Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriyanın paytaxtı Dəməşqdə səhiyyə sisteminin bərpası, tibbi təhsilin yenilənməsi və səhiyyə sahəsində rəqəmsal texnologiyalardan istifadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniyanın KfW İnkişaf Bankı ölkənin səhiyyə sektorunun bərpasına dəstək məqsədilə birgə layihələrin icrasının sürətləndirilməsi və maliyyələşmə ilə bağlı çətinliklərin aradan qaldırılması məsələlərini müzakirə edib.
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan ikitərəfli əlaqələrin gücləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edib.
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya Prezidenti Əhməd əş-Şaraa Almaniya şirkətlərinin nümayəndə heyəti ilə görüşdə ölkənin investisiya və yenidənqurma layihələrinə hazır olduğunu bildirib.
Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib
Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri Qazi əl-Ənzi etimadnaməsini Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şeybanininə təqdim edib.Bu barədə VOA məlumat verir ki,mərasim cümə axşamı Dəməşqdə keçirilib. Əl-Ənzi iyul ayında Səudiyyə Ərəbistanının Suriyadakı səfiri təyin olunub. O, bundan əvvəl Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ərəb Dövlətləri üzrə Baş Departamentinin direktoru vəzifəsində çalışıb.
İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır
Suriya İsrailin davam edən hücumlarına baxmayaraq, diplomatik həll yolundan imtina etmədiyini açıqlayıb. Xarici işlər naziri Əsəd əş-Şeybani İsraillə danışıqların ABŞ-nin vasitəçiliyi ilə aparıldığını bildirib. Onun sözlərinə görə, iyul ayında Suriya ərazisinə 65 müdaxilə qeydə alınıb. Avqustun ilk 18 günündə isə daha 52 belə halın baş verdiyi bildirilir. Dəməşq Qüneytrə vilayətində və paytaxt ətrafında yaşayış evlərinə basqınları tənqid edib. Suriya tərəfinin məlumatına görə, ilin əvvəlindən İsrail hərbçiləri tərəfindən suriyalıların aparılması ilə bağlı 147 hal qeydə alınıb. Onlardan 49 nəfərin hələ də saxlanıldığı bildirilir. Dəməşq bütün bunlara baxmayaraq, qarşıdurmanın danışıqlar yolu ilə həllinə çalışdığını vurğulayır.
İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir
İsrail qüvvələri Suriyanın Qüneytrə vilayətinin Tərəncə kəndinə daxil olub. Hərbçilər kənddə yerləşən yaşayış evlərindən birində axtarış aparıblar. Basqının İsrail qüvvələrinin bölgəyə daxil olması zamanı həyata keçirildiyi bildirilir. Əməliyyatın nəticələri barədə əlavə məlumat açıqlanmayıb. Hadisə İsrailin Suriyanın cənubundakı hərbi fəaliyyətlərinin davam etdiyi bir dövrdə baş verib. Suriya Prezidenti Əhməd əş-Şaraa isə Dəməşqin İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışdığını bildirib. Onun sözlərinə görə, belə bir razılaşma gələcəkdə hərtərəfli sülhə yol aça bilər. Əş-Şaraa eyni zamanda Suriyanın işğal altındakı Colan yüksəkliklərinə hüququndan imtina etməyəcəyini vurğulayıb.
Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım
Suriya Prezidenti Əhməd əş-Şaraa Dəməşqdə restoranda hesabı “Visa” kartı ilə ödəyərək ölkədə beynəlxalq kart sisteminin fəaliyyətinin bərpa olunduğunu simvolik şəkildə nümayiş etdirib. Hadisə uzun illər beynəlxalq sanksiyalar altında qalan Suriyanın qlobal maliyyə sisteminə yenidən inteqrasiyası istiqamətində mühüm addım kimi təqdim olunur.
Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib
Suriya İsrailin müdafiə naziri İsrael Katsın Cəbəl əş-Şeyx bölgəsinə səfərini pisləyib. Dəməşq onun Suriya ərazisinə daxil olmasını qanunsuz adlandırıb. Nazirlik bunu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Suriya Katsın addımının beynəlxalq hüquqa zidd olduğunu bildirib. Dəməşq 1974-cü il qüvvələrin ayrılması haqqında razılaşmanın da pozulduğunu vurğulayıb. Suriya beynəlxalq ictimaiyyəti İsrailin təkrarlanan addımlarının qarşısını almağa çağırıb. İsrail qüvvələrinin Suriya ərazilərindən tam çıxması tələb edilib. Dəməşq İsrail qüvvələrinin əvvəlki ayrılma xəttinə geri çəkilməsini istəyib.
İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Dəməşqin gələcək xarici siyasətinin tam şəkildə Ankaraya bağlı qalacağını düşünmək də doğru olmaz
Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb
Türkiyə ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq barədə qərarını alqışlayıb. Ankara bu addımın Suriyanın iqtisadi dirçəlişi və yenidən qurulması qarşısındakı əsas maneələrdən birinin aradan qaldırılmasına imkan verəcəyini bildirib.
Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail
İsrailin müdafiə naziri İsrael Kats Əbu əd-Duhur bazasının Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarına əsasən vurulduğunu bildirib. İsrail Türkiyənin bazada təhlükəsizlik təhdidi yarada biləcək fəaliyyət planlaşdırdığını iddia edir. Kats hücumdan əvvəl Suriyaya yüksək səviyyədə xəbərdarlıq edildiyini deyib. Türkiyə bu iddiaları rədd edib. Ankara hücumdan əvvəl və hücum zamanı bazada Türkiyə hərbi nümayəndə heyətinin olmadığını açıqlayıb. Suriya da bazada Türkiyə qüvvələrinin yerləşdirilməsi planının olmadığını bildirib. İsrail avqustun 18-də bazaya səkkiz hava zərbəsi endirib və insan tələfatı qeydə alınmayıb. ABŞ isə hücumu lazımsız gərginləşmə adlandıraraq üç ölkə arasında xüsusi əlaqələndirmə mexanizmi yaratmağa çalışır.