13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

Suriyalı məşhur müğənni Əsalə Nəsrinin 15 ildən sonra Dəməşqə qayıdışı və planlaşdırılan konsertləri yeni Suriyada azadlıqların, mədəni müxtəlifliyin və vətəndaşlıq hüquqlarının mühüm sınağına çevrilib.

13 Sentyabr 2026 08:42
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

Suriyanın minilliklərə söykənən zəngin musiqi yaradıcılığı tarixi var. Ötən əsrin 50-ci illərində ölkənin Aralıq dənizi sahilindəki qədim Uqarit şəhərində e.ə. 1400-cü ilə aid mixi yazılı gil lövhələr aşkar edilib. Bu lövhələr arasında yer alan "Nikkala hurri nəğməsi" bəşəriyyətə demək olar ki, tam şəkildə çatmış ən qədim musiqi qeydi (not yazısı) sayılır.

Suriya Prezidenti Əhməd əş-Şəraa çıxışlarında dəfələrlə bu tarixi notdan bəhs edib və 2025-ci ilin noyabrında Vaşinqtona səfəri zamanı onun bir nüsxəsini ABŞ Prezidenti Donald Trampa hədiyyə edib. Suriyalı bəstəkar Malik Cəndəli də "Uqaritdən əks-sədalar" adlı əsəri ilə məhz bu musiqi mirasını üç min ildən sonra yenidən həyata qaytararaq Suriyanın qədim sivilizasiya irsini dünyaya tanıdıb. Lakin inqilabın ilk günlərindən xalqın yanında yer alan Malik Cəndəli ölkəyə qayıdıb doğma şəhəri Homsda konsert vermək istəyərkən, Mədəniyyət Nazirliyinin icazəsinə rəğmən o vaxtkı qubernator tərəfindən "təhlükəsizlik" bəhanəsi ilə tədbiri ləğv edilmişdi. Suriya ictimaiyyətinin yaddaşında silinməz iz qoyan bu qadağa bu gün də təkrarlanması arzu olunmayan bir presedent kimi xatırlanır.

Bu mahnını hər kəs dinləyir, amma mənasını bilmir Bunu da oxuyun Bu mahnını hər kəs dinləyir, amma mənasını bilmir

İndi isə Suriyadakı sonuncu rəsmi konsertindən 15 ildən çox vaxt keçdikdən sonra məşhur suriyalı sənətçi Asala Nəsri Dəməşqə qayıtmağa hazırlaşır. Bu hadisə sadəcə bir müğənninin doğma səhnəsinə qayıdışından daha dərin rəmzi məna daşıyır. Asala qayıdışı ərəfəsində Suriyanın müxtəlif vilayətlərinin musiqi folklorundan qaynaqlanan 14 mahnılıq "Suriya albomu"nu təqdim edərək ictimaiyyəti təəccübləndirib. Hər vilayət üçün ayrıca musiqi rəngi və xarakter seçən sənətçi bu layihə ilə ölkənin bütün bölgələrinə musiqili sevgi məktubu ünvanlayıb. Mədəniyyət Nazirliyi və Sənətçilər Birliyinin təşkilatçılığı ilə sentyabrın 17 və 19-da Dəməşqin "Əl-Feyha" salonunda iki konsert proqramı planlaşdırılıb. İnqilabın ilk illərindən etibarən xalqın tərəfində duraraq rejim mediasının hücumlarına məruz qalan, hətta bir vaxtlar "Hizbullah"ın nəzarətindəki Beyrut hava limanında saxlanılma təhlükəsi ilə üzləşən sənətçinin qayıdışı həm də siyasi bir qətiyyətin təcəssümüdür.

Divaların sənət paralelləri: Aybəniz Haşımova və Asala Nasri Bunu da oxuyun Divaların sənət paralelləri: Aybəniz Haşımova və Asala Nasri

Konsert biletlərinin qısa müddətdə tükənməsinə və xalqın böyük coşqu ilə bu qayıdışı gözləməsinə baxmayaraq, bəzi dairələr təxribat və nifrət kampaniyasına başlayıb. Dəməşqin bəzi məhəllələrində konsertlərin guya "dini və ictimai dəyərlərə zidd" olduğunu iddia edən vərəqələr yayılıb, tədbirin ləğvi tələb olunub. Bu hal yeni Suriyanın gələcək siması, incəsənət və ictimai həyat üzərində qəyyumluq cəhdlərinin hüdudları ilə bağlı ciddi suallar doğurur. Asalanın qayıdışı bütün vətəndaşlarını qucaqlayan, mənsubiyyətin vahid ideologiya ilə ölçülmədiyi və fərqli baxışların təcrid bəhanəsinə çevrilmədiyi "Yeni Suriya" ideyasının erkən sınağı kimi dəyərləndirilir. Uqaritdən Hələbə, Dəməşqdən sahil və bədəvi çöllərinə qədər uzanan zəngin mədəni irs sübut edir ki, Suriyanı tək bir qəlibə salmaq mümkün deyil.

Bu gün Dəməşqdəki yeni rəhbərlik mühüm bir imtahan qarşısındadır. Xüsusilə hakimiyyətə yaxın bəzi şəxslərin "Sanksiyalar aradan qaldırıldı, bəs bu açıqlıq nəyə lazımdır?" kimi iddialar səsləndirməsi fonunda əsas sual ortaya çıxır: Suriya Prezidenti Əhməd əş-Şərənin bəyan etdiyi kimi bərabərhüquqlu vətəndaşlıq dövləti olacaq, yoxsa daxildəki müəyyən bir qrup ölkəni yalnız öz maraqlarına xidmət edən məkana çevirmək istəyir? Prezident Şərə dövlət idarəçiliyində prioritetləri müəyyənləşdirsə də, dövlətin plüralizmi qorumaq gücü artıq təxirəsalınmaz məsələyə çevrilib. Cəmiyyəti radikal qəliblərə salmaq istəyən, hətta 11 sentyabr terrorunu tərifləyəcək qədər ifrat fikirlər yayan şəxslərin təhriklərini "fikir azadlığı" kimi qələmə vermək olmaz. Asala Nəsrinin konserti yeni Suriyanın öz müxtəlifliyini qoruyub saxlaya biləcəyini yoxlayan ən aydın göstəricidir. İlk musiqi notunu üç min il əvvəl yazmış Suriyanın öz kimliyini xatırlamaq üçün heç kimin diktəsinə ehtiyacı yoxdur.

Məqalədə: #Hondurasda fələstinli siyasətçilər Nasri Asfura və Salvador Nasralla #Mədəni müxtəliflik #Nasri Asfura kimdir #Nasri Asfura: Tegusigalpadan prezidentliyə #Asala Nasri #Asala Nasri kimdir? #Nikkala #Damascus concert #Syria culture #Ahmed al-Sharaa #Dəməşq konserti #Uqarit musiqisi #Malik Cəndəli #Əl-Feyha salonu #Suriya albomu #Malek Jandali #Yeni Suriyada sənət azadlığı necə qorunacaq?

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12 Sentyabr 12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12 Sentyabr 12:23

Son Xəbərlər

Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
İraq PUA hücumundan sonra İranla sərhəd keçidlərini yenidən açır
13:16
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
İordaniya sərhədində narkotik daşıyan şarlar ələ keçirilib
13:02
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.