Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Birləşmiş Ərəb Əmirliklərinin Milli Sığorta Şirkəti Daman Əmirlik Qadınlar Gününü qeyd etmək məqsədilə sentyabr ayı boyunca davam edəcək proqram başladıb.
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi BMT Sülhməramlı Əməliyyatlarının Rəhbərləri Seminarı Əbu-Dabidə başa çatıb.
Əbu-Dabidə ROX ADAMAS avtomobillərinin istehsalına başlanılıb
Çin avtomobil istehsalçısı ROX Əbu-Dabidə yeni istehsal müəssisəsini istifadəyə verərək ROX ADAMAS avtomobillərinin yerli istehsalına başlayıb.
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
Əbu-Dabidə sentyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərində ilk beynəlxalq peşəkar sumo yarışı keçiriləcək.
Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb
Əbu-Dabidə yerləşən beynəlxalq enerji şirkəti “Mubadala Energy” 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb.Bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi WAM məlumat yayıb. Hesabata əsasən, şirkət idarə etdiyi aktivlər üzrə 1-ci və 2-ci əhatə dairəsinə daxil olan istixana qazı emissiyalarını 30,9 faiz azaldıb. Orta emissiya intensivliyi 12,4 faiz, məşəl qazının intensivliyi isə 33,9 faiz azalıb.
BƏƏ-nin əmlak bazarında on milyardlarla dollarlıq canlanma
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daşınmaz əmlak sektoru 2026-cı ilin birinci yarısında güclü inkişaf dinamikasını qoruyub saxlayıb. Əbu-Dabidə əməliyyatların ümumi dəyərində 112 faizlik artım qeydə alındığı halda, Dubayda ümumi dəyəri 111 milyard BƏƏ dirhəmini (30.2 milyard dollar) ötən 104 layihə tamamlanıb. Şarja, Əcman və Ras əl-Xeymə əmirliklərində də altı ay ərzində yüksək bazar aktivliyi müşahidə olunub. Xarici investisiyalar və investor bazasının genişlənməsi ölkə üzrə əmlak bazarına olan tələbatı gücləndirib. Yerli və beynəlxalq tələbat, müxtəlif əmlak məhsulları və yeni layihələr sayəsində sektor 2026-cı ilin ikinci yarısına möhkəm zəmində daxil olub.
Əbu-Dabi basketbol üzrə ilk Avroliqa Superkubokuna ev sahibliyi edəcək
Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti və Avroliqa Basketbol Təşkilatı Avropa klub basketbolu mövsümünün rəsmi açılışını edəcək yeni turnirin - Avroliqa Basketbol Superkubokunun təsis edildiyini elan ediblər.
İran BƏƏ-yə iki ballistik raket atıb
Birləşmiş Ərəb Əmirlikləri İran ərazisindən ölkəyə doğru iki ballistik raketin buraxıldığını açıqlayıb. BƏƏ-nin hava hücumundan müdafiə sistemləri hər iki raketi aşkarlayıb. Raketlərdən biri ölkənin ərazi sularından kənara düşüb. İkinci raket isə BƏƏ-nin ərazi sularına düşüb. Hadisədən əvvəl sakinlərə mümkün raket təhlükəsi barədə xəbərdarlıq göndərilib. Əhali təhlükəsiz binalara sığınmağa çağırılıb. Müdafiə Nazirliyi ölkənin yüksək hazırlıq vəziyyətində olduğunu və istənilən təhlükəyə cavab verməyə hazır olduğunu bildirib. Sonradan rəsmilər ölkə daxilində vəziyyətin təhlükəsiz olduğunu açıqlayıblar.
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb
Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb. Müdafiə Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi də sakinlərin telefonlarına mümkün raket təhlükəsi barədə xəbərdarlıq göndərib. Əhali dərhal ən yaxın təhlükəsiz binaya sığınmağa çağırılıb. Bu, ölkədə son bir neçə ay ərzində verilən ilk belə xəbərdarlıqdır. İyun ayında yanlış həyəcan siqnalı qeydə alınmışdı, bundan əvvəlki raket xəbərdarlığı isə may ayında edilmişdi. BƏƏ son aylarda dəfələrlə raket və pilotsuz uçuş aparatı təhlükələri ilə üzləşib. Son təhlükənin mənbəyi və mümkün hədəfi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
BƏƏ və ABŞ prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Liderlər Birləşmiş Ərəb Əmirlikləri ilə ABŞ arasındakı əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Tərəflər əlaqələrin qarşılıqlı maraqlar əsasında daha da gücləndirilməsinin yollarını nəzərdən keçiriblər. Telefon danışığında Yaxın Şərqdə baş verən son hadisələr də müzakirə olunub. Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi müzakirə edilən regional məsələlərin təfərrüatlarını açıqlamayıb. Danışıq Hörmüz boğazı ətrafında gərginliyin davam etdiyi bir vaxta təsadüf edib. İran və Oman boğazda kommersiya gəmiçiliyinin bərpası üçün razılaşma üzərində işləyirlər. Tramp isə bir gün əvvəl Omanın bu istiqamətdəki fəaliyyətinə görə Maskata qarşı hərbi gücdən istifadə ilə hədələmişdi.
Pom Klementyeff iki ildən sonra yenidən Əbu-Dabi komiks festivalına qayıdır
Fransız aktrisa Pom Klementyeff gələn ay Əbu-Dabidə keçiriləcək Yaxın Şərq Film və Komiks Festivalında ("Middle East Film and Comic Con") iştirak edəcək. Bu, onun pop-mədəniyyət festivalına ilk gəlişindən iki il sonra əmirliyə növbəti səfəri olacaq. "Marvel" kinokainatının "Qalaktika Mühafizəçiləri" filmlərindəki Mantis obrazı ilə məşhurlaşan Klementyeff sentyabrın 11-13-də "ADNEC Center Abu Dhabi" məkanında baş tutacaq üçgünlük tədbir çərçivəsində sentyabrın 11-i və 12-də pərəstişkarları ilə görüşəcək.
Səudiyyə Ərəbistanı Əbu-Dabinin neft tankerlərinə hücumu pisləyib
Səudiyyə Ərəbistanı Hörmüz boğazından keçən Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft şirkətinə məxsus iki tankerə hücumu pisləyib. Ər-Riyad hücumların İran tərəfindən həyata keçirildiyini bildirib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi hadisəni dəniz nəqliyyatı və qlobal enerji təchizatı üçün birbaşa təhdid adlandırıb. Nazirlik baş verənlərin nəticələrinə görə İranı tam məsuliyyət daşıyan tərəf hesab etdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı etirazını bildirib. Əbu-Dabinin Milli Neft Şirkəti iki gəmisinin Hörmüz boğazından keçərkən hücuma məruz qaldığını təsdiqləyib. Şirkət hadisənin nəzarət altına alındığını açıqlayıb. Hücum Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyi və qlobal enerji təchizatı ilə bağlı narahatlıqları daha da artırıb.