13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Yəmən
Yəmən

Yəmən husilərdən təmizlənir - qubernator

Hüdeydə vilayətinin qubernatoru doktor əl-Həsən Tahir "Əş-Şərq əl-Əvsət" nəşrinə müsahibəsində Yəmən ordusunun Qərb sahili boyunca əks-hücuma keçərək irəlilədiyini bəyan edib.

7 Sentyabr 2026 13:20
Yəmən husilərdən təmizlənir - qubernator

Yəmənin Hüdeydə vilayətinin qubernatoru doktor əl-Həsən Tahir Yəmən hökumət qüvvələrinin bütün hərbi istiqamətlərdə, xüsusən də Qərb sahili və Taiz cəbhələrində irəliləyiş əldə etdiyini açıqlayıb. Qubernator husilərin hücumlarının dayandırıldığını, artıq onları geri oturtmaq və darmadağın etmək mərhələsinə keçildiyini bildirərək, Hüdeydə vilayətinin və Tihamə Qərb sahilinin tamamilə azad ediləcəyini vurğulayıb.

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb Bunu da oxuyun Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb

ArabAZ xəbər verir ki, cəbhə xəttindən "Əş-Şərq əl-Əvsət" qəzetinə xüsusi açıqlama verən Tahir hökumət qüvvələrinin husilərin əlində olan bir neçə strateji mövqeyi geri qaytardığını və yeni yüksəklikləri nəzarətə götürdüyünü bildirib.

O qeyd edib ki, xüsusi hərbi hissələr azad edilən ərazilərin təhlükəsizliyini təmin edir, digər bölmələr isə hücum əməliyyatlarını davam etdirir. Vilayətin cənubunda döyüş balansının tamamilə dəyişdiyini vurğulayan qubernator: "Biz hazırda husiləri darmadağın etmək və onları mümkün olan ən uzaq nöqtəyə qədər geri çəkilməyə məcbur etmək mərhələsindəyik".-deyə əlavə edib.

Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir? Bunu da oxuyun Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

Husilərin Yəmənin Qərb sahili və Taizdə başlatdığı qurudan hücum eskalasiyası dördüncü gününə qədəm qoyub. Hökumət qüvvələri hücumu dəf etməklə yanaşı, Hüdeydənin cənub-şərqində husi silahlılarını təqib etməyə başlayıb. Döyüşlər zamanı Yəmən Silahlı Qüvvələri əksəriyyəti yetkinlik yaşına çatmayan onlarla husi yaraqlısını əsir götürüb. Hazırda hökumət qoşunları Heys rayonunun şimalından Cərrahi rayonu istiqamətində irəliləməyə davam edir.

Hüdeydənin tam azad edilməsi planı

Tahir strateji əhəmiyyəti, tərəfləri və hərbi miqyası baxımından Qərb sahili cəbhəsini "döyüşlərin anası" adlandırıb. O bəyan edib ki, bu toqquşma yalnız qanuni hökumətlə husilər arasında deyil, birbaşa Yəmənin qanuni hakimiyyəti ilə onun proksi qüvvəsi olan husilər vasitəsilə hərəkət edən İran arasındadır.

Yəmən Silahlı Qüvvələrinin Hüdeydə və Tihamə sahilləri tam təmizlənənədək əməliyyatları davam etdirməkdə qətiyyətli olduğunu bildirən qubernator xəbərdarlıq edib ki, husilərin bu bölgəyə nəzarəti təkcə Yəmən üçün deyil, bütün region və dünya üçün qlobal fəlakətə çevrilə bilər. Hökumət qüvvələri və Birgə Qüvvələr şənbə günü Heys rayonunun mərkəzinin və ətraf kəndlərinin tam azad edildiyini bəyan etmişdilər; mərkəz 2018-ci ildə təmizlənsə də, kənd yerləri uzun illər husilərin nəzarətində qalmışdı. Tahir əlavə edib ki, husilərin Babülməndəb boğazına çıxış əldə etməsi faktiki olaraq İranın nəzarəti deməkdir və bu təhlükəyə qarşı beynəlxalq ictimaiyyət Yəmən hökumətinə dəstək verməlidir.

İranın qərarı və Hörmüzlə əlaqəsi

Hüdeydə qubernatoru husilərin Qərb sahili cəbhəsini açmaq addımının arxasında birbaşa Tehranın dayandığını vurğulayaraq bunun "xalis İran qərarı" olduğunu bildirib. Onun sözlərinə görə, qrup yarana biləcək ağır fəsadları dərk etməsinə baxmayaraq xarici göstərişi icra edib.

Yəmənin xarici işlər naziri Husilərin gərginliyi artırmasında İranı günahlandırdı Bunu da oxuyun Yəmənin xarici işlər naziri Husilərin gərginliyi artırmasında İranı günahlandırdı

Tahir qeyd edib ki, Hörmüz boğazında vəziyyəti mürəkkəbləşən Tehran uzun illərdir can atdığı Babülməndəb boğazına çatmaq və oraya nəzarət etmək planını yenidən işə salıb və husilərə sahilboyu əməliyyata başlamaq əmri verib. Hücumun vaxtı ilə Hörmüz boğazındakı proseslər arasındakı birbaşa bağlılığa diqqət çəkən qubernator ayrılan külli miqdarda maliyyənin, istifadə olunan ən yeni və çeşidli silahların əməliyyatda İranın rolunu açıq şəkildə sübut etdiyini deyib.

790 ailə didərgin düşüb: Humanitar vəziyyət ağırlaşır

Humanitar vəziyyətə toxunan Tahir husilərin raket, dron və minaatan zərbələri nəticəsində çox sayda dinc sakinin həlak olduğunu və yaralandığını, indiyədək 790-dan çox ailənin yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.

Didərgin düşən ailələrin təcili sığınacaq və qidaya ehtiyacı olduğunu bildirən qubernator "Kral Salman adına Humanitar Yardım və Xilasetmə Mərkəzi"nin ilk reaksiya verən qurumlardan olduğunu və bölgədə ərzaq paylanmasına başladığını bildirib. O, Səudiyyə Ərəbistanının çətin anlarda daima Yəmən xalqının yanında olduğunu və bu qardaş dəstəyinin heç vaxt unudulmayacağını ifadə edib.

Tahir BMT-nin Yəməndəki humanitar əlaqələndiricisi Loran Bukera ilə Heys və əl-Himə bölgələrində pisləşən humanitar vəziyyəti müzakirə edib. BMT ofisinin bəyanatına görə, qubernator dinc sakinlərin toqquşma xətlərində tələyə düşdüyünü və vəziyyətin kritik olduğunu vurğulayıb. BMT rəsmisi mülki əhalinin təhlükəsizliyindən ciddi narahatlıq ifadə edərək mülki obyektlərin hədəfə alınmasının yolverilməzliyini xatırladıb.

Heys səfərindən sonra qubernatora hədələr

Tahir Heys rayonuna etdiyi səfərdən sonra husilərdən birbaşa təhdidlər aldığını da açıqlayıb. O bildirib ki, husilər öz tərəfdarları arasında rayonun tamamilə onların nəzarətinə keçdiyi barədə yalan təbliğat aparırdılar. Qubernatorun qəflətən Heys şəhər mərkəzindən videogörüntü ilə çıxış edərək ordunun irəlilədiyini nümayiş etdirməsi qruplaşma daxilində ciddi qəzəb yaradıb və husi rəhbərliyi toplanaraq ondan qisas almaq barədə qərar çıxarıb.

Məqalədə: #Yəmən #Husi #Əbdül-Malik Əl-Husi #Husi liderlərinin həbsi #Yəməndə Husiilər 2025 #Yəmən atəşkəsi pozuldu #Qırmızı dənizdə Husi hücumları #Yəmən humanitar böhranı 2025 #Husiilərin Yəməndə hərbi planları #Yəmən sülh danışıqları 2025 #Səudiyyə Ərəbistanı Yəmən münaqişəsi #Hudeydə #ölən şəxsdən orqan götürülməsi #Netanyahu’nun Somaliland kararı İsrail-Husî çatışmasını etkiler mi? #husi terroru #husilərin əsir götürülməsi #Kral Salman Yardım Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəmən

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb

12 Sentyabr 21:05
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

12 Sentyabr 19:01
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəmən

Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi

12 Sentyabr 16:25

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.