11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Texnologiya
Texnologiya

İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

İngiltərə və Uelsdə məhkəmə binalarına “Meta” şirkətinin kamera ilə təchiz edilmiş ağıllı eynəkləri ilə giriş qadağan edilib. İngiltərə və Uelsdə cinayət, mülki və ailə məhkəmələrinə cavabdeh olan Kral Məhkəmələri və Tribunal Xidməti məhkəmə binalarına “Meta” eynəkləri ilə daxil olmaq istəyən şəxslərin eynəklərinin giriş zamanı götürüləcəyini açıqlayıb

12 Avqust 2026 16:33
İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

BAKI,VOA

İngiltərə və Uelsdə məhkəmə binalarına “Meta” şirkətinin kamera ilə təchiz edilmiş ağıllı eynəkləri ilə giriş qadağan edilib.

VOA xəbər verir ki, İngiltərə və Uelsdə cinayət, mülki və ailə məhkəmələrinə cavabdeh olan Kral Məhkəmələri və Tribunal Xidməti məhkəmə binalarına “Meta” eynəkləri ilə daxil olmaq istəyən şəxslərin eynəklərinin giriş zamanı götürüləcəyini açıqlayıb.

Qurumun sözçüsü bildirib ki, məhkəmə və məhkəmə-hüquq müəssisələrində görüntü və video çəkilişlərinə dair ciddi məhdudiyyətlər mövcuddur. Bu səbəbdən kameraya malik “Meta” eynəklərinin istifadəsinə icazə verilmir.

Qeyd olunub ki, belə eynəklərlə məhkəmə binasına gələn şəxslərin cihazları girişdə müvəqqəti olaraq götürüləcək və binadan çıxarkən sahibinə qaytarılacaq.

İngiltərədə məhkəmə binalarında rəsmi icazə olmadan foto və video çəkilişləri qadağandır. Bu qaydanın pozulması məhkəməyə hörmətsizlik kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər.

“Meta” eynəkləri niyə mübahisə yaradır?

“Meta” tərəfindən istehsal olunan ağıllı eynəklər istifadəçiyə video çəkməyə imkan verən kamera ilə təchiz olunub.

Bu xüsusiyyət şəxslərin icazəsi olmadan görüntülərinin qeydə alınması, şəxsi həyatın toxunulmazlığının pozulması və çəkilişlərin “Facebook” və “Instagram” kimi platformalarda canlı yayımlanması ilə bağlı narahatlıqlara səbəb olub.

İngiltərə və Uelsdə qəbul edilən qərar ABŞ-ın Nyu-York ştatındakı məhkəmələrin ötən ay oxşar qadağa tətbiq etməsindən sonra gündəmə gəlib.

Məqalədə: #ABŞ #İngiltərə #Meta #məhkəmə #Uels #Meta eynəkləri

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.