13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Qətər
Qətər

Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir

Qətər Körfəz ölkələrini vahid turizm vizasının tətbiqini sürətləndirməyə və regionda turizm inteqrasiyasını gücləndirməyə çağırıb.

11 Sentyabr 2026 17:54
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir

Qətər Turizminin sədri Səad bin Əli əl-Xarci Körfəz ölkələrinin turizm sektorunun dayanıqlılığının gücləndirilməsinin və mövcud əməkdaşlıqdan daha inteqrasiya olunmuş, rəqabətqabiliyyətli turizm sisteminə keçidin vacibliyini bildirib.

ArabAZ xəbər verir ki, əl-Xarci Bəhreynin paytaxtı Manamada keçirilən Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin turizm rəsmilərinin 10-cu nazirlər toplantısında çıxışı zamanı birgə turizm paketlərinin hazırlanmasına, vahid Körfəz turizm vizasının tətbiqinin sürətləndirilməsinə və əsas beynəlxalq bazarlarda ortaq tanıtım kampaniyalarının genişləndirilməsinə çağırıb.

Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb Bunu da oxuyun Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb

Onun sözlərinə görə, bu addımlar turistlərin Körfəz ölkələri arasında hərəkətini asanlaşdırmaqla yanaşı, regionun vahid qlobal turizm məkanı kimi mövqeyini də gücləndirə bilər.

Əl-Xarci Dohanın 2026-cı il üçün “Körfəz Turizminin Paytaxtı” seçilməsinin regiondakı turizm istiqamətləri arasında inteqrasiyanın dərinləşdirilməsi üçün mühüm fürsət yaratdığını bildirib. O, bu statusun Körfəz ölkələrinin ortaq mədəni və turizm kimliyinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcəyini qeyd edib.

Qətər rəsmisi Körfəz ölkələrinin beynəlxalq turizm qurumlarında təmsilçiliyinin gücləndirilməsinin də vacibliyini vurğulayıb. Bu çərçivədə Qətərin Səudiyyə Ərəbistanının BMT Turizm Təşkilatının İcraiyyə Şurasına üzvlük namizədliyini dəstəklədiyini açıqlayıb.

Əl-Xarci həmçinin Omanın Cəbəl Əxdər bölgəsinin 2027-ci il üçün “Körfəz Turizminin Paytaxtı” seçilməsi namizədliyinə Qətərin dəstəyini ifadə edib. Onun sözlərinə görə, belə təşəbbüslər KƏŞ ölkələri arasında turizm əməkdaşlığının və inteqrasiyanın gücləndirilməsinə xidmət edir.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Qətər #Doha #Oman #Körfəz Əməkdaşlıq Şurası #vahid turizm vizası #Qətər turizmi #Səad bin Əli əl-Xarci #Körfəz turizmi

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib

12 Sentyabr 22:31
Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb
Qətər

Qətərdə müəllim və tələbələr üçün yeni tədqiqat imkanları yaradılıb

12 Sentyabr 20:37
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qətər

Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib

12 Sentyabr 18:51
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətər

Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi

12 Sentyabr 09:45

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.