BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və regional vəziyyəti müzakirə ediblər.
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
ABŞ Maliyyə Nazirliyi İranla bağlı iqtisadi təzyiq kampaniyası çərçivəsində Türkiyədə yerləşən “Golden Global Bank”a qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bankı İran İnqilab Keşikçiləri Korpusunun maliyyə fəaliyyətinə dəstək verməkdə ittiham edir.
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyənin cənubundakı Mersin limanında etilakrilat kimyəvi maddəsinin sızması baş verib, nəticədə 35 nəfər zərər çəkib.
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız Suriyanın kimyəvi silah irsinin aradan qaldırılması istiqamətində səylərini yüksək qiymətləndirib.
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyədə xilasetmə qrupları İstanbul sahillərində batan yük gəmisinin 10 nəfərlik ekipajını tapmaq üçün axtarış-xilasetmə əməliyyatını davam etdirir. VOA məlumat verir ki,hadisə çərşənbə günü Mərmərə dənizində, İstanbulun qərbində yerləşən İmralı adası yaxınlığında baş verib. “FG SEVIL” adlı yük gəmisinin batmasından sonra 3 ekipaj üzvü xilas edilib.
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO üzvü olan ölkəsinin Çin və Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku — Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq imkanını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb
Türkiyənin Mərmərə dənizində iki yük gəmisinin toqquşması nəticəsində gəmilərdən biri batıb, onun 10 nəfərlik heyəti ilə əlaqə kəsilib. Hadisə İstanbulun cənub-qərbində, Mərmərə dənizində baş veribTürkiyə Dənizçilik Baş İdarəsinin məlumatına görə, “Tugberk İmamoglu” adlı gəmi digər gəmi ilə toqquşduqdan sonra heç bir çağırışa cavab verməyib və ekipaj üzvlərinin mobil telefonlarına da zəng çatmayıb.
Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq
Amerika-Gürcüstan Biznes Şurası (AGBC) və Amerika-Azərbaycan Ticarət Palatası (USACC) Dünya Bankının regional direktoru Roland Prays ilə Orta Dəhlizin inkişafına və regional nəqliyyat əlaqəliliyinə həsr olunmuş dəyirmi masa keçirəcəklər.
Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
Bu gün Trend Beynəlxalq İnformasiya Agentliyinin təsis edilməsinin 31-ci ildönümüdür. Bu onilliklər ərzində baş ofisi Bakıda yerləşən agentlik regionun ən böyük KİV-lərindən birinə çevrilib. Agentlik təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda, Mərkəzi Asiyada, Türkiyədə və İranda baş verən hadisələri işıqlandırır.
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regional sülh və sabitliyi dəstəkləmək məqsədilə birgə fəaliyyət planlarını açıqlayıb. Üç ölkə Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində böhranların sülh yolu ilə həllinə dəstək verəcəyini bildirib. Tərəflər Səudiyyə Ərəbistanında üçtərəfli əməkdaşlıq katibliyinin yaradılması barədə qərar qəbul edib. Katibliyə ilk üç il ərzində Pakistan nümayəndəsinin rəhbərlik edəcəyi açıqlanıb. Yeni mexanizm müdafiə və təhlükəsizlik sahəsində koordinasiyanın artırılmasına yönəlib. Üç ölkə regional gərginliyin azaldılması üçün birgə təşəbbüslər həyata keçirməyi planlaşdırır.
Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
Türkiyənin Sosial Təminat Qurumunun nümayəndə heyəti DOST Agentliyində olub. Nümayəndə heyətinə İnformasiya Texnologiyaları Baş İdarə rəisinin müavini Adnan Yılmaz rəhbərlik edib. Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar. Onlara DOST konsepsiyasının üstünlükləri və sosial xidmətlərdə tətbiq olunan yeniliklər barədə məlumat verilib. Görüşdə Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar müzakirə olunub. DOST mərkəzlərində 164 növ xidmətin “bir pəncərə” prinsipi ilə təqdim edildiyi bildirilib. Tərəflər sosial müdafiə və rəqəmsal xidmətlər sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədə davam edən müharibə ilə bağlı açıqlama verib. O, münaqişə tərəflərinin dağıdıcı müharibəni davam etdirmək üçün yeni üsullar hazırladığını bildirib. Fidan bu prosesin dayandırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, tərəflərin bir-birini daha da məhv etməsi bütün regiona zərər vuracaq. Türkiyə rəsmisi qarşıdurmanın davam etməsinin bölgənin sabitliyini təhlükə altına aldığını qeyd edib. O, siyasi həll yollarının tapılmasının vacib olduğunu bildirib.