5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət-ArabaZ
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

Türkiyə ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq barədə qərarını alqışlayıb. Ankara bu addımın Suriyanın iqtisadi dirçəlişi və yenidən qurulması qarşısındakı əsas maneələrdən birinin aradan qaldırılmasına imkan verəcəyini bildirib.

25 Avqust 2026 10:56
Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

BAKI,VOA, Fərid Mikayılov

Türkiyə ABŞ-nin Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarmaq barədə qərarını alqışlayıb. Ankara bu addımın Suriyanın iqtisadi dirçəlişi və yenidən qurulması qarşısındakı əsas maneələrdən birinin aradan qaldırılmasına imkan verəcəyini bildirib.

VOA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada ABŞ administrasiyasının bu istiqamətdə göstərdiyi iradə və ABŞ Konqresinin prosesə verdiyi dəstək yüksək qiymətləndirilib. Nazirlik həmçinin Suriya hökumətini və xalqını nümayiş etdirdikləri qətiyyətli mövqeyə görə təbrik edib.

Türkiyə XİN bildirib ki, Ankaranın uzun müddətdir dəstəklədiyi bu addım Suriyanın iqtisadi baxımdan bərpası və ölkənin yenidən qurulması qarşısındakı ən böyük maneələrdən birini aradan qaldırır.

Açıqlamada qərarın Suriyanın beynəlxalq ictimaiyyətlə əlaqələrinin gücləndirilməsinə, eləcə də ölkədə təhlükəsizlik və sabitliyin davamlı şəkildə təmin olunması istiqamətində səylərə əlavə təkan verəcəyinə ümid ifadə olunub.

Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti də firavan və sabit Suriyanın qurulması məqsədi ətrafında səylərini birləşdirməyə çağırıb.

Nazirlik eyni zamanda bu məqsədə təhlükə yaradan təcavüzkar addımların dayandırılması üçün beynəlxalq ictimaiyyətin üzərinə düşən məsuliyyəti yerinə yetirməsinin vacibliyini vurğulayıb.

Ankaranın mövqeyinə görə, Suriyanın terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarılması ölkənin beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi, xarici sərmayələrin cəlb edilməsi və yenidənqurma prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə: #Türkiyə #ABŞ #Türkiyə Xarici İşlər Nazirliyi #Ankara #Suriya #Dəməşq #Vaşinqton

Mövzu üzrə digər xəbərlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

19:56
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
Bəhreyn

ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb

19:49
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
Digər Dövlətlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb

18:25

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.