Qəzzanın Səhiyyə Nazirliyi son 48 saat ərzində xəstəxanalara 17 meyitin və 27 yaralının gətirildiyini açıqlayıb. Nazirlik bəzi qurbanların dağıntılar altından çıxarıldığını, digərlərinin isə hələ də dağıntılar altında və küçələrdə qaldığını bildirib.
ArabAZ xəbər verir ki, Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində xəstəxanalara çatdırılanlar arasında beş yeni ölən, əvvəlki yaralardan vəfat edən bir nəfər və dağıntılar altından çıxarılan 11 meyit olub.
Nazirlik bildirib ki, bəzi qurbanlar hələ də dağıntılar altında və küçələrdə qalır. Təcili tibbi yardım və mülki müdafiə qrupları onlara çatmaqda çətinlik çəkir.
Məlumata görə, ötən ilin oktyabrında qüvvəyə minən “atəşkəs”dən sonra Qəzzada 1 344 nəfərin öldüyü və 4 464 nəfərin yaralandığı təsdiqlənib.
Nazirlik həmçinin dağıntılar altından 815 meyitin çıxarıldığını açıqlayıb.