10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir

Suriya və Almaniyanın KfW İnkişaf Bankı ölkənin səhiyyə sektorunun bərpasına dəstək məqsədilə birgə layihələrin icrasının sürətləndirilməsi və maliyyələşmə ilə bağlı çətinliklərin aradan qaldırılması məsələlərini müzakirə edib.

8 Sentyabr 2026 12:18

ArabAZ xəbər verir ki,Suriyanın səhiyyə naziri Musab Əl-Əli Dəməşqdə KfW nümayəndə heyətinin rəhbəri Anna-Kristin Yanke ilə görüşüb. Tərəflər səhiyyə sahəsində həyata keçirilən birgə layihələrin maliyyələşdirilməsi mexanizmlərini, onların icrasına təsir edən problemləri və layihələrin sürətləndirilməsi üçün atılmalı addımları nəzərdən keçiriblər.

Musab Əl-Əli bildirib ki, layihələrin sürətləndirilməsi Suriyanın səhiyyə sisteminin bərpasına və tibbi xidmətlərin yaxşılaşdırılmasına kömək edəcək. Onun sözlərinə görə, bu proses ölkəyə qayıdan suriyalılar üçün əlverişli şəraitin yaradılmasına da töhfə verə bilər.

Nazir Almaniya ilə davamlı tərəfdaşlığın qurulmasının, təcrübə mübadiləsinin və beynəlxalq təcrübədən istifadə edilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə Almaniya və Yaponiyanın müharibədən sonrakı bərpa modellərindən yararlanmağın səhiyyə sektorunun gücləndirilməsinə və ölkənin bu sahədə öz imkanlarına daha çox arxalanmasına şərait yarada biləcəyini qeyd edib.

Anna-Kristin Yanke isə KfW-nin razılaşdırılmış layihələrin həyata keçirilməsinə sadiq qaldığını bildirib. O, bankın mövcud çətinliklərin həlli və layihələr üzrə işlərin sürətləndirilməsi istiqamətində Suriya tərəfi ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

KfW Almaniya hökumətinə məxsus inkişaf maliyyə institutudur. Bank dünyanın müxtəlif ölkələrində davamlı inkişaf, ətraf mühitin qorunması, iqlim dəyişikliyi və məşğulluğun artırılması ilə bağlı layihələri maliyyələşdirir.

Qeyd edək ki, avqust ayında Musab Əl-Əli Almaniyanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Markus Hikkenlə də görüşüb. Həmin görüşdə səhiyyə sahəsində Suriya-Almaniya əməkdaşlığının genişləndirilməsi, ölkənin bərpası və davamlı inkişafın dəstəklənməsi məsələləri müzakirə olunub.

Məqalədə: #Almaniya #Suriya #Dəməşq #Səhiyyə layihələri #Musab əl-Əli #KfW İnkişaf Bankı #Suriya səhiyyə sektoru #Suriya-Almaniya əməkdaşlığı #Suriya səhiyyəsinin bərpası #Anna-Kristin Yanke #səhiyyə sektorunun inkişafı #Suriya iqtisadi bərpası #Almaniyanın Suriyaya dəstəyi

Mövzu üzrə digər xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
Digər Xəbərlər

BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib

9 Sentyabr 21:24
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Suriya

Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub

8 Sentyabr 16:28
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
Suriya

BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib

8 Sentyabr 14:09
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04

Son Xəbərlər

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.