Author: Tasnim Rufizqizi

BAKI, Arab.AZ İran xarici işlər naziri Abbas Araqçi, ölkəsinin Livanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və xüsusilə diplomatik səylər başda olmaqla İsrail işğalının sona çatdırılması üçün Livanın atdığı addımlara dəstək verdiyini vurğulayıb. Arab.AZ xəbər verir ki, bu barədə Araqçi Beyrutda Livan Prezidenti Cozef Aun, Parlament sədri Nəbih Bərri, Baş nazir Nəvaf Salam və həmkarı Livan xarici işlər naziri Yusuf Raci ilə görüşündə bildirib. Aun isə Araqçiyə bildirib ki, Livan İran ilə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə ümid edir. “İsrailin Livana qarşı apardığı müharibədə dağıdılmış ərazilərin bərpası hazırda hökumətin qardaş və dost ölkələrlə qanuni çərçivədə əməkdaşlıq etdiyi prioritet məsələlərdən biridir” – deyə, Aun…

Ətraflı

BAKI, Arab.AZ “Al Baraka Azerbaijan” könüllüləri bu gün ilk dəfə “Yetimə Dəstək” layihəsi çərçivəsində 13 yetim uşağa may ayı üçün maddi yardım göstərib. Könüllülərin sözlərinə görə, layihə bölgədəki müharibə şəraitində reallaşdırılıb və yardımlar zamanı gözlənilməz hadisə baş verib. Arab.AZ xəbər verir ki, məlumata görə, yardım prosesi zamanı düşərgə yaxınlığına bomba düşüb. Hadisə videolarda aydın eşidilən partlayış səsi ilə əks olunub. Könüllülər bildiriblər ki, yardımlar qorxu və xaos içində davam etdirilib. “Al Baraka Azerbaijan könüllüləri”nin açıqlamasına görə, bu hadisə müharibə bölgələrində yaşayan günahsız uşaqların yalnız maddi yardıma deyil, həm də sülhə ehtiyaclarının olduğunu bir daha sübut edib. Bütün çətinliklərə baxmayaraq, layihə…

Ətraflı

BAKI, Arab.AZABŞ İsraillə İranla bağlı hərbi əməkdaşlığı dayandırır. Arab.AZ xəbər verir ki, İsrailin Kanal 12 televiziya kanalı ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumlarla bağlı İsraillə hərbi koordinasiyanı dayandırdığını iddia edib.Bildirilir ki, bu qərar Tehranla davam edən nüvə danışıqlarına zərər verməmək üçün verilib. İddialara görə, ABŞ prezidenti Donald Tramp son günlərdə İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında İranın nüvə obyektlərinə birtərəfli hücum etməməsi barədə açıq xəbərdarlıq edib. Trampın Netanyahuya belə bir hücumun hazırda danışıqların həssas mərhələsində mənfi nəticələrə yol aça biləcəyini bildirib. Məlumata əsasən, ABŞ rəhbərliyi İranla “güclü və balanslı” bir nüvə razılaşması əldə etməyə çalışır və bu prosesə hərbi gərginliyin…

Ətraflı

BAKI, Arab.AZ Netanyahu Witkoffun atəşkəs planına dəyişikliklər edib. Arab.AZ xəbər verir ki, Qəzzada atəşkəsə dair danışıqlar çərçivəsində ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Witkoffun təqdim etdiyi plan İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən yenidən dəyərləndirilib və dəyişikliklərə məruz qalıb. HƏMAS tərəfindən bu həftə qəbul edilən atəşkəs planı ilkin mərhələdə ABŞ administrasiyası tərəfindən dəstəklənsə də, Netanyahu plana müdaxilə edərək bəzi şərtlərin yenidən nəzərdən keçirilməsini tələb edib. Qeyd edək ki, Qəzzada humanitar vəziyyətin pisləşməsi fonunda müvəqqəti atəşkəsə dair beynəlxalq təşəbbüslər davam edir. ABŞ və digər vasitəçi tərəflər regionda sabitliyin bərpasına yönəlik səylərini artırıb.

Ətraflı

BAKI, Arab.AZ Fanatik yəhudilər İsrail polisinin himayəsində Əl-Əqsa məscidinə daxil olub. Arab.AZ xəbər verir ki, İsrailin işğal altında saxladığı Şərqi Qüdsdə fanatik yəhudilər bu gün İsrail polisinin müşayiəti ilə Əl-Əqsa məscidinin həyətinə daxil olaraq təxribat xarakterli dini ayinlər icra ediblər. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın yaydığı məlumata əsasən, hadisə zamanı yüzlərlə İsrail polisi Qüdsün Köhnə Şəhərində və Məscidül-Əqsanın girişlərində yerləşdirilib, fələstinli ibadətçilərin məscidə girişinə ciddi məhdudiyyətlər qoyulub. Qruplar halında məscid kompleksinə daxil olan fanatik yəhudilər, İsrail qüvvələrinin qoruması altında dini mərasimlər icra edib və həyətlərdə yürüşlər təşkil ediblər. Qeyd edək ki, 1994-cü il 26 oktyabr tarixində İsrail və İordaniya arasında imzalanmış sülh…

Ətraflı

BAKI, Arab.AZ ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS-ın onun atəşkəs təklifini qəbul etdiyinə dair məlumatı təkzib edib. Arab.AZ xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb. Bundan əvvəl HƏMAS-ın bu atəşkəs planını qəbul etdiyi bildirilmişdi. Mənbələrin məlumatına görə, vasitəçilər üzərindən HƏMAS-a təqdim olunan yeni təklifdə 10 girovun azad edilməsi və 70 günlük atəşkəs nəzərdə tutulur. Bu müddət ərzində ABŞ-ın zəmanəti ilə daimi atəşkəs rejimi müzakirə ediləcək. Bundan əlavə, HƏMAS və İsrail arasında daimi atəşkəs barədə danışıqlar ABŞ-ın zəmanəti altında sülh dövründə davam etdiriləcək.

Ətraflı

BAKI, Arab.AZ Fransa və Səudiyyə Ərəbistanı iyunun 17-dən 20-dək BMT-nin ev sahibliyi ilə keçirilməsi planlaşdırılan İki Dövlətli Həll Konfransına hazırlıqları dünən Paris və Nyu-Yorkda eyni vaxtda keçirilən iki paralel toplantı ilə başlatdı. Parisdə Fransa xarici işlər naziri Jan Noel Baro, Səudiyyə Ərəbistanı, Misir və İordaniyadan olan həmkarları – şahzadə Feysəl bin Fərhan, Bədr Əbdülat və Eymən Səfadi ilə birlikdə konfransa hazırlıq məqsədilə işçi sessiya təşkil edib. Bu zaman Nyu-Yorkdakı BMT qərargahında Fransız-Səudiyyə rəhbərliyi ilə paralel bir görüş də keçirildi. Burada Səudiyyə Ərəbistanı nümayəndə heyətinin rəhbəri Mənal Rızvan çıxış edərək, Fələstin dövlətinin yaradılması üçün birgə səylərə qoşulmağa çağırdı və vurğulayıb ki,…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Somalinin paytaxtı Moqadişoda növbəti intihar hücumu, terrorçu “Əş-Şəbab” qruplaşmasının yenidən səhnəyə qayıtdığını göstərdi. Bu hadisə ölkədə birbaşa seçki sisteminə dair yaranmış siyasi böhran fonunda baş verir. Prezident Həsən Şeyx Mahmud israrla bu sistemin tətbiqinə çalışsa da, müxalifət bu ideyaya qarşı çıxır. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Bu hücum apreldə Moqadişo hava limanı yaxınlığına atılan minaatan mərmiləri və mart ayında prezidentin kortejinə edilən hücumdan sonra baş verib. Somali analitiklər hesab edirlər ki, “Əş-Şəbab”ın hökumət və beynəlxalq hərbi kampaniyalara baxmayaraq, paytaxtın mərkəzində hələ də hücum edə biləcəyini göstərmək üçün mesajıdır və əgər hücumlara siyasi və təhlükəsizlik baxımından…

Ətraflı

BAKI, Arab.AZ, AzerVoice Analitik Təhlil Mərkəzi Misir hökumətinin elektrik stansiyalarının işləməsi üçün həyati əhəmiyyət kəsb edən təbii qaz ehtiyaclarını təmin etmək məqsədilə son günlərdə atdığı addımlar, xüsusilə də İsraildən qaz idxalının azaldılması fonunda, Qahirə ilə Təl-Əviv arasında dərinləşən diplomatik gərginliyin enerji sahəsinə də sirayət etdiyini göstərir. Bu barədə Arab.AZ AzerVoice-ə istinadən xəbər verir. Misir hazırda Rusiya ilə qazın mayeləşdirilməsi üzrə stansiyaların qurulması istiqamətində danışıqlar aparır. Bundan əvvəl isə Qahirə, Ankarayla bir saziş imzalayaraq, Türkiyənin nəhəng qaz tankerlərindən birini icarəyə götürüb. Bu tanker mayeləşdirilmiş qazı qəbul edib, onu yenidən qaz halına gətirərək yerli enerji şəbəkəsinə ötürmək gücünə malikdir. Eyni zamanda, Misir Qətərlə uzunmüddətli qaz təminatı sazişləri…

Ətraflı

BAKI, Arab.AZ“Qəzza zolağının bütün ərazilərinə nəzarəti ələ keçirəcəyik.” Arab.AZ xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu videomüraciətində Qəzza zolağının hər bir nöqtəsinə nəzarəti tam şəkildə təmin edəcəklərini bildirib. Netanyahu döyüşlərin intensiv şəkildə davam etdiyini vurğulayaraq, “Qəzza zolağının bütün ərazilərinə nəzarəti ələ keçirəcəyik. Biz təslim olmayacağıq.” – deyə bildirib. Yardımların bölgəyə buraxılması ilə bağlı qərarı müdafiə edən Netanyahu, bu addımın diplomatik zərurət olduğunu qeyd edib. “Əgər bunu etməsəydik, ABŞ-ın dəstəyini itirərdik. Diplomatik və praktiki səbəblərlə insanların ac qalmasına icazə verə bilmərik.” – deyə o bildirib. “Müharibədə sizə lazım olan dəstəyi verəcəyik, amma Qəzzada aclıq səhnələri görmək istəmirik”, – deyə Netanyahu həmçinin…

Ətraflı