Misir Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalarını alqışlayıb
Misir Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrindən gətirilən mallara qadağa qoymasını beynəlxalq hüquqa uyğun addım kimi dəstəkləyib.
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa nəqliyyat nazirləri İsgəndəriyyə limanında dəniz nəqliyyatı, liman infrastrukturu və logistika sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir xarici işlər nazirləri Hörmüz boğazındakı gəmiçilik problemlərinin beynəlxalq ticarətə təsirini müzakirə edərək regional təhlükəsizlik səylərinin artırılmasını vacib sayıb.
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Təqdim olunan siyahı 5 sentyabrda ərəb ölkələri tarixində qeydə alınmış 20 tamamilə unikal hadisəni əhatə edir.
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
Əbu-Dabidə sentyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində ilk beynəlxalq peşəkar sumo yarışı keçiriləcək.
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qırmızı dənizin təhlükəsizliyinin təmin edilməsinin bu dənizə sahili olan dövlətlərin müstəsna məsuliyyəti olduğunu bildirib.Bu barədə VOA məlumat verir.Sisi İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə görüşündə Qırmızı dənizin sabitliyinin pozulmasına, eləcə də onun hərbiləşdirilməsinə və beynəlmiləlləşdirilməsinə yönəlmiş cəhdlərin yolverilməz olduğunu vurğulayıb.
Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb
Misirin Çinə ixracı 2026-cı ilin ilk altı ayında illik ifadədə təxminən 200 faiz artaraq 840,8 milyon dollara çatıb.Bu barədə VOA Misirin Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyinin (CAPMAS) məlumatlarına istinadən xəbər verir. 2025-ci ilin eyni dövründə bu göstərici 280,5 milyon dollar təşkil edib.
Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir
Misirin qeyri-neft özəl sektorunda yeddi aylıq daralmadan sonra avqust ayında da bərpa prosesi davam edib.Bu barədə VOA “S&P Global”ın Misir üzrə Satınalma Menecerləri İndeksinə (PMI) istinadən məlumat verir. PMI göstəricisi iyuldakı 46,8-dən avqustda 49,6-ya yüksəlib. Bununla belə, indeks 50 bal həddindən aşağı olaraq qalır və bu, sektorun hələ də daralma zonasında olduğunu göstərir.
Fələstin məsələsi heç vaxt diqqətdən kənarda qalmamalıdır - Si Cinpin
Çin Prezidenti Si Cinpin Fələstin məsələsinin Yaxın Şərq probleminin əsasını təşkil etdiyini bildirib. O, Fələstin məsələsinin heç vaxt diqqətdən kənarda saxlanılmamalı və ikinci plana keçirilməməli olduğunu vurğulayıb. Çin lideri bu fikirləri Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə danışıqları zamanı səsləndirib. Si Cinpin Yaxın Şərq ölkələrinin bölgə üçün yeni təhlükəsizlik sistemi yaratmaq səylərini dəstəklədiyini bildirib. O, ümumi təhlükəsizliyin təmin edilməsi üçün hərtərəfli həll yolunun tapılmasına çağırıb. Çin Prezidenti BMT-nin bölgədə təsirli rolunun dəstəklənməsini də vacib hesab edib. Hörmüz boğazındakı gərginliyə toxunan Si Cinpin beynəlxalq dəniz yollarının təhlükəsizliyinin qorunması üçün Yaxın Şərq ölkələri ilə əməkdaşlığa hazır olduqlarını bildirib. Si Cinpinin Qahirəyə hazırkı səfəri onun son 10 ildə Misirə ilk səfəridir.
Si Cinpin Yaxın Şərqə xarici müdaxilənin dayandırılmasını istəyib
Çin Prezidenti Si Cinpin Yaxın Şərqdə xarici müdaxilənin rədd edilməsinə çağırıb. O, xarici qüvvələrin bölgəyə münasibətdə ikili yanaşmadan imtina etməli olduğunu bildirib. Çin lideri bu fikirləri Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı səsləndirib. Açıqlama barədə Çinin dövlət xəbər agentliyi “Sinxua” məlumat yayıb. Si Cinpin bölgə məsələlərində Yaxın Şərq ölkələrinin mövqeyinə hörmət edilməsinin vacibliyini vurğulayıb. O, xarici qüvvələrin müdaxiləsinin bölgədəki vəziyyətə təsirinə diqqət çəkib. Çin Prezidentinin açıqlaması Yaxın Şərqdə hərbi və siyasi gərginliyin artdığı bir vaxta təsadüf edir. Görüşdə bölgədəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Misirin Sinay yarımadasında avtobus qəzasında 16 nəfər ölüb
Misirin şərqində yerləşən Sinay yarımadasında avtobusun iştirakı ilə baş verən yol qəzasında 16 nəfər ölüb, 28 nəfər yaralanıb.
1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?
Ərəb coğrafiyası onilliklər boyu milli dövlətçilik təşəbbüslərinin, monarxiya rejimindən respublikaya keçidlərin və qlobal güc mübarizələrinin ən kəskin mərkəzlərindən biri olmuşdur. 1 sentyabr tarixi də Yaxın Şərq və Şimali Afrika xalqlarının siyasi taleyində dərin izlər buraxan hadisələrlə zəngindir. Bu təqvim günündə yeni dövlət quruluşlarının elan edilməsindən tutmuş monarxiyaları devirən hərbi çevrilişlərə qədər taleyüklü addımlar atılmışdır.