Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Əlif «ا» qrafik forması iki hərfin təsviridir: uzadıcı olan sükunlu əlif «ا» və hərəkəli əlif olan həmzə «أ». Həmzə üçün «ع» (ayn) hərfinin baş hissəsi «ء» simvol seçilmiş və hərəkəli əlifin üzərinə qoyulmuşdur. Uzadıcı əlif isə yalnız sükunlu (hərəkəsiz) olur; bu səbəbdən onunla sözə başlamaq mümkün olsun deyə, önünə hərəkəli ləm hərfi artırılmışdır («لا»). Əlifba sırasındakı yeri isə vav və ya hərflərinin arasındadır: «و، لا، ي».