12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Yəmənə hava hücumu: 9 ölü, 174 yaralı

İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin paytaxt Səna şəhərindəki elektrik stansiyası və yaşayış məhəllələrinə hava hücumları nəticəsində 9 nəfərin həlak olduğunu, 174 nəfərin isə yaralandığını bildiriblər.Husilərin nəzarətində olan SABA xəbər agentliyində yer alan xəbərə görə, dünən İsrail ordusunun Sənaya yenidən hava hücumları təşkil etdiyi bildirilib. Husilərə bağlı Əl-Məsirə televiziya kanalının xəbərində "İsrailin Sənaya yönəlmiş hava hücumlarında Zahban elektrik stansiyası və yaşayış məhəllələri hədəf alınıb." - deyə qeyd edilib.

26 Sentyabr 2025 10:34
İsrailin Yəmənə hava hücumu: 9 ölü, 174 yaralı

BAKI, AzerVoice, Nailə Babazadə

İranın dəstəklədiyi Yəməndəki husilər, İsrailin paytaxt Səna şəhərindəki elektrik stansiyası və yaşayış məhəllələrinə hava hücumları nəticəsində 9 nəfərin həlak olduğunu, 174 nəfərin isə yaralandığını bildiriblər.

AzerVoice xəbər verir ki,Husilərin nəzarətində olan SABA xəbər agentliyində yer alan xəbərə görə, dünən İsrail ordusunun Sənaya yenidən hava hücumları təşkil etdiyi bildirilib.

Husilərə bağlı Əl-Məsirə televiziya kanalının xəbərində "İsrailin Sənaya yönəlmiş hava hücumlarında Zahban elektrik stansiyası və yaşayış məhəllələri hədəf alınıb." - deyə qeyd edilib.

Xəbərdə qeyd edilir ki, hava hücumları ilə vurulan məhəllələr Muin, ən-Nahdeyn və Hadde bölgələrində yerləşir.

Husilərə bağlı Yəmən Səhiyyə Nazirliyinin verdiyi açıqlamada İsrailin sözügedən hücumlarında 9 nəfərin öldüyü, 174 nəfərin yaralandığı bildirilir.

Açıqlamada həmçinin qeyd edilib ki, İsrailin hava hücumu baş verdiyi məhəllələrdə axtarış-xilasetmə işləri davam edir.

İsrail ordusunun verdiyi yazılı açıqlamada isə husilərə aid “hərbi hədəflərə qarşı genişmiqyaslı hücum” təşkil edildiyi bildirilib.

Çoxsaylı qırıcı təyyarələrin iştirak etdiyi hücumlarda husilərə məxsus qondarma Baş Qərargah idarəetmə mərkəzinin də hədəf alındığı qeyd olunub.

İsrailin Müdafiə naziri İsrael Katz isə ABŞ-ın X sosial media platformasındakı hesabında Sənaya edilən hücumla bağlı yazılı açıqlama yayıb.

Sənada "husilərə aid çoxsaylı hədəfi" bombaladıqlarını bildirən Katz, çox sayda pilotsuz uçuş aparatı (PUA) və silah anbarlarını məhv etdiklərini iddia edib.

Husilər dünən İsrailin cənubundakı Eylat şəhərinə partlayıcı yüklü PUA ilə hücum təşkil etmiş, nəticədə onlarla insan yaralanmışdı.

Məqalədə: #Yəmən #Yəməndə Husiilər 2025 #Yəmən atəşkəsi pozuldu #Yəməndə daxili münaqişələr #Yəmən humanitar böhranı 2025 #Husiilərin Yəməndə hərbi planları #Yəmən sülh danışıqları 2025 #Yəmən husiləri İsrail hücumu

Mövzu üzrə digər xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib

19:01
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

18:31
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq

İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib

18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
Livan

İsrail Livanın cənubuna yeni zərbələr endirib

18:22

Son Xəbərlər

Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
Qatar Charity 809 milyon riyallıq layihələr həyata keçirib
18:51
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
Neftin 104 dolları keçməsi Misirdə yanacağı bahalaşdıracaqmı?
18:46
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.