çatıb. Arab.AZ xəbər verir ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda həyatını itirən fələstinlilərin sayı 54 min 677 nəfərə yüksəlib. Fələstin Səhiyyə Nazirliyinin məlumatına əsasən, son 24 saatda bölgədə daha 70 nəfər həyatını itirib. Onlardan 3 nəfərin əvvəlki hücumlar zamanı həlak olduğu və cəsədlərinin yeni aşkarlandığı bildirilib. Son sutkada 189 fələstinlinin isə yaralandığı açıqlanıb. Məlumata görə, dağıntılar altında qalan bir çox ərazidə, eləcə də humanitar yardım və mülki müdafiə qüvvələrinin çata bilmədiyi bölgələrdə hələ də cansız cəsədlər mövcuddur. Qeyd edək ki, martın 18-dən etibarən İsrailin birtərəfli…

Ətraflı

BAKI, Arab.AZ İrana qarşı hər hansı bir təxribat və ya qarşıdurma sionist rejimin sonunu gətirəcək. Arab.AZ xəbər verir ki, bu sözlər SEPAH-ın (İran İnqilab Keşikçiləri Korpusu) komandanı general Hüseyn Salaminin verdiyi açıqlamada yer alıb. “İrana qarşı “macəraçılıq” edənlər bunun bədəlini ödəyəcək və etdiyinə görə peşman olacaq” – deyə, o qeyd edib. O bildirib ki, İran hər hansı ssenariyə cavab verməyə tamamilə hazırdır. Qeyd edək ki, son aylarda İsrail, Tehranın uranın 60 faiz səviyyəsində zənginləşdirilməsindən imtina etdiyi təqdirdə, İranın nüvə obyektlərinə hücum edəcəyi ilə hədələyib. Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp dəfələrlə İranın nüvə obyektlərinə, əgər razılaşma əldə olunmasa hava zərbələri endirəcəyini bildirib.…

Ətraflı

BAKI, Arab.AZ ABŞ-ın BMT Təhlükəsizlik Şurasında Qəzza sektorunda atəşkəs tələb edən qətnamə layihəsinə veto qoyması ABŞ administrasiyasının mənəvi tənəzzülünün göstəricisidir. Arab.AZ xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai deyib. “Qəzza zolağında sionist rejimdən soyqırımı dayandırmağı tələb edən qətnaməyə veto qoyulması ABŞ-ın beynəlxalq ictimaiyyətin və İsrail cinayətlərinin dayandırılmasını tələb edən region xalqlarının iradəsini saymamazlıq etməsinin göstəricisi olmaqla yanaşı, ABŞ-dakı qərar qəbul edən şəxslərin mənəvi tənəzzülünün və işğal olunmuş Fələstin ərazilərində uşaqlar da daxil olmaqla kütləvi qətllərdə şərikliyinin sübutudur”, – deyə Bəqai vurğulayıb. Xatırladaq ki, iyunun 4-də ABŞ BMT TŞ-də Qəzza zolağı ilə bağlı qətnamə layihəsinə veto qoyub. Sənəddə…

Ətraflı