Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Adana şəhərində ölkəmizin biznes və investisiya imkanları tanıdılıb, keçirilən görüşlərdə işbirliyinə dair müzakirələr aparılıb.
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər edərək şəhərin tarixi, dini və mədəni irsi, eləcə də aparılan bərpa işləri ilə tanış olublar.
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan ilə Əlcəzair arasında Birgə Komissiyanın ilk iclasına hazırlıq müzakirə edilib
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm informasiya portalında Azərbaycanın turizm imkanları, əsas turizm istiqamətləri, tarixi-mədəni irsi və təbiəti haqqında məlumat təqdim edən məqalə dərc olunub.
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanının səfiri İssam bin Saleh Əl-Cuteyli Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Abdinur Dahir Fidunla görüşüb.
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Vətən müharibəsindən bəhs edən "44" bədii filminin premyerası oktyabrın 1-də baş tutacaq.
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Washington Examiner nəşrində dərc olunan və son bir il ərzində Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əldə edilmiş tərəqqidən bəhs edən məqaləsini paylaşıb.
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
"Azərbaycan gözəlliyi və sehri ilə insan qəlbini ovsunlayan bir ölkədir".-deyə o paylaşımda yazıb.
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Medianın İnkişafı Agentliyi bəzi xarici media qurumlarında Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib. Qurum Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğınla bağlı “Nexta” kanalının yaydığı məlumatı buna nümunə göstərib. Agentlik hadisənin dövlətlərarası siyasi münasibətlərlə əlaqələndirilməsini əsassız hesab edib. Bəyanatda bu cür məlumatların ictimai rəyi çaşdırmağa və cəmiyyətdə süni təşviş yaratmağa yönəldiyi bildirilib. Agentlik son dövrlərdə bir sıra Qərb media qurumlarında Azərbaycanla bağlı birtərəfli məlumatların yayıldığını iddia edib. Bəyanatda Böyük Britaniya, ABŞ, Fransa və Polşanın bir sıra media qurumlarının adları çəkilib. Qurum belə materialları Azərbaycanın beynəlxalq nüfuzunu hədəfə alan informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib. Agentlik dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəyini bildirib.
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə bölgə prezidenti Cio Kristofoli ilə görüşüb. Tərəflər Azərbaycan ilə bp arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığı müzakirə ediblər. Şirkətin muzeylərə, sərgilərə və yaradıcı təşəbbüslərə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Görkəmli mədəniyyət xadimlərinin irsinə dair nəşrlərə verilən töhfə də xüsusi qeyd olunub. Cio Kristofoli Azərbaycanda mədəni layihələrə dəstəyin davam etdiriləcəyini bildirib. Görüşdə tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Adil Kərimli Cio Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanış olmağa dəvət edib. O, həmçinin bp nümayəndəsini Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib.Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Litva Respublikasının xarici işlər naziri Kestutis Budris arasında telefon danışığı zaman söhbət aparılıb.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib."Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.