12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər edərək şəhərin tarixi, dini və mədəni irsi, eləcə də aparılan bərpa işləri ilə tanış olublar.

8 Sentyabr 2026 21:14
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

Türkiyə, Gürcüstan və İraqdan olan Azərbaycan əsilli, eləcə də Azərbaycanda fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti sentyabrın 8-də Şuşaya səfər edib.

ArabAZ xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Zəfər yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində baş tutub.

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər Bunu da oxuyun Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

Nümayəndə heyəti səfər zamanı Şuşa qalasını, “Yuxarı Gövhər Ağa” və “Aşağı Gövhər Ağa” məscidlərini, Cıdır düzünü və şəhərin mərkəzi meydanında işğal dövründə güllələnmiş görkəmli Azərbaycan şəxsiyyətlərinin büstlərini ziyarət edib.

Din xadimləri həmçinin Vaqif muzey-məqbərə kompleksi ilə tanış olublar.

Qonaqlara işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.

Səfər iştirakçılarına həmçinin Heydər Əliyev Fondunun tarix, mədəniyyət və dini abidələrin bərpası sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat təqdim olunub.

Bildirilib ki, Şuşada “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı”, “Mamayı”, “Çöl Qala” və “Daşaltı” məscidləri ilkin tarixi-memarlıq üslubuna uyğun şəkildə bərpa olunub.

Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri çərçivəsində Zəngilan şəhərində, Xocavənd rayonunun Hadrut qəsəbəsində və Ağdərə rayonunun Suqovuşan kəndində yeni məscidlər də inşa edilərək istifadəyə verilib.

Şuşadakı “Qazançı” kilsəsində isə ilkin orijinal görkəminə uyğun rekonstruksiya işlərinin aparıldığı bildirilib.

Din xadimləri səfər çərçivəsində aparılan quruculuq və bərpa işlərini əyani şəkildə müşahidə etmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Məqalədə: #Türkiyə #Azərbaycan #Qarabağ #Şuşa #İraq #Gürcüstan #Şərqi Zəngəzur #mədəni irs #din xadimləri

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.