7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix İslam və həyat: Şəriət, tarix, əxlaq
İslam və həyat: Şəriət, tarix, əxlaq

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

Zaman imperiyaları, taxt-tacları və hökmdarları unudulmağın tozlu səhifələrinə gömsə də, əqidəsi uğrunda ölməyi bacaranların adı əsrləri aşıb gəlir. Qamçılar altında əyilməyən dağ: İmam Əhməd ibn Hənbəl

6 Sentyabr 2026 18:00
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar

Zaman imperiyaları, taxt-tacları və hökmdarları unudulmağın tozlu səhifələrinə gömsə də, əqidəsi uğrunda ölməyi bacaranların adı əsrləri aşıb gəlir. İslam hüquq və fikir tarixinin dörd təməl daşı - Əhməd ibn Hənbəl, Məhəmməd ibn İdris əş-Şafii, Əbu Hənifə ən-Numan və Malik ibn Ənəs fərqli coğrafiyalarda, fərqli talelərlə yaşasalar da, eyni amal uğrunda can qoyub, ardınca ağlayan bütöv bir ümmət qoyub getdilər.

Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır? Bunu da oxuyun Quranda Məhəmməd peyğəmbərin adı keçən ayələr hansılardır?

Qamçılar altında əyilməyən dağ: İmam Əhməd ibn Hənbəl

Hicri 164-cü ildə Bağdadda dünyaya göz açanda boynuna yetimlik bükülmüşdü. Bir hədis ardınca İraqdan Yəmənədək uzanan səhraları piyada addımlayan Əhməd ibn Hənbəl üçün ən böyük sınaq xilafət sarayının təzyiqləri oldu. Dövrün xəlifələri alimləri "Quranın məxluq olması" fikrini qəbul etməyə məcbur edəndə, çoxları can qorxusundan susdu. İmam Əhməd isə polad iradəsi ilə zindanları və cəlladların qamçılarını qarşıladı. Dəfələrlə huşunu itirənədək döyüldü, zəncirləndi, amma dodaqlarından yalnız bircə kəlmə düşmədi: "Mənə Allahın Kitabından və Rəsulunun Sünnəsindən dəlil gətirin!"

Hicri 241-ci ildə xəstəlik onu yatağa salanda Bağdad nəfəsini dərib gözləyirdi. O gün şəhər boşaldı, bazarlar bağlandı, yüz minlər küçələrə axışdı. İmamın vaxtilə dediyi o məşhur söz reallığa çevrildi: "Bizimlə sizin aranızdakı fərq cənazə günü bilinəcək".

İmam Şafii

Hicri 150-ci ildə Qəzzanın yoxsul bir guşəsində yetim doğulan balaca Məhəmməd kağız almağa belə imkan tapmırdı. O, elmin incilərini heyvan sümükləri, dərilər və xurma lifləri üzərinə həkk edirdi. Bədəvi qəbilələrində bəlağət öyrənən, hafizəsi dillər əzbəri olan gənc sonralar Məkkədən Qahirəyə qədər bütün İslam dünyasının parlaq ulduzuna çevrildi.

Hicri 204-cü ildə Misirdə ölüm yatağında inildəyərkən belə tələbələri onun ətrafından çəkilmirdi. Dünyadan köçdüyü an dediyi o son misralar tarixin yaddaşına bir fəryad kimi yazıldı: "Artıq dünyadan köçürəm, qardaşlardan ayrılıram, ölüm qədəhindən içirəm... Bilmirəm ruhum cənnətə gedəcək onu təbrik edim, yoxsa cəhənnəmə gedəcək ona təziyə deyim".

Sarayın qızılına uymayan tacir: İmam Əbu Hənifə

Kufə bazarında ipək satan o parlaq zəkalı gənc - Nüman ibn Sabit elmə yönələndə dövrünün ən qüdrətli fiqh dühasına çevriləcəyini bəlkə də heç kim təxmin etmirdi. Xəlifə Əbu Cəfər əl-Mənsur ona dövlətin ən uca pilləsi olan baş qazilik kürsüsünü təklif edəndə, o, vicdanını hakimiyyətə satmaqdan imtina etdi.

Əqidəsinin bədəlini zindanın soyuq divarları arasında, ağır təzyiqlər altında ödədi. Hicri 150-ci ildə Bağdad zindanında son nəfəsini verən bu böyük mütəfəkkirin cənazəsinə toplaşan insan seli, bir insanın prinsip uğrunda necə ölməzlik qazandığının canlı sübutu oldu.

İmam Malik

Hicri 93-cü ildə Peyğəmbər şəhəri Mədinədə doğulan Malik ibn Ənəs hədis elminə elə bir ehtiram bəsləyirdi ki, dərsə oturmazdan əvvəl qüsl alar, ən gözəl libaslarını geyinər, ətirlənərdi. Hökmdarların, xəlifələrin qarşısında diz çökdüyü bu böyük şəxsiyyətin ən böyük ucalığı bilmədiyi məqamda çəkinmədən "Bilmirəm" deyə bilmək cəsarəti idi.

Hicri 179-cu ildə qələmə aldığı "əl-Muvatta"sını ümmətə əmanət qoyaraq çox sevdiyi Mədinə torpağında, Bəqi qəbiristanlığında əbədi yuxuya getdi.

Bədənləri torpağa qarışsa da, əqidə və elmləri min ildən çoxdur ki, məscidlərin günbəzləri altında, mədrəsələrin otaqlarında və milyonların qəlbində diri qalmaqda davam edir.

Məqalədə: #Nabil Əbu Radine #İbn İshaq və İbn Hişam #Şafii məzhəbində dua hökmü #İslam sivilizasiyası və elm #klassik islam alimləri #Ənəs ibn Malik göyərçin #Rebî bin Süleyman və İmam Şafii #Əhməd ibn Hənbəl #Hənbəli məzhəbi #Şafiilər #Ənəs ibn Malik #Hənbəlilər #Məhəmməd ibn Əli ibn Abdullah #Mahmud ibn Muhəmməd ibn Əli ibn Mahmud əl-Arrani #Əbu Hənifənin nəsihətləri #İmam Əbu Hənifə kimdir #Əbu Hənifənin tələbəsi Yusif #İmam Şafiinin istihsana tənqidi #Zahid anlayışına klassik İslam alimlərinin baxışı #Şafii və Hənəfi məzhəbinə görə nəcis maddələrlə müalicə qaydaları #Cünub halda sahur etmək orucu pozur? Şafii və Hənəfi məzhəbinin rəyləri #Şafii və Hənəfi məzhəbinə görə təravih namazının fərqləri #Misirin ilk müstəqil dövləti: Əhməd ibn Tulunun Qahirə möcüzəsi #Tirmizi və Əhməd bin Hənbəl #Şafii məzhəbi #İslam sivilizasiyası #Məhəmməd ibn İdris əş-Şafii

Mövzu üzrə digər xəbərlər

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?
İslam və həyat: Şəriət sualları

Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

30 Avqust 10:00
Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

24 Avqust 08:02
İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?
ArabAZ təhlil mərkəzi

İslam sivilizasiyası Qərb təhsil sisteminə necə yol açdı?

26 İyul 09:00
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

7 İyul 17:51

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.