4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP29 çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının iclası keçirilib

Noyabrın 14-də COP29-un Maliyyə, investisiya və ticarət günü çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının (The Coalition of Finance Ministers for Climate Action) xüsusi iclası keçirilib.

15 Noyabr 2024 13:09
COP29 çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının iclası keçirilib

Bakı, AzerVoice

Noyabrın 14-də COP29-un Maliyyə, investisiya və ticarət günü çərçivəsində İqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının (The Coalition of Finance Ministers for Climate Action) xüsusi iclası keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Koalisiyanın tamhüquqlu üzvü kimi iclasda təmsil olunub.

İclasın panel müzakirələrində Milli Müəyyən Edilmiş Töhfələrin uğurlu icrası üçün maliyyə və investisiyaların səfərbər edilməsi, üzv ölkələr arasında iqlim üçün maliyyə səfərbərliyi təşəbbüslərinin əlaqələndirilməsi, həmçinin, tərəfdaş qurumlar və özəl sektor tərəfindən iqlim maliyyəsinin effektiv və əlaqələndirilmiş şəkildə təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, tərəfdaş qurumların, maliyyə təminatçıları və özəl sektorun ölkələrə Milli Müəyyən Edilmiş Töhfələrin və Milli Uyğunlaşma Planı üçün maliyyə səfərbərliyində fəal iştirakının təşviqi müzakirələr zamanı diqqət mərkəzində olub.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının maliyyə nazirinin müavini Lord Livermor, Misirin maliyyə naziri Əhməd Kuçuk, Uruqvayın maliyyə naziri Azucena Arbeleçe, Marşal Adalarının maliyyə naziri David Paul, Niderland Krallığının maliyyə nazirinin müavini Yasper Veselinq və digərləri çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrinin təmin edilməsində ölkələrin real maliyyə imkanlarının uzlaşdırılmasının, iqlim dəyişikliyi ilə mübarizədə maliyyə əlçatanlığının təmin olunmasının və iqlim fəaliyyətlərinin maliyyələşdirilməsi üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıblar.

Eyni zamanda, maliyyə nazirləri öz çıxışlarında Milli Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi istiqamətində maliyyə resurslarının daha effektiv səfərbər olunmasına, iqlimlə bağlı qlobal çağırışlara qarşı lazımi və dayanıqlı tədbirlərin görülməsinə dair təklif və tövsiyələrini irəli sürüblər.

İclasda çıxış edən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov iqlim fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının fəaliyyətini və Koalisiyanın növbəti iclasının COP29 çərçivəsində Bakı şəhərində keçirilməsini yüksək qiymətləndirib. Qeyd olunub ki, Koalisiyaya son altı ayda 5 yeni ölkə qoşulub, bu da onun artan təsirini və nüfuzunu göstərir. Eyni zamanda, Azərbaycanın Koalisiyaya qoşulmasından qısa müddət keçməsinə baxmayaraq, əməkdaşlığın genişləndirilməsində öz marağını ifadə edir.

Nazir qeyd edib ki, COP29-un sədri kimi Azərbaycan İqlim Maliyyəsi fəaliyyət Fondunun yaradılmasının təşəbbüskarıdır və fonda öz töhfəsini vermək üçün müvafiq məbləğdə vəsait ayıracaqdır. Qeyd olunub ki, fondun vəsaitləri karbohidrogen yanacaqları istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü ianələr əsasında formalaşdırılır. Yığılan həmin vəsaitlər, iqlimlə əlaqəli layihələrin maliyyələşməsinə, bərpaolunan enerji mənbələrinin təşviq edilməsinə və yeni iqlim həlləri üzrə araşdırmaların və tədqiqatların dəstəklənməsinə yönəldiləcəkdir.

Nazir eyni zamanda elan etmişdir ki, Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fondunda (BVF) özünə məxsus olan xüsusi borclanma hüquqlarını Fondun idarəedilməsinə verilməsi nəticəsində əldə olunacaq gəlirlər hesabına BVF-nun məqsədli fondlarına vəsait ayıracaq ki, bu da iqlim dəyişikliklərinin yaratdığı mənfi fəsadların qarşısının alınması və aradan qaldırılmasına və həmin ölkələrdə yoxsulluğun azaldılmasına xidmət edəcəkdir.

İclasda çıxış edən BVF-nun təmsilçisi Azərbaycan Respublikasının bu təşəbbüsünü olduqca yüksək qiymətləndirib və bunun Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda ilk təşəbbüs olduğunu bildirib.

Qeyd edilib ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyevanı qəbul edərkən Azərbaycanın Fond vasitəsilə inkişaf etməkdə olan və yoxsul ölkələrə iqlim çağırışları ilə bağlı yardım proqramlarında iştirakı müzakirə olunub.

95 ölkənin maliyyə nazirlərinin üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 beynəlxalq təşkilatla institusional tərəfdaşlıq edir və həmin beynəlxalq təşkilatlar maliyyə nazirlərinin iqlim dəyişikliyi ilə bağlı siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsində səylərini dəstəkləməkdə əsas texniki və məsləhətçi rolunu oynayırlar. Hazırda Koalisiyaya Hollandiya və Uqandanın maliyyə nazirləri həmsədrlik edir.

Məqalədə: #Maliyyə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent
Digər Dövlətlər

İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

31 İyul 21:26
ABŞ Livan rəsmilərinə və “Hizbullah şəbəkəsi”nə sanksiyalar tətbiq edib
Yaxın Şərq

ABŞ Livan rəsmilərinə və “Hizbullah şəbəkəsi”nə sanksiyalar tətbiq edib

18 İyun 22:35
ABŞ Maliyyə Naziri Bessent: Region ölkələrinə ziyan dondurulmuş aktivlərdən qarşılanacaq
Digər Dövlətlər

ABŞ Maliyyə Naziri Bessent: Region ölkələrinə ziyan dondurulmuş aktivlərdən qarşılanacaq

11 İyun 21:18
ABŞ İranın enerji və bank sektoruna yeni sanksiyalar tətbiq etdi
İran

ABŞ İranın enerji və bank sektoruna yeni sanksiyalar tətbiq etdi

5 İyun 20:40

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.