İsrailin Livanın cənubundakı iki əraziyə yeni hava zərbələri endirdiyi bildirilir.
ArabAZ xəbər verir ki, yerli mənbələrin məlumatına görə, zərbələr Sur rayonundakı Əl-Mənsuri və Bint Cübeyl rayonundakı Sərbin qəsəbələrinə endirilib.
Hücumların nəticələri və mümkün itkilər barədə hələlik əlavə məlumat verilməyib.
İsrailin Livanın cənubuna zərbələri bölgədə gərginliyin artdığı bir vaxtda baş verib.
Hadisə ilə bağlı yeni məlumatların daxil olduğu bildirilib.