5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

Özbəkistanda keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu İslam dünyasının elmi, mədəni və mənəvi irsinin qorunmasına həsr olunub. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Rayımkulova çıxış edərək İslam və Türk sivilizasiyalarının bəşəriyyətin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. O, Özbəkistanın sivilizasiyalararası dialoq sahəsində mühüm mövqeyə malik olduğunu vurğulayıb. Çıxış zamanı Fondun beynəlxalq təşkilatlarla həyata keçirdiyi əməkdaşlıq layihələri barədə də məlumat verilib. Forum çərçivəsində mədəni irsin qorunması, maarifçilik və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunur. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu alimlər və ekspertlər tədbirdə iştirak edərək fikir mübadiləsi aparırlar. Forumun İslam sivilizasiyasının zəngin irsinin gələcək nəsillərə çatdırılmasına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

7 İyul 2026 17:51
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

BAKI,VOA

7–11 iyul 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd, Səmərqənd və Termez şəhərlərində “İslam sivilizasiyası: sülh, tolerantlıq və maarifçilik yolu” devizi altında I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb.

Forumun açılış mərasimində Özbəkistan Respublikası Prezidentinin müşaviri Xayriddin Sultanov Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin Forum iştirakçılarına ünvanladığı salamlama müraciətini səsləndirib.

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın müraciətini Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini Kürşad Zorlu, Tatarıstan Respublikası Rəisinin müraciətini isə “Rusiya – İslam Dünyası” Strateji Baxış Qrupunun sədrinin müşaviri və Tatarıstan Respublikası Rəisinin xüsusi nümayəndəsi Farit Muxametşin çatdırıb.

Açılış mərasimində, həmçinin Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Dini və maarifçilik məsələləri üzrə şöbəsinin müdiri Muzaffar Kamilov, Özbəkistan Müsəlmanları İdarəsinin sədri və müfti Şeyx Nuriddin Xoliqnazar, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev, ICESCO-nun Baş direktoru Salim M. Al-Malik çıxış ediblər. Müsəlman Dünya Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsanın videomüraciəti təqdim olunub.

Forumda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova da iştirak edib. Fondun prezidenti “Böyük keçmişin irsi – maariflənmiş gələcəyin təməli” mövzusuna həsr olunan IV plenar sessiyada çıxış edib.

Professor Aktotı Raimkulova çıxışında Özbəkistanda İslam Sivilizasiyası Mərkəzinin yaradılmasına və Forumun keçirilməsi təşəbbüsünə görə Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə təşəkkürünü bildirib, ölkənin sivilizasiyalararası dialoqun mühüm mərkəzlərindən biri kimi rolunu vurğulayıb.

Fondun prezidenti İslam və Türk sivilizasiyalarının dünya mədəni irsinə verdiyi töhfələrdən bəhs edib, həmçinin Fondun fəaliyyəti, ICESCO və Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi ilə əməkdaşlığı barədə məlumat verib.

Çıxışının sonunda Aktotı Raimkulova İslam və Türk sivilizasiyalarının irsinin qorunması istiqamətində səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb və əməkdaşlığa görə Forumun təşkilatçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Forum dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, ekspertləri, beynəlxalq təşkilatların, aparıcı universitetlərin, elmi-tədqiqat mərkəzlərinin, muzeylərin və digər qurumların nümayəndələrini bir araya gətirib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib
Məqalədə: #Şavkat Mirziyoyev #Özbəkistan #Səmərqənd #Qafqaz Müsəlmanları İdarəsi #Türk Mədəniyyəti və İrsi Fondu #Daşkənd #Aktotı Rayımkulova #Termez #İslam sivilizasiyası

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46

Son Xəbərlər

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.