12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Adana şəhərində ölkəmizin biznes və investisiya imkanları tanıdılıb, keçirilən görüşlərdə işbirliyinə dair müzakirələr aparılıb.

9 Sentyabr 2026 12:12

ArabAZ xəbər verir ki,Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin aparatı Adana şəhərinə işgüzar səfər təşkil edib. Səfərdə “SOCAR Türkiyə” şirkətinin nümayəndəsi də iştirak edib.

Səfər çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev Adana Hacı Sabancı Sənaye Zonasının İdarə Heyətinin sədri Bekir Sütçü ilə görüşüb. Görüşdə Sənaye Zonası ilə potensial əməkdaşlıq istiqamətləri, birgə layihələr və investisiya imkanları müzakirə olunub. Sənaye Zonası nümayəndələrinin Azərbaycanda işbirliyi imkanları ilə yerində tanış olmalarının faydalı ola biləcəyi vurğulanıb. Həmçinin Sənaye Zonasının nümayəndələri 25-26 sentyabr tarixlərində Bakıda keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunublar.

Adana Hacı Sabancı Sənaye Zonasının üzv şirkətləri üçün “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda tədbir keçirilib. Tədbirdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən iş adamları iştirak ediblər. Ölkəmizin biznes və investisiya mühiti, investorlar və sahibkarlar üçün tətbiq edilən güzəşt və təşviqlərə dair təqdimat keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Səfər iştirakçıları “Abdioğulları Plastik və Qablaşdırma”, “Sami Trafo” və “Çukurova Silo İdarəçiliyi” şirkətlərində istehsal fəaliyyəti ilə tanış olublar. Həmin şirkətlərlə tərəfdaşlıq müzakirə olunub.

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Məqalədə: #Türkiyə #Azərbaycan #investisiya #səfər #SOCAR Türkiyə #Tamerlan Tağıyev #Adana #Hacı Sabancı #Sənaye Zonası #Bekir Sütçü

Mövzu üzrə digər xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

13:13
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11 Sentyabr 11:53

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.