4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabCars
ArabCars

Türkiyənin yerli istehsalı olan TOGG-un bazar payı açıqlanıb (ÖZƏL)

Məlumata görə, mart ayında qeydiyyata alınan nəqliyyat vasitələrinin 50,2 faizini avtomobillər, 34,8 faizini motosikletlər, 10,1 faizini furqonlar, 1,7 faizini yük maşınları, 1,6 faizini traktorlər, 1 faizini mikroavtobuslar, 0,5 faizini avtobuslar və 0,1 faizini xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.

26 Aprel 2026 11:00
Türkiyənin yerli istehsalı olan TOGG-un bazar payı açıqlanıb (ÖZƏL)

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyədə 2026-cı ilin mart ayında 159 min 931 ədəd nəqliyyat vasitəsi qeydiyyata alınıb.

VOA xəbər verir ki, yeni qeydiyyatlarda avtomobillər və motosikletlər əsas paya sahib olub.

Məlumata görə, mart ayında qeydiyyata alınan nəqliyyat vasitələrinin 50,2 faizini avtomobillər, 34,8 faizini motosikletlər, 10,1 faizini furqonlar, 1,7 faizini yük maşınları, 1,6 faizini traktorlər, 1 faizini mikroavtobuslar, 0,5 faizini avtobuslar və 0,1 faizini xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.

Ötən aya nisbətən qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 31,3 faiz artıb. Ən yüksək artım motosikletlərdə 51 faiz, avtomobillərdə 27,2 faiz, traktorlarda 19,3 faiz və mikroavtobuslarda 17,7 faiz qeydə alınıb. Eyni zamanda yük maşınları və xüsusi təyinatlı nəqliyyat vasitələrində azalma müşahidə olunub.

2025-in mart ayı ilə müqayisədə isə qeydiyyatda 18,3 faiz azalma baş verib. Bu dövrdə ən böyük azalma traktorlarda, xüsusi təyinatlı nəqliyyat vasitələrində və yük maşınlarda qeydə alınıb.

Mart ayının sonuna olan məlumata əsasən, Türkiyədə qeydiyyatda olan ümumi nəqliyyat vasitələrinin sayı 34 milyon 23 min 986 olub. Bunların 51,8 faizini avtomobillər, 21,2 faizini motosikletlər və 14,6 faizini furqonlar təşkil edir.

Mart ayında həmçinin 870 min 992 nəqliyyat vasitəsinin mülkiyyət dəyişməsi həyata keçirilib. Bu əməliyyatlarda avtomobillər 68,6 faizlə birinci yerdə qərarlaşıb.

Avtomobil markaları üzrə mart ayında ən çox qeydiyyat 15,5 faizlə Renault-a məxsus olub. Onu Toyota, Peugeot, Volkswagen, Hyundai və digər markalar izləyib. Yerli istehsal olan TOGG-un payı isə 5,9 faiz təşkil edib.

Yanvar–mart dövründə isə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 14,4 faiz azalaraq 426 min 342 olub. Eyni dövrdə qeydiyyatdan çıxarılan nəqliyyat vasitələrinin sayı isə 23,1 faiz artıb.

Mütəxəssislər bildirirlər ki, təqdim olunan rəqəmlər Türkiyə avtomobil bazarında dalğalı tendensiyanı, eyni zamanda elektrik və hibrid avtomobillərin payının artdığını göstərir.

Məqalədə: #avtomobil bazarı #Togg satışları #Elektrikli avtomobillər #Türkiyə nəqliyyat statistikası #motosiklet artımı #trafiq qeydiyyatı #nəqliyyat vasitələrinin strukturu #Türkiyədə 2026 mart avtomobil qeydiyyat rəqəmləri #motosiklet bazarının artım səbəbləri Türkiyə #elektrikli avtomobillərin bazar payı Türkiyə 2026 #TOGG qeydiyyat statistikası mart ayı #Türkiyədə nəqliyyat vasitələrinin illik dəyişimi #avtomobil markalarının satış göstəriciləri Türkiyə #nəqliyyat sektorunda trendlər 2026

Mövzu üzrə digər xəbərlər

Xarici tələbat BYD-nin satışlarını yüksəldib
ArabCars

Xarici tələbat BYD-nin satışlarını yüksəldib

1 Avqust 19:37
Subarunun 2026 strateji planı: Kəmiyyət yoxsa keyfiyyət?
ArabCars

Subarunun 2026 strateji planı: Kəmiyyət yoxsa keyfiyyət?

5 May 07:34
Keçən il Türkiyədən Fransadan avtomobil ixracı 5 milyard dolları keçib (ÖZƏL)
İqtisadiyyat

Keçən il Türkiyədən Fransadan avtomobil ixracı 5 milyard dolları keçib (ÖZƏL)

19 Yanvar 11:33
Keçən il Türkiyədən Özbəkistana avtomobil ixracı 65 milyon dolları keçib (ÖZƏL)
İqtisadiyyat

Keçən il Türkiyədən Özbəkistana avtomobil ixracı 65 milyon dolları keçib (ÖZƏL)

18 Yanvar 15:00

Son Xəbərlər

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.