12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

Beynəlxalq ictimaiyyət Husilərin İran dəstəyi ilə törətdiyi cinayətləri tanımalı, cinayətkarları məsuliyyətə cəlb etməli və eyni zamanda bütün tərəfləri əhatə edən real siyasi prosesi irəli sürməlidir

12 Sentyabr 2026 12:23
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

Yəmən 2014-cü ildən bəri davam edən müharibədə dağıdılıb. Bu müharibənin ən böyük səbəblərindən biri İranın açıq şəkildə dəstəklədiyi Husi terror qruplaşmasıdır. Təəssüf olsun ki , bir çox halda bu terror qruplaşmasına , “üşyançı, müqavimət dəstəsi, İslam ordusu” kimi səhv anlanlar verilir. İran rəsmiləri hər dəfə “bizim Husilərlə heç bir əlaqəmiz yoxdur” deyə bəyanat versə də, faktlar bunun tam əksini göstərir. Birləşmiş Millətlər Təşkilatının ekspert qrupları dəfələrlə təsdiqləyib ki, Husilərin istifadə etdiyi ballistik raketlər və dronlar İran istehsalıdır və bu silahlar BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsinə zidd olaraq Yəmənə göndərilir.

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb? Bunu da oxuyun SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

İranın bu dəstəyi sadəcə silah göndərməkdən ibarət deyil. İranın İnqilab Keşikçiləri Korpusu Husilərə hərbi təlim keçir, kəşfiyyat məlumatı ötürür və onların döyüş taktikasını formalaşdırır. Yəmən Milli Müqavimət Qüvvələrinin sözçüsü Sadiq Düveyidin sözlərinə görə, İranın Bəndər-Abbas limanı vasitəsilə Husilərə 13-dən çox silah və raket partiyası göndərilib. Buraya raketlər, silahlar, hərbi istehsal üçün kimyəvi maddələr və qazlar daxildir. İran həmçinin Cibuti, Afrika Buynuzu ölkələri və Ərəbistan yarımadasının cənubunda tranzit mərkəzləri yaradaraq beynəlxalq dəniz nəzarətini yayındırmağa çalışır.

Bütün bunların nəticəsini Yəmənin adi vətəndaşları - xüsusilə qadınlar və uşaqlar - çəkir.

Husi terrorçularının insan haqları pozuntuları

Yəmən Hüquq və Azadlıq Şəbəkəsinin hesabatına görə, 2025-ci ildən 2026-cı ilin ortalarına qədər Husilər 3.665-dən çox ağır cinayət törədib. Bu cinayətlər beynəlxalq hüquq baxımından müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirilir. Hesabata əsasən:

486 qətl və 284 yaralanma hadisəsi - hamısı birbaşa Husi milislərinin hücumları nəticəsində
432 qaçırılma və məcburi itkin düşmə - qurbanlar arasında qadınlar, uşaqlar və yaşlılar var
1.974 evə basqın və soyğunçuluq
574 ailənin şikayəti - onların yaxınları Husi həbsxanalarında işgəncəyə məruz qalır

Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir? Bunu da oxuyun Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

Husilər hökumət binalarını həbsxanaya çevirib, orada müxtəlif işgəncə üsulları tətbiq edirlər. Həbs edilənlər əsas hüquqlardan məhrum edilir, humanitar təşkilatlar isə yardım mallarını talan etmək üçün alət kimi istifadə olunur. Beynəlxalq Əfv Təşkilatının məlumatına görə, 2021-ci ildən 2025-ci ilin dekabrına qədər ən azı 69 BMT əməkdaşı Husilər tərəfindən qanunsuz həbs edilib. 2026-cı ilin fevralına olan məlumata görə, hələ də 73 BMT əməkdaşı və onlarla yardım işçisi saxlanılır - onların çoxu ittiham irəli sürülmədən, vəkil və ailə ilə əlaqə imkanı olmadan həbsdə saxlanılır.

Qadınlara qarşı zorakılıq - silah kimi istifadə edilən təcavüz

Husilərin cinayətləri arasında qadınlara qarşı sistemli zorakılıq xüsusi yer tutur. BMT ekspert qrupunun hesabatı göstərir ki, Husilər cinsi zorakılığı “müxaliflərə qarşı strateji silah” kimi istifadə edir. Törədilən vəhşiliklər arasında kişi məhbusların gözü qarşısında onların qadın ailə üzvlərini soyundurmaq, kişi məhbuslara təcavüz etmək kimi hallar var. Keçmiş məhbusların və insan haqları fəallarının sözlərinə görə, həbsdə təcavüz nəticəsində uşaqlar dünyaya gəlib və bəzi körpələr bir ildən sonra analarından ayrılaraq Husi nəzarətində saxlanılır.

Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar Bunu da oxuyun Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar
Husilər həmçinin “Zeynəbiyyat” adlı xüsusi qadın cəza bölməsi yaradıb. Bu bölmə Husi təhlükəsizlik və kəşfiyyat orqanına tabedir, üzvləri evlərə basqın edir, qadınları həbs edir, qadın fəalları və humanitar işçiləri dindirir, ictimai tədbirləri izləyir. Hesabatda qeyd olunur ki, bir çox həbs edilmiş qadın döyülüb, təhqir edilib və Səna kimi yerlərdə qeyri-rəsmi həbsxanalarda saxlanılıb. Bu bölmənin üzvləri İran mütəxəssisləri və Livan Hizbullahı tərəfindən təhlükəsizlik və kəşfiyyat təlimi alır - o cümlədən yerində izləmə, məlumat toplama və dindirmə texnikası. BMT hesabatı bu bölməni “müxalifləri qorxutmaq və müstəqil qadın səslərini susdurmaq üçün effektiv repressiya aləti” adlandırır.

Uşaq əsgərlər və təhsil sisteminin hərbiləşdirilməsi

Husilər uşaqları kütləvi şəkildə hərbi xidmətə cəlb edir. Yəmənli insan haqları fəalı Hüda Sələrinin sözlərinə görə, BMT hesabatı 2024-cü ilin ilk yarısında Husilərin 3.298 uşaq cəlb etdiyini qeydə alıb. BMT mənbələri 2023-cü ilin sentyabrından 2024-cü ilin iyuluna qədər 142 uşaq cəlb etmə halını təsdiqləyib, eyni zamanda 75 cəlb edilmiş uşağın hərbi əməliyyatlarda öldüyü, birinin yaralandığı qeydə alınıb.

Cəlb edilən uşaqların rolu döyüşlə məhdudlaşmır - onlar canlı qalxan, casus, mina basdıran, partlayıcı qurğu quraşdıran, kəşfiyyatçı, yemək bişirən və cəbhədə döyüşən kimi istifadə olunur. BMT hesabatı “Zeynəbiyyat” qurumu vasitəsilə gənc qızların cəlb edilməsi hallarını da qeydə alıb - o cümlədən qaçırılma, təhdid və istismar halları.

Husilərin yay mərkəzləri: Məktəbdən cəbhələrə məcburi keçid Bunu da oxuyun Husilərin yay mərkəzləri: Məktəbdən cəbhələrə məcburi keçid

Husilər məktəbləri, məscidləri və yay düşərgələrini kütləvi ideoloji təbliğat və hərbi təlim üçün istifadə edir. Övladlarını göndərməyən ailələr cəzalandırılır. Bu, bütöv bir nəslin normal təhsil almaq imkanını əlindən alır və onları birbaşa müharibənin qurbanına çevirir.

Narkotik və iqtisadi cinayətlər

Husilərin cinayətləri yalnız fiziki zorakılıqla məhdudlaşmır. İran–Husi oxunun qaranlıq iqtisadi zəncirində narkotik istehsalı və qaçaqmalçılığı da var. İstisnasız olaraq İran nəzarəti altında olan bütün ölkələrdə ilk inkişaf edən səhələrdən biri də, narkotik və gecə həyatı sahəsidir. Buna misal olaraq Əsəd dönəmindəki Suriyanı gətirmək olar. İranın göz bəbəyi sayılan Hizbullah terror qruplaşması Suriyada gecə həyatına nəzarət edirdi.

İran İnqilab Keşikçiləri Korpusu sintetik narkotiklərin istehsalı və qaçaqmalçılığında iştirakda ittiham olunur. İran rəsmən sərt anti-narkotik mövqe tutsa da, beynəlxalq müşahidəçilər və kəşfiyyat hesabatları tamamilə fərqli bir mənzərə ortaya qoyur. İnqilab Keşikçiləri sərhədləri və limanları nəzarət edir, narkotiklərin tranzitinə “vergi” qoymaqla keçid icazəsi verdiyi iddia olunur. 2012-ci ildə ABŞ Maliyyə Nazirliyi İnqilab Keşikçilərinin “Qüds Qüvvələri”nin generalı Qulamrza Baqbanini narkotik qaçaqmalçısı kimi siyahıya alıb. Ona ittihamlar arasında Əfqan qaçaqmalçılarının İran vasitəsilə narkotik daşımasına icazə vermək, bunun müqabilində Talibana silah göndərmək var. Narkotik ticarətindən gələn gəlirlərin Hizbullah və İraq, Suriya milisləri də daxil olmaqla regional terror şəbəkələrini maliyyələşdirdiyi bildirilir. Son illərdə İnqilab Keşikçilərinə bağlı tədqiqat mərkəzlərinin kütləvi şəkildə sintetik fentanil və medetomidin kimi maddələri araşdırdığına dair narahatlıqlar var -bunlar təkcə qanunsuz bazara deyil, həm də hərbi məqsədlərlə “iflicedici” kimyəvi silah kimi istifadə oluna bilər.

Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri Bunu da oxuyun Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri

Yəməndə isə Husilər iqtisadiyyatın əsas qan damarlarını ələ keçirib. Hesabatlara görə, Husilər neft məhsulları - dizel, benzin, kerosin - ticarətini monopoliyalaşdırıb və onları qara bazarda real dəyərindən 10 dəfə baha qiymətə satır. Bu monopoliya minlərlə iqtisadi fəaliyyətin dayanmasına, kənd təsərrüfatı nasoslarının işləməməsinə, balıqçılıq əməliyyatlarının azalmasına, müəssisələrin bağlanmasına və işçilərin ixtisarına səbəb olub. Nəticədə ərzaq qiymətləri nəqliyyat xərclərinin artması səbəbindən kəskin şəkildə qalxıb.

Eyni dövrdə Husi nəzarətində olan ərazilərdə cinayət halları 68% artıb, 31.000-dən çox cinayət qeydə alınıb. Bu göstərir ki, Husi hakimiyyəti nəinki təhlükəsizlik təmin etmir, həm də cəzasızlıq mühiti yaradaraq mütəşəkkil cinayətkarlığın kök salmasına şərait yaradır.

Humanitar yardımın talan edilməsi

Husilər humanitar yardım zəncirini sistemli şəkildə ələ keçirib. Köçkünlər, BMT-nin yerində müşahidəçiləri və yardım işçilərinin Reuters agentliyinə verdiyi məlumata görə, Husi nəzarətində olan yardım siyahılarında çoxlu sayda mövcud olmayan adlar və ya “kabus benefisiarlar” var, əslində yardımı isə Husi milisləri və tərəfdarları alır. Bir yardım işçisinin sözlərinə görə, Husi nəzarətində yardım almaq üçün qeydiyyatdan keçən təxminən 9 milyon insandan “5 milyonunun kim olduğunu bilmirik”.

Ümumdünya Ərzaq Proqramı 2023-cü ildə Husi nəzarətində olan ərazilərdə ərzaq paylanmasını dayandırıb - səbəb Husilərlə yardım alanların dəqiq müəyyən edilməsi barədə razılığa gələ bilməmək olub. Husilər həmçinin ərzaq təhlükəsizliyi məlumatlarının toplanmasına nəzarət edir, məlumat toplayanları özləri seçir və hansı ailələrin sorğuya cəlb olunacağını müəyyən edir - beləliklə aclıq problemini şişirdərək daha çox humanitar maliyyə əldə edirlər.

Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik Bunu da oxuyun Bəsic etiraz edir - Xameneinin səsini eşitmək istəyirik

BMT-nin üçüncü tərəf monitorinq şirkətinin işçiləri Husi hakimiyyətinin qisasından qorxaraq işlərini yerinə yetirə bilmir. Əsas monitorinq şirkəti Prodigy Systems-in baş direktoru Adnan Halaçi 2023-cü ilin yanvarında ofisindən aparılıb, təkadamlıq kamerada saxlanılıb və xarici ölkələr üçün casusluqda ittiham olunub. 2024-cü ilin iyununda ölüm cəzasına məhkum edilib, sonra cəza 15 il həbsə çevrilib.

Jurnalistlərə və insan haqları müdafiəçilərinə qarşı repressiya

Husilər jurnalistlərə, media işçilərinə və insan haqları fəallarına qarşı genişmiqyaslı təqib və həbs kampaniyası aparır. Yəmən Hüquq və Azadlıq Şəbəkəsinin hesabatına görə, bu repressiya bir çox insanı Husi nəzarətində olan ərazilərdən qaçmağa məcbur edib, nəticədə müstəqil media demək olar ki, tamamilə yox olub, pozuntuların qeydə alınması yalnız həyatlarını riskə ataraq gizli fəaliyyət göstərən müşahidəçilər hesabına mümkün olur.

2025-ci ilin mayında Husilər Hudeydə şəhərində altı jurnalist və ya media fəalını həbs edib. Husi nəzarətində olan Səna Xüsusi Cinayət Məhkəməsi jurnalist Məhəmməd Mayahini “yalan və ya yanıltıcı məlumat yaymaq” ittihamı ilə bir il yarım həbs cəzasına məhkum edib. Həmin ilin mayında Husi faktiki hakimiyyəti Sənada bütün media və məzmun yaradıcılarının əvvəlcədən onların nəzarətində olan Məlumat Nazirliyindən icazə almadan çəkiliş və müsahibə aparmasını qadağan edib.

İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır Bunu da oxuyun İranın ərəb və İslam dünyası ilə qarşı-qarşıya qoyulması ssenarisi hazırlanır

2025-ci il sentyabrın 25-də Husilər insan haqları vəkili Əbdül Məcid Səbranı sosial mediada 1962-ci il 26 sentyabr inqilabının xatirəsinə aid paylaşım etdiyi üçün qanunsuz həbs edib. Həmin inqilabın ildönümünü qeyd edən şimal əyalətlərində Husilər yoxlama məntəqələrində insanları saxlayıb telefonlarını yoxlayır və xatirə tədbirləri ilə bağlı məzmun axtarır - onlarla insan bu səbəbdən həbs edilib.

Beynəlxalq Əfv Təşkilatı qeyd edir ki, 2025-ci ildə Husilər tərəfindən həbs edilən onlarla Yəmən və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatının əməkdaşı hələ də ittiham irəli sürülmədən, vəkil və ailə ilə lazımi əlaqə imkanı olmadan saxlanılır. Husilər tərəfindən həbs edilən Ümumdünya Ərzaq Proqramının bir yardım işçisi 2025-ci il fevralın 11-də həbsdə dünyasını dəyişib.

İranın Husilərə dəstəyi strateji baxımdan böyük bir səhvdir. Bu səhv təkcə Yəmən xalqına ağır fəlakət gətirməklə kifayətlənmir - İranın öz maraqlarına da ziyan vurur.

Birincisi, İran Husiləri regional oyununda piyada kimi istifadə edərək Yəmən vətəndaş müharibəsini regional proxy müharibəsinə çevirib. Səudiyyə rəhbərliyindəki koalisiyanın müdaxiləsi, Bal-əl Məndıəb boğazının gəmiçilik təhlükəsizliyinin təhlükə altına düşməsi, Qırmızı dəniz gərginliyinin davam etməsi İranın müdaxiləsi ilə sıx bağlıdır.

İkincisi, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunan bir silahlı qrupu dəstəkləmək İranı beynəlxalq arenada daha da təcrid edir. Husilərin vəhşilikləri - cinsi zorakılıqdan uşaq əsgərlərə, narkotik qaçaqmalçılığından iqtisadi talançılığa qədər - İranın “müqavimət oxu” narrativində danılmaz bir ləkəyə çevrilib.

Üçüncüsü, Husilərin İran dəstəyi ilə dəniz boğazına nəzarəti qısa müddətdə Tehran üçün strateji üstünlük yaratsa da, uzunmüddətli perspektivdə bütöv bir ölkənin dağılması hesabına qazanılan bu təsir İrana qarşı istifadə ediləcək.

Yəməndəki humanitar fəlakət artıq çox uzun sürüb. Beynəlxalq ictimaiyyət Husilərin İran dəstəyi ilə törətdiyi cinayətləri tanımalı, cinayətkarları məsuliyyətə cəlb etməli və eyni zamanda bütün tərəfləri əhatə edən real siyasi prosesi irəli sürməlidir ki, Yəmən xalqı - xüsusilə müharibədə ən böyük əziyyəti çəkən qadınlar və uşaqlar - yenidən ləyaqət və sülhə qovuşa bilsinlər.

Məqalədə: #Güllük Limanı #Yəmən #Maliyyə dəstəyi #Yəməndə Husiilər 2025 #Yəmən atəşkəsi pozuldu #Yəməndə daxili münaqişələr #Yəməndə Husiilərin hərbi strategiyası #Yəmən münaqişəsi #Yəməndə vətəndaş müharibəsi #Yəməndə terror təşkilatları #Yəməndə uşaq əsgərlər #Yəməndə mülki vətəndaşlara hücumlar #Husilər kimlərdir və Yəməndə necə hakimiyyətə gəldilər? #Yəməndə vətəndaş müharibəsinin səbəbləri nələrdir? #Husilər Yəmənin sabitliyini necə pozurlar? #Husilər Yəməndə insan haqlarını necə pozurlar? #İsrail-HƏMAS müharibəsi və Yəmən reaksiyası #İran dəstəyi #Husilərin istifadə etdiyi ballistik raketlər #Houthi group #Yəmən vətəndaş müharibəsi səbəbləri #Yemen civil war causes #Iran arms smuggling to Yemen #Yemen war crimes #Zeynəbiyyat

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23
CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib
Səudiyyə Ərəbistanı

CENTCOM komandanı Səudiyyə Ərəbistanına gəlib

11 Sentyabr 19:47
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20

Son Xəbərlər

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
12:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.