4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Şimali Afrika Misir
Misir

Vasitəçi ölkələr Qəzzada atəşkəsin təmin olunması üçün çalışırlar - Misir XİN

İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda vasitəçilər Qəzza zolağında 60 günlük atəşkəsin əldə olunmasına çalışırlar.

1 İyul 2025 20:19
Vasitəçi ölkələr Qəzzada atəşkəsin təmin olunması üçün çalışırlar - Misir XİN

BAKI, AzerVoice

İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda vasitəçilər Qəzza zolağında 60 günlük atəşkəsin əldə olunmasına çalışırlar.

AzerVoice xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Ati Qahirədə Oman xarici işlər naziri Bədr əl-Busaidi ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Misir və Qətər, ABŞ tərəfi ilə koordinasiyada, atəşkəsin bərpası üçün ciddi səylər göstərir. Məqsədimiz Qəzzada 60 günlük atəşkəsin əldə olunmasıdır” – deyə, Əbdül Ati vurğulayıb. Onun

Nazir həmçinin müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini qeyd edib və bildirib ki, bu olmadan “nə İsraildə, nə də dünyada təhlükəsizlik bərpa olunmayacaq”.

Qeyd edək ki, bu ilin yanvarında razılaşdırılmış atəşkəs rejimi martın 18-də İsrail ordusunun Qəzzada hərbi əməliyyatları yenidən bərpa etməsi ilə pozulmuşdu. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilmiş bir neçə danışıqlar raunduna baxmayaraq, tərəflər yeni razılaşmanın şərtləri üzərində razılığa gələ bilməmişdilər.

İyunun 24-də Qətər hökumətinin başçısı və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani bəyan edib ki, İsrail və HƏMAS nümayəndələri qarşıdakı günlərdə münaqişənin həlli ilə bağlı dolayı danışıqlar aparmağı planlaşdırırlar.

İyunun 30-da isə Qətər baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, vasitəçilər danışıqların bərpası üzərində işləyirlər, lakin HƏMAS və İsrail nümayəndələrinin Dohada görüşünün dəqiq vaxtını açıqlamayıb.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #Misir #Qətər #HƏMAS #atəşkəs #Qətər Qəzza atəşkəs vasitəçiliyi #Qətər və Misir vasitəçiliyi

Mövzu üzrə digər xəbərlər

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

18:51
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
Fələstin

İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb

18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

17:46

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.