13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub

İsrail qüvvələri Suriyanın Dəra vilayətindəki Cəmlə kəndinə daxil olduqdan sonra Qolan istiqamətinə geri çəkilib.

10 Sentyabr 2026 18:53
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənubundakı Dəra vilayətinin qərb hissəsində yerləşən Cəmlə kəndinə daxil olub. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, hərbçilər daha sonra ərazidən geri çəkilərək işğal altında olan Qolan istiqamətinə qayıdıblar.

ArabAZ xəbər verir ki, bu hərbi hərəkət İsrailin Baş naziri Benyamin Netanyahunun Suriyanın cənubunda yerləşdirilmiş İsrail hərbçilərinə baş çəkməsindən bir gün sonra baş verib. Dəməşq Netanyahunun səfərini təxribat xarakterli addım və Suriyanın suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır Bunu da oxuyun İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır

İsrail qüvvələrinin Dəra və Qüneytrə bölgələrində hərbi hərəkətləri son dövrdə intensivləşib. Suriya İnsan Haqları Müşahidə Qrupu sentyabrın 9-da bölgədə yeni quru əməliyyatları və hərbi hərəkətlər qeydə aldığını bildirib.

İsrail hərbçiləri 2024-cü ilin dekabrında Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra BMT-nin nəzarət etdiyi ayrılma bölgəsinə daxil olub və Suriyanın cənubunda yeni mövqelər tutublar. İsrail bu addımları sərhəd təhlükəsizliyini qorumaq üçün müvəqqəti tədbirlər kimi əsaslandırır.

Suriya hökuməti və BMT isə İsrailin bölgədəki hərbi mövcudluğunun ölkənin suverenliyini və 1974-cü il qüvvələrin ayrılması haqqında sazişi pozduğunu bildirir. BMT-nin Suriya üzrə araşdırma komissiyası İsrail qüvvələrinin cənub bölgələrində davamlı hərbi əməliyyatlarının mülki əhaliyə təsirindən narahatlığını ifadə edib.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Suriya #Dəməşq #Dəra #Suriya-İsrail münasibətləri #Qüneytrə #Cəmlə #Qolan

Mövzu üzrə digər xəbərlər

Hakan Fidan Suriyaya səfərə gedib
Suriya

Hakan Fidan Suriyaya səfərə gedib

14:59
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Fələstin

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub

12 Sentyabr 19:46
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

12 Sentyabr 13:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14

Son Xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.