10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq. Argentina, Uruqvay və Paraqvay isə ilk üç oyuna ev sahibliyi edəcək. Bu qərar ilk dünya çempionatının 100 illiyi ilə əlaqədardır. Yarışda 48 komandanın iştirakı nəzərdə tutulur. Ümumilikdə 104 oyun keçiriləcək. Finalın keçiriləcəyi stadion hələ açıqlanmayıb. Əsas namizəd Madridin "Santyaqo Bernabeu" stadionudur

20 İyul 2026 10:54
2030-cu il dünya çempionatı altı ölkədə keçiriləcək

BAKI,VOA, Fərid Mikayılov

2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə altı ölkənin ev sahibliyi ilə təşkil olunacaq. Turnirin əsas ev sahibləri İspaniya, Portuqaliya və Mərakeş olacaq, Argentina, Uruqvay və Paraqvay isə yubiley çərçivəsində ilk üç oyuna ev sahibliyi edəcək.

VOA xəbər verir ki, turnirin iyunun 8-dən iyulun 21-dək keçirilməsi planlaşdırılır. Açılış xarakterli ilk üç qarşılaşma Argentina, Uruqvay və Paraqvayda baş tutacaq. Bundan sonra yarış iyunun 13-dən etibarən əsas ev sahibi ölkələr olan İspaniya, Portuqaliya və Mərakeşdə davam edəcək.

İlk oyunların Cənubi Amerikada keçirilməsi 1930-cu ildə Uruqvayda təşkil olunan ilk dünya çempionatının 100 illiyinə həsr olunub. Yubiley matçının məhz Uruqvayda keçirilməsi nəzərdə tutulur.

Hazırkı plana əsasən, turnirdə 48 milli komanda iştirak edəcək və ümumilikdə 104 oyun keçiriləcək. FIFA iştirakçı sayının 64 komandaya çatdırılması imkanını da müzakirə edir.

Finalın keçiriləcəyi stadion hələ rəsmən müəyyən edilməyib. Əsas namizəd Madrid şəhərində yerləşən və yenidən qurulan "Santyaqo Bernabeu" stadionudur. Barselonadakı "Kamp Nou" və Mərakeşin Mərakeş şəhərində tikilən "II Həsən" stadionu da mümkün variantlar sırasında göstərilir.

Məqalədə: #İspaniya #Paraqvay #Argentina #Mərakeş #Portuqaliya #Uruqvay #dünya çempionatı

Mövzu üzrə digər xəbərlər

Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38

Son Xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
20:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.