Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
ABŞ səfirliyi isə Yəmən hökumətinin və Səudiyyənin özünü müdafiə hüququnu tam dəstəklədiyini bəyan edib.
Yəmən husi terrorçularından təmizlənir
Yəmən Silahlı Qüvvələri husilərin başlatdığı son hərbi eskalasiyanın altıncı günündə genişmiqyaslı əks-hücum əməliyyatlarını genişləndirərək strateji mövqeləri azad edib.
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
Yəmən Silahlı Qüvvələri husilərin başladığı eskalasiyanın beşinci günündə genişmiqyaslı əks-hücum əməliyyatlarına start verib.
Yəmən husilərdən təmizlənir - qubernator
Hüdeydə vilayətinin qubernatoru doktor əl-Həsən Tahir "Əş-Şərq əl-Əvsət" nəşrinə müsahibəsində Yəmən ordusunun Qərb sahili boyunca əks-hücuma keçərək irəlilədiyini bəyan edib.
Yəmən İŞİD terror təşkilatının rəsmi sözçüsünün məhv edildiyini açıqlayıb
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Qanuniliyi Dəstəkləyən Koalisiya qüvvələri və Yəmənin "Qüvvə 22" terrorla mübarizə bölməsinin birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının rəsmi sözçüsü "Əbu Hüzeyfə əl-Ənsari" ləqəbli terrorçu zərərsizləşdirilib. Həzrəmovt vilayətinin Seyun şəhərində həyata keçirilən kəşfiyyat yönümlü əməliyyat təşkilatın əsas simalarından birinə vurulmuş ağır zərbə kimi qiymətləndirilir.
Yəməndə qanuni hökumət husilərin media təbliğatına son qoyur
Yəməndə son on ilin ən mühüm hərbi inkişafı hökumət qüvvələrinin müxtəlif bölgələrdə və fərqli hərbi birləşmələr vasitəsilə husi silahlılarına qarşı "dron" (pilotsuz uçuş aparatı - PUA) tənliyini dövriyyəyə buraxması oldu. Bu addım təkcə yəmənlilərin döyüş ruhunu yüksəltmək və husi tərəfdarlarını təşvişə salmaqla qalmayıb, havadan qurudakı vəziyyətə birbaşa təsir göstərərək hərbi fərq yaradıb. Hazırda hökumət qüvvələri quruda paralel əməliyyatlara başlayıb.Bu əməliyyatlarda artilleriyadan və müharibənin əvvəlindən bəri ilk dəfə olaraq Yəmən hərbi hava qüvvələrindən istifadə olunur.
Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?
Yəmənin ötən 20-ci əsrin ikinci yarısı boyunca və 21-ci əsrin ilk dörddəbirinə qədər gördüyü bütün müharibələr tarixində heç vaxt on minlərlə mülki şəxsin, o cümlədən çox sayda uşağın və hətta gənc qadının hazırda davam edən qanlı müharibənin alovuna atıldığı görünməmişdir.
Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar
Sananın dövlət məktəblərindən birinin həyətinin bir küncündə, qara libaslı bir qadın dayanıb. O, bir vaxtlar oğlunu burada səhər sırasına düzülərkən görməyə alışmışdı. Bu gün isə o, bura ana kimi deyil, həyatının qalan hissəsini ayaqda tutmağa çalışan bir təmizlikçi kimi qayıdıb. O, ağır bir sükutla yeri süpürür, sanki həyətin daşlarına pıçıldayır: “Mənim burada bir oğlum var idi; uşaq kimi getdi, meyit olaraq qayıtdı”.
Səudiyyə Ərəbistanı Yəmənin cənubundakı qüvvələri dialoqa dəvət edib
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Yəmənin cənubundakı siyasi və hərbi fraksiyaları “cənub məsələsinə ədalətli həll yollarını müzakirə etmək” məqsədilə Ər-Riyadda dialoqa dəvət edib. Nazirliyin yaydığı bəyanatda bildirilib ki, Səudiyyə Ərəbistanının paytaxtında keçiriləcək konfrans Yəmən Prezident Şurasının sədri Rəşad əl-Əliminin müraciəti əsasında təşkil olunur. Bəyanatda Krallıq bütün tərəfləri “cənub əhalisinin istək və gözləntilərini qarşılayacaq hərtərəfli baxışın formalaşdırılması” üçün danışıqlarda iştirak etməyə çağırıb.
BMT İranı Yəməndə sülh prosesinə dəstəyini davam etdirməyə çağırıb
Birləşmiş Millətlər Təşkilatı İranı Yəməndə vəziyyətin yaxşılaşdırılması və sülh prosesinin irəlilədilməsi istiqamətində BMT-nin rolunu dəstəkləməyə çağırıb. BMT-nin Yəməndə xüsusi elçisi Hans Grundberg bazar ertəsi günü Müsqatda İran Xarici İşlər Naziri Abbas Araqçi ilə görüş keçirib. Grundberg Yəmənlə bağlı vəziyyətin gedişi barədə hesabat təqdim edərək İranın BMT-nin təşəbbüslərinə və sülh prosesinə dəstəyinin vacibliyini vurğulayıb.
Yəmən müharibəsində qalib yoxdur
Ədəndəki beynəlxalq səviyyədə tanınan hökumət dövlət institutlarını bərpa edə bilmir, Sənanı nəzarətdə saxlayan husilər isə idarə etdikləri ərazilərdə sabitlik yarada bilmirlər. İsrailin son hava hücumlarında husilərin rəhbərləri hədəfə alındıqdan sonra, Sənada yeni hökumət formalaşdırılıb. Ədəndə isə Prezidentlik Şurası daxilində fikir ayrılıqları dərinləşib və bu, hökumətin fəaliyyətini zəiflədib.
İsrailin Yəmənə hava hücumu: 9 ölü, 174 yaralı
İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin paytaxt Səna şəhərindəki elektrik stansiyası və yaşayış məhəllələrinə hava hücumları nəticəsində 9 nəfərin həlak olduğunu, 174 nəfərin isə yaralandığını bildiriblər.Husilərin nəzarətində olan SABA xəbər agentliyində yer alan xəbərə görə, dünən İsrail ordusunun Sənaya yenidən hava hücumları təşkil etdiyi bildirilib. Husilərə bağlı Əl-Məsirə televiziya kanalının xəbərində "İsrailin Sənaya yönəlmiş hava hücumlarında Zahban elektrik stansiyası və yaşayış məhəllələri hədəf alınıb." - deyə qeyd edilib.