Çərşənbə axşamı, 21 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Müəlliflər » Azərbaycan multikulturallıq modelini qlobal diplomatiyaya daşıyır

Azərbaycan multikulturallıq modelini qlobal diplomatiyaya daşıyır

İyul 21, 2026 9:40 səhər
Paylaş
Paylaş

Şuşa Qlobal Media Forumu postmünaqişə dövrünün reallıqlarını dünya ictimaiyyətinə çatdıran, dezinformasiya ilə mübarizədə qlobal platformaya çevrilən strateji dialoq məkanıdır. Azərbaycanın mədəniyyət paytaxtında ardıcıl olaraq keçirilən bu tədbir həm də ölkəmizin beynəlxalq münasibətlər sistemindəki rolunu, milli və dini dəyərlərə sadiqliyini nümayiş etdirir. Forum çərçivəsində səslənən bəyanatlar regionun geosiyasi mənzərəsinə və qlobal həmrəylik çağırışlarına işıq tutur.

ArabAZ xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışında səsləndirdiyi “Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq” tezisi, sadəcə, diplomatik protokollara xidmət edən bir cümlə deyil. Azərbaycanın müstəqillik illərindən bəri böyük fədakarlıqla, addım-addım qurduğu xarici siyasət kursunun fəlsəfi və praktiki manifestidir. Lakin rəsmi Bakının bu səmimi və birləşdirici platformasına rəğmən, bu gün İslam dünyasının öz daxilində kök salmış bəzi geosiyasi ziddiyyətlər, regional liderlik iddiaları və xüsusilə də ayrı-ayrı müsəlman dövlətlərinin yürütdüyü ikili standartlar siyasəti qlobal müsəlman birliyinin təməllərini sarsıdır. Təbii ki, bunun acı nəticələri ilk olaraq İslam dünyasına zərər verir.

Azərbaycanın Yaxın Şərq siyasəti olduqca həssasdır

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən konstruktiv və təşəbbüskar üzvlərindən biridir. Rəsmi Bakı heç vaxt müsəlman coğrafiyasına, sadəcə, bir maraq dairəsi və mənfəət meydanı kimi baxmayıb. Ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili və ISESCO çərçivəsində həyata keçirilən humanitar proqramlar bu yanaşmanın əyani sübutudur.

Təbii fəlakətlərdən və ya daxili münaqişələrdən əziyyət çəkən müsəlman xalqlarına edilən təmənnasız yardımlar rəsmi Bakının qardaşlıq missiyasını hər zaman üstün tutduğunu göstərir. Beynəlxalq platformalarda da Azərbaycan islamofobiyaya qarşı mübarizənin ön cəbhəsində dayanıb. Lakin təəssüf ki, bu sadiqlik və ədalətli mövqe bəzi nüfuzlu müsəlman dövlətləri tərəfindən uzun illər boyu adekvat qarşılıq görməyib, əksinə pərdəarxası siyasi xəyanətlərlə qarşılaşıb.

“İslam Əməkdaşlıq Təşkilatının nizamnaməsi üzv dövlətlərin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsini və işğala qarşı vahid mövqedən çıxış etməsini tələb edir. Lakin Azərbaycanın 30 illik torpaq işğalı dövründə qarşılaşdığı mənzərə bəzi üzv dövlətlərin bu prinsiplərə yalnız kağız üzərində sadiq qaldığını ortaya qoydu. İƏT-ə üzv olan bəzi müsəlman ölkələrinin işğalçı Ermənistana qarşı yürütdüyü qucaqlayıcı siyasət əslində İslam həmrəyliyinə və qardaşlığına ciddi xəyanət idi. Ermənistanın Qarabağdakı qədim müsəlman-türk irsini sildiyi, məscidlərimizdə heyvan saxlayaraq bütün müsəlman ümmətinin heysiyyətini təhqir etdiyi bir dövrdə, bəzi müsəlman ölkələr bu təcavüzkar ölkə ilə sıx iqtisadi, siyasi və strateji tərəfdaşlıq əlaqələri qurdu, işğalçı rejimə logistik nəfəslik rolu oynadı. Özünü dünyada “müsəlmanların hamisi” kimi təqdim edən bu dövlətlərin bu addımı İslam birliyi ideyasına vurulmuş ən böyük zərbə idi.

Ekspert əlavə edib ki, İslam dini vəhdəti və təriqətindən asılı olmayaraq bütün inananların qardaşlığını təbliğ etdiyi halda, regionda hegemonluq iddiaları olan bəzi paytaxtlar xarici siyasətlərini məzhəb ekspansiyası və digər ölkələrin daxili işlərinə qarışmaq üzərində qurublar. Bu yanaşma müsəlman coğrafiyasında süni cəbhələrin açılmasına, proksi qüvvələr vasitəsilə daxili müharibələrin alovlandırılmasına və xarici qüvvələrin regiona müdaxiləsinə şərait yaradır. Azərbaycan isə daxildə formalaşdırdığı bənzərsiz multikultural modeli və məzhəblərarası harmoniya mühitini öz xarici siyasətinə də daşıyıb. Ölkəmizdə fərqli məzhəb daşıyıcılarının eyni məsciddə çiyin-çiyinə namaz qılması dünyaya verilmiş unikal mesajdır.

Bu baxımdan. Prezident İlham Əliyevin Şuşada bəyan etdiyi prinsiplər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki ədalətli və dəyişməz mövqeyinin növbəti təzahürüdür. Azərbaycan müsəlman dünyasında real, əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır. Çünki, regional sabitlik və müsəlman ümmətinin qlobal nüfuzu yalnız subyektiv ambisiyalardan uzaq, səmimi və dürüst siyasi iradə nümayiş etdirməyi tələb edir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

MüəlliflərRufiz Hafizoglu

İran nüvə proqramı üçün Hizbullahdan imtina edə bilər-Hafizoğlu

Müəllif:
ArabAZ News
Azər HüseynovMüəlliflər

Qərbin təzyiqi Suriyada yeni vətəndaş müharibəsini alovlandırır?

Müəllif:
ArabAZ News
MüəlliflərRufiz Hafizoglu

Bakının“humanitar körpü” modeli sistemli xarakter daşıyır

Müəllif:
mail.azerpress@gmail.com
İbrahim HamidiMüəlliflər

İsraili dəli edən yeni Türkiyə-Suriya hərbi ittifaqı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.