Əbu-Dabinin vəliəhdi Şeyx Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan İran Prezidenti Məsud Pezeşkianla regionda gərginliyin azaldılması, sabitliyin gücləndirilməsi və sülh səylərinin dəstəklənməsi məsələlərini müzakirə edib. Görüş Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən XVIII BRICS Sammiti çərçivəsində baş tutub.
ArabAZ xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin WAM xəbər agentliyinin məlumatına görə, görüşdə regional və beynəlxalq proseslər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər regionda mövcud gərginliyin nəzarət altına alınmasına və daha sabit mühitin yaradılmasına xidmət edən səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Şeyx Xalid bin Məhəmməd bin Zayed Al Nəhyan və Məsud Pezeşkian region xalqlarının maraqlarına xidmət edən sülh və inkişaf imkanlarının genişləndirilməsini də müzakirə ediblər.
Görüşdə uzunmüddətli regional təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün gərginliyin azaldılmasına yönəlmiş təşəbbüslərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.