10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

Səudiyyə Ərəbistanının 20 yaşadək futbolçulardan ibarət milli komandası 2027-ci ildə Çində keçiriləcək U-20 Asiya Kubokunun seçmə mərhələsində Qətər üzərində 1:0 hesablı qələbə qazanıb.

7 Sentyabr 2026 10:03

ArabAZ xəbər verir ki,E qrupunun üçüncü və son turunda keçirilən qarşılaşmada Səudiyyə Ərəbistanının qələbə qolunu Talal İbrahim 81-ci dəqiqədə vurub. Bu nəticə komandanın qrupda keçirdiyi üç oyunda üçüncü qələbəsi olub.

Qrupun digər oyununda Oman və Honq Konq 1:1 hesablı heç-heçə edib.

Beləliklə, Səudiyyə Ərəbistanı üç oyundan 9 xalla E qrupunu birinci pillədə başa vurub. Oman 4 xalla ikinci, Qətər 3 xalla üçüncü, Honq Konq isə 1 xalla sonuncu olub. Səudiyyə Ərəbistanı qrup qalibi kimi 2027-ci ildə Çində keçiriləcək final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Səudiyyə Ərəbistanı seçmə mərhələdə ilk oyunda Honq Konqa 2:0, ikinci turda isə Omana 3:2 hesabı ilə qalib gəlib. Qətər isə ilk turda Omana 1:2 uduzub, ikinci turda Honq Konq üzərində 3:0 hesablı qələbə qazanıb.

Seçmə mərhələnin formatına əsasən, hər qrupun qalibi ilə yanaşı, səkkiz qrupda ikinci yeri tutan komandalar arasında ən yaxşı nəticəyə malik yeddi kollektiv də final mərhələsinə vəsiqə qazanacaq. 2027-ci il U-20 Asiya Kuboku Çində keçiriləcək.

Məqalədə: #Qətər milli komandası #Səudiyyə Ərəbistanı U-20 #Qətər U-20 #U-20 Asiya Kuboku 2027 #Səudiyyə Ərəbistanı Qətər oyunu #Asiya Kuboku seçmə mərhələsi #Səudiyyə Ərəbistanı milli komandası #Talal İbrahim #Çin 2027 #futbol üzrə Asiya çempionatı

Mövzu üzrə digər xəbərlər

Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38

Son Xəbərlər

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
18:53
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
18:50
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
18:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.