12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Yəmən
Yəmən

Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı

Yəmən Silahlı Qüvvələri husilərin başladığı eskalasiyanın beşinci günündə genişmiqyaslı əks-hücum əməliyyatlarına start verib.

8 Sentyabr 2026 07:01
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı

Yəmən Silahlı Qüvvələri ötən gün husilərə qarşı hərbi əməliyyatların miqyasını bir neçə cəbhə boyu genişləndirib. Husilərin başlatdığı hərbi eskalasiyanın beşinci günündə qeydə alınan bu nəzərəçarpacaq taktiki dönüşlə hökumət qüvvələri müdafiə və həmlələrin qarşısının alınması mərhələsindən qruplaşmanı təqib etmək və yeni əraziləri azad etmək fazasına keçib.

Yəmən husilərdən təmizlənir - qubernator Bunu da oxuyun Yəmən husilərdən təmizlənir - qubernator

ArabAZ xəbər verir ki, ən mühüm irəliləyiş Cəvf vilayətində qeydə alınıb. Hökumət qüvvələri vilayətin azad edilməsi məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlayıb. Hücum nəticəsində strateji əl-Ləbnət hərbi bazası, onun ətraf əraziləri və əl-Həzm şəhərinin şərqində yerləşən bir sıra digər yüksəkliklər Tehranın dəstəklədiyi husilərdən təmizlənib. Cəbhədən daxil olan məlumatlarda husilərin sıralarında kütləvi qaçışların baş verdiyi və xeyli sayda silahlı yaraqlının əsir götürüldüyü bildirilir.

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi Bunu da oxuyun Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

Bununla yanaşı, ordu qüvvələri əl-Beyda vilayətində yeni cəbhə xətti açıb. Əz-Zahir cəbhəsində həyata keçirilən xüsusi əməliyyat zamanı Heyd əl-Xəzzan və əl-Füleyhan yüksəklikləri azad edilib, bölmələr ən-Nasifə bölgəsi istiqamətində irəliləyişi davam etdiriblər. Bu istiqamətdə də qruplaşma sıralarında sürətli geri çəkilmələr müşahidə olunur.

Bu proseslər Qərb sahili və Taiz cəbhələrində - xüsusən əl-Bərh, Məqbənə, Suqm və əl-Kədhə istiqamətlərində şiddətli toqquşmaların davam etdiyi vaxta təsadüf edib. Hərbi mənbələrin verdiyi məlumata görə, həmin ərazilərdəki toqquşmalarda da husilər onlarla ölü və yaralı itkisi veriblər.

Məqalədə: #Yəmən #Husilər #Yəmən atəşkəsi pozuldu #Yəmən humanitar böhranı 2025 #Yəmən sülh danışıqları 2025 #Yəmən münaqişəsi #İran və Husilər #Husilərin ideologiyası #Husilər və İran əlaqələri #Husilər və beynəlxalq ticarət #Husilər və ABŞ münasibətləri #Yəmən və beynəlxalq təhlükəsizlik #Husilərin hərbi strategiyası #Husilər məktəbləri və təhsili niyə hədəf alırlar? #ABŞ-ın Yəməndə Husilərə hücumu #İranın Yəməndə husilərə dəstəyi #Husilərə qarşı ABŞ hərbi əməliyyatı 2025 #İranın dəstəklədiyi husilər #Yəməndə husilərə qarşı əməliyyat #Husilərin hücum cəhdi #Yəmən ordusu #Yəmən ordusu artilleriya və hava hücumları #Yemeni armed forces launch massive offensive to liberate Al-Jawf

Mövzu üzrə digər xəbərlər

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

16:25
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

11 Sentyabr 12:20

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.