6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

ABŞ Maliyyə Nazirliyi İranla bağlı iqtisadi təzyiq kampaniyası çərçivəsində Türkiyədə yerləşən “Golden Global Bank”a qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bankı İran İnqilab Keşikçiləri Korpusunun maliyyə fəaliyyətinə dəstək verməkdə ittiham edir.

4 Sentyabr 2026 20:30
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

ABŞ Maliyyə Nazirliyi İran üzərində iqtisadi təzyiqi artırmaq məqsədi daşıyan yeni sanksiyalar çərçivəsində Türkiyədə fəaliyyət göstərən üç maliyyə qurumuna qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Vaşinqton bu qurumları İranla əlaqəli maliyyə əməliyyatlarında iştirakda ittiham edib.

ArabAZ xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə yerləşən “Golden Global Yatırım Bankası Anonim Şirketi” və onun törəmə qurumlarına qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

ABŞ sanksiyaları İran iqtisadiyyatına təzyiqi artırır Bunu da oxuyun ABŞ sanksiyaları İran iqtisadiyyatına təzyiqi artırır

Nazirliyin iddiasına görə, “Golden Global Bank” və onun törəmə şirkətləri İran İnqilab Keşikçiləri Korpusunun “Qüds Qüvvələri” ilə əlaqəli on milyonlarla dollarlıq maliyyə əməliyyatlarının həyata keçirilməsinə kömək edib.

ABŞ tərəfi bildirib ki, sözügedən bank İran hökumətinə beynəlxalq maliyyə sistemindən istifadə etməyə və vəsaitlərin xaricə köçürülməsinə imkan yaradıb.

Maliyyə Nazirliyinin açıqlamasında bankın İranın neft gəlirlərinin Çindən Türkiyəyə köçürülməsi, daha sonra isə nağd pul və qızıla çevrilməsi üçün istifadə olunan gizli maliyyə şəbəkəsinə xidmət etdiyi iddia olunub.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İran hökumətini dəstəkləyən maliyyə qurumlarına qarşı sanksiyalar tətbiq etməkdə qərarlıdır.

O, ABŞ-nin İranla əlaqəli maliyyə kanallarının qarşısını almaq üçün təzyiq siyasətini davam etdirəcəyini qeyd edib.

Yeni sanksiyalar ABŞ administrasiyasının Tehran üzərində iqtisadi təzyiq mexanizmlərini genişləndirmək siyasətinin tərkib hissəsi kimi təqdim olunur.

Məqalədə: #Türkiyə #İran #sanksiyalar #İran İnqilab Keşikçiləri Korpusu #ABŞ Maliyyə Nazirliyi #Skott Bessent #Qüds Qüvvələri #Golden Global Bank

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.