14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

ABŞ prezidenti Donald Tramp isə İranın razılaşma üçün təkid etdiyini bildirərək, Vaşinqtonun maraqlarına cavab verməyən heç bir sənədi imzalamayacağını bəyan edib.

13 Sentyabr 2026 21:59
Tramp İran məsələsində Venesuela variantını istisna etmir

Hörmüz boğazı ətrafında siyasi və diplomatik təmaslar bazar günü əhəmiyyətli dərəcədə intensivləşib. Bir tərəfdən Vaşinqton Tehranla hər hansı razılaşma qarşısında sərt şərtlər irəli sürür, digər tərəfdən isə İran və Oman strateji dəniz dəhlizində gəmiçilik hərəkətini yenidən tənzimləmək üçün diplomatik mexanizmləri işə salır. Oman Sultanlığının yeni dəniz nizamını müzakirə etmək üçün regional toplantıya ev sahibliyi etməyə hazırlaşdığı bildirilir.

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır Bunu da oxuyun ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşma əldə etməyə can atdığını bəyan edib, lakin "əlverişsiz" adlandırdığı heç bir kompromisi qəbul etməyəcəyini və Tehranın heç vaxt nüvə silahı əldə etməsinə icazə verməyəcəyini vurğulayıb. İrlandiyaya səfəri zamanı danışan Tramp Tehranın danışıqlar aparmaq məqsədilə ABŞ-yə "davamlı zənglər etdiyini" bildirərək əlavə edib ki, : "Onlar uyğun bir razılaşmaya gəlməlidirlər. Mən əlverişsiz heç bir sövdələşməyə imza atmayacağam".

Tramp İranla müharibənin cari il ərzində başa çatacağını bir daha proqnozlaşdıraraq, bunun noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl və ya sonra baş verəcəyini istisna etməyib. O, müharibə başa çatan kimi benzin qiymətlərinin kəskin şəkildə ucuzlaşacağını vurğulayıb.

İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran Bunu da oxuyun İran müharibəsi ABŞ-nin müttəfiqlərini silkələyir - Tramp və müttəfiqlər arasında dərin böhran

Trampdan "Venesuela modeli" təhdidi

Vaşinqtonun hesablamalarında iqtisadi maraqların ön planda olduğunu nümayiş etdirən Tramp, ABŞ-nin İrandakı iştirakını davam etdirmək və Venesuelada tətbiq olunan formata bənzər şəkildə ölkənin neftinə nəzarəti ələ almaq ehtimalını irəli sürüb. "Venesueladakı kimi orada qalıb nefti əlimizdə saxlamaq qərarı verməsək, nəticədə İrandan çıxacağıq. Venesueladan gələn ABŞ gəlirləri müharibənin xərclərini dəfələrlə ödəyib". -deyə o qedy edib.

Bu çıxış Hörmüz boğazının qlobal neft və qaz ixracatındakı kritik əhəmiyyəti fonunda əsas təzyiq rıçaqına çevrildiyi məqamda səslənib.

Tehran və Məsqət arasında dəniz razılaşması

İran prezidenti Məsud Pezeşkian isə Tehran və Məsqətin Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı çərçivə sazişinə gəldiyini açıqlayıb. Pezeşkian tərəflərin dəhlizlə bağlı danışıqlar apardığını, konkret fəaliyyət planı müəyyənləşdirdiyini və bazar ertəsi Omanda keçiriləcək nazirlər toplantısında detalların müzakirə olunacağını bildirib.

İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı Bunu da oxuyun İran müharibəsi və Müsəlman Qardaşlar: Körfəzdə sosial etimad sınağı

"Tasnim" agentliyinin məlumatına görə, tərəflər boğaza giriş və çıxış üçün yeni dəniz marşrutları üzərində razılıq əldə ediblər. Lakin bu razılaşma boğazın dərhal açılması anlamına gəlmir, yalnız prosesin hüquqi əsasını qoyur. Pezeşkian boğazın açıq qalmasını ABŞ-nin İrana qarşı tətbiq etdiyi hərbi blokada və hücumları dayandırması şərti ilə bağlayıb. O, görüşün nəticələrinin rəsmiləşdirilməsi üçün Beynəlxalq Dəniz Təşkilatına (IMO) rəsmi məlumat veriləcəyini qeyd edib.

Dəniz marşrutları ətrafında ziddiyyətlər

Danışıqların təfərrüatları göstərir ki, dəniz yollarının bölgüsü ilə bağlı ciddi fikir ayrılığı davam edir. "Tasnim" agentliyi Vaşinqtonun təkid etməsinə baxmayaraq, əldə olunan razılaşmanın cənub marşrutunu bağlı saxlamağı nəzərdə tutduğunu vurğulayır. Tehran gəmilərin keçidi zamanı onunla koordinasiyanın məcburi olduğunu bildirir və boğazda idarəetmə hüququnu qorumağa çalışır.

Bazar ertəsi Omanın Salalə şəhərində İran, İraq və regionun bir sıra digər dövlətlərinin iştirakı ilə Hörmüzdəki tənzimləmələri müzakirə edəcək toplantı planlaşdırılıb. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, iştirakçılara yeni dəniz xəritələri və birgə bəyanat layihəsi təqdim olunacaq, sənədlər isə IMO-ya göndəriləcək. İran tərəfi toplantını Körfəzdə təhlükəsizlik əməkdaşlığı üçün ilkin addım kimi təqdim etməyə çalışır. Lakin regionun bütün ölkələri tədbirə qatılmır; Bəhreyn İranın hücumlarına məruz qaldığını əsas gətirərək toplantıda iştirakdan imtina edib.

Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi? Bunu da oxuyun Tehran rejimi dənizdəki ənənəvi gücünü necə itirdi?

Döyüşlərin mərkəzindəki boğaz və ABŞ blokadası

28 fevralda başlayan müharibədən bəri Hörmüz boğazı ABŞ və İran arasında əsas qarşıdurma meydanına çevrilib. Müharibədən əvvəl dünya xam neftinin və mayeləşdirilmiş təbii qazın (LNG) beşdə birinin daşındığı və gündə təxminən 125 iri ticarət gəmisinin keçdiyi strateji məkanda hərəkət bir neçə onluğa qədər azalıb. Tehran keçən gəmilərdən "xidmət haqqı" almaq və idarəetməni tam leqallaşdırmaq istəsə də, Vaşinqton boğazın birtərəfli nəzarətə keçməsini qəti şəkildə rədd edir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son 60 gün ərzində İrana qarşı tətbiq etdiyi "Polad divar" adlı blokada çərçivəsində təxminən 100 ticarət gəmisinin marşrutunu dəyişdirdiyini və heç bir gəminin icazəsiz zonadan keçmədiyini bəyan edib. İyul ayının ortalarından bəri bərpa olunan sanksiyalar və dəniz blokadası səbəbindən İranın xam neft ixracı tamamilə dayanıb. Bu fonda Hörmüz üzərindəki danışıqlar təkcə naviqasiya nizamlanması deyil, bütövlükdə müharibənin başa çatması şərtləri üzərində gedən həlledici mübarizə kimi dəyərləndirilir.

Məqalədə: #Donald Tramp #Məsud Pezeşkian #Məsud Pezeşkian kimdir? #Mesud Pezeşkian #Donald Tramp Ukrayna müharibəsi haqqında #Donald Tramp 2025 siyasəti #Hörmüz boğazı #Yusif Pezeşkian #İran Hörmüz boğazı yaxınlığında genişmiqyaslı raket sınaqları keçirib #Hörmüz boğazında İran raket təlimi: bölgədə gərginlik yenidən yüksəlir #Tehran: Hörmüz boğazına nəzarət qlobal enerji balansına təsir göstərir #Zəhra Pezeşkian #ABŞ-dan İrana Hörmüz boğazı ilə bağlı sərt xəbərdarlıq #Hörmüz boğazında gərginlik: İran hərbi təlimlərə başlayır #ABŞ: İran Hörmüz boğazında neft tankerinə müdaxilə edib #ABŞ: İran Hörmüz boğazında tankerə dayanma əmri verib #Hörmüz boğazı və neft təhlükəsi: İranla müharibənin bədəli #Hörmüz boğazında hibrid təlimlər başladı #Hörmüz boğazı bağlana bilər? Tehrandan sərt xəbərdarlıq #SEPAH Hörmüz boğazında 24 saat müşahidə #Dünya neft yolu təhlükədə? Hörmüz boğazında gərgin saatlar #Hörmüz boğazının neft ixracatındakı strateji rolu #Hörmüz boğazının açarı və 19 milyon barrel: Enerji bazarlarının gələcəyi #Donald Tramp: NATO-nun gələcəyi Hörmüz boğazı məsələsindən asılı ola bilər #Donald Tramp Hörmüz boğazı bəyanatı #İran Oman Hörmüz razılaşması #Donald Trump refusal unsuitable Iran deal Strait of Hormuz

Mövzu üzrə digər xəbərlər

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İran

İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib

13 Sentyabr 19:40
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.