10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Real Madrid Vinisius Juniorla müqavilə gərginliyində mövqeyini dəyişmir

Yeni baş məşqçi Xabi Alonso Vinisiusun statusuna fərqli yanaşır. O, braziliyalını bu mövsüm artıq iki oyunda ehtiyatda saxlayıb və hər görüşdə əsas heyətə zəmanət vermir. Vinisius isə bu qərarlardan narazılığını klub prezidenti Florentino Perezə çatdırıb.

23 Sentyabr 2025 16:40
Real Madrid Vinisius Juniorla müqavilə gərginliyində mövqeyini dəyişmir

BAKI,AzerVoice, Fərid Mikayılov

Real Madrid braziliyalı ulduz Vinisius Juniorla yeni müqavilə danışıqlarında mövqeyini dəyişməyəcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, klub rəhbərliyi futbolçunun ciddi maaş artımı tələbini qəbul etmir, bu isə oyunçunun gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırır.

Yeni baş məşqçi Xabi Alonso Vinisiusun statusuna fərqli yanaşır. O, braziliyalını bu mövsüm artıq iki oyunda ehtiyatda saxlayıb və hər görüşdə əsas heyətə zəmanət vermir. Vinisius isə bu qərarlardan narazılığını klub prezidenti Florentino Perezə çatdırıb.

Vinisiusun meneceri Federiko Pena həftənin əvvəlində klub rəhbərliyi ilə görüşərək müqavilə məsələsini müzakirə edib. 25 yaşlı hücumçunun hazırkı müqaviləsi daha iki mövsüm qüvvədə olsa da, altı ay əvvəl yeni razılaşma üzərində iş aparılırdı. Lakin Vinisiusun yüksək maaş tələbləri səbəbindən proses dayandırılıb və menecerə klubun son təklifini dəyişməyəcəyi bildirilib.

Vinisius 2024-cü ildə Səudiyyə Ərəbistanına transferlə bağlı iddialarla gündəmə gəlmişdi. Buna baxmayaraq, futbolçu Real Madriddə qalmaq istədiyini vurğulayıb. Əgər gələn yay yeni müqavilə imzalanmasa, braziliyalı ulduz alternativ variantları dəyərləndirə bilər.

La Liqada mövsümə uğurlu başlayan Real Madriddə Vinisius hələlik 2 qol vurub, 2 məhsuldar ötürmə edib. Lakin Alonso tərəfindən Real Sosiedad və Marsel ilə oyunlarda ehtiyatda saxlanılması futbolçunun gələcəyi ilə bağlı suallar doğurub.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Braziliya #Real Madrid #İspaniya La Liqası #Vinisius Junior #Xabi Alonso

Mövzu üzrə digər xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu

11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.