7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

​Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərində xüsusi iqtisadi zonaları, istehsal güclərini, bazarları və logistika şəbəkələrini birləşdirəcək ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib.

1 Sentyabr 2026 15:46
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

BAKI,VOA

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətlərində xüsusi iqtisadi zonaları, istehsal güclərini, bazarları və logistika şəbəkələrini birləşdirəcək ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, təklif Bişkekdə keçirilən ŞƏT-in 25 illik yubiley sammitində irəli sürülüb.

Mirziyoyev bildirib ki, təklif olunan xəritə biznes, investorlar və dövlət qurumları üçün vahid rəqəmsal platforma kimi fəaliyyət göstərməli, sənaye imkanlarının müəyyənləşdirilməsinə, istehsalçıların bazarlarla əlaqələndirilməsinə və ŞƏT ölkələrində investisiya layihələrinin həyata keçirilməsinə yardım etməlidir.

“Əsas məqsəd investisiyaların, texnologiyaların və biliklərin sərbəst hərəkət edə biləcəyi, iri infrastruktur və sənaye layihələrinin həyata keçirilə biləcəyi, regionlar, müəssisələr və insanlar arasında birbaşa əlaqələrin genişlənə biləcəyi qarşılıqlı əlaqə və dayanıqlı məkanın yaradılması olmalıdır”, - deyə dövlət başçısı bildirib.

Bu təşəbbüs Özbəkistanın qarşılıqlı əlaqəsi yüksək və dayanıqlı iqtisadi məkanın yaradılmasına yönəlmiş uzunmüddətli “ŞƏT-2040” konsepsiyasının hazırlanması ilə bağlı daha geniş təklifinin bir hissəsidir.

Mirziyoyev həmçinin ŞƏT-in Hökumət Başçıları Şurasına ŞƏT İnkişaf Bankının praktiki fəaliyyətə başlaması ilə nəqliyyat, energetika, sənaye əməkdaşlığı və rəqəmsal infrastruktur sahələrində həyata keçiriləcək layihələr portfelinin seçiminə başlamağı təklif edib.

Məqalədə: #Şavkat Mirziyoyev #Özbəkistan #Bişkek #Şanxay Əməkdaşlıq Təşkilatı #ŞƏT #Logistika şəbəkələri #bazarlar #iqtisadi zonaları #Sənaye Əməkdaşlığı Xəritəsi #istehsal güclərini

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Siyasət

Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan

3 Sentyabr 13:34
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur
Digər Dövlətlər

Si Cinpinin Misir səfəri: Çin ABŞ-ın Yaxın Şərqdəki təsirinə meydan oxuyur

2 Sentyabr 10:25

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.