ABŞ-də benzin qiymətləri rekord həddə yaxınlaşır
ABŞ-də İran münaqişəsinin enerji bazarına təsiri fonunda Əmək Günü həftəsonunda benzinin qiymətinin rekord səviyyəyə yüksələcəyi gözlənilir.
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrın ortalarında süni intellekt təhlükəsizliyi ilə bağlı ilk xüsusi ikitərəfli danışıqları keçirməyə hazırlaşır və əsas diqqət kiberhücum riskləri ilə əməkdaşlıq imkanlarına yönələcək.
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Donald Tramp Demokratları İran müharibəsində ABŞ-nin uğursuzluğunu istəməkdə ittiham edib və qarşıdan gələn seçkilər fonunda müharibə ilə bağlı ictimai narazılığın artdığını bildirib.
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri Skott Bessent neft bazarında təklif artıqlığı səbəbindən qiymətlərin 40-50 dollara düşə biləcəyini bildirib və İrana qarşı yeni maliyyə sanksiyalarının davam edəcəyini açıqlayıb.
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Washington Examiner nəşrində dərc olunan və son bir il ərzində Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əldə edilmiş tərəqqidən bəhs edən məqaləsini paylaşıb.
Tramp ABŞ-nin silah ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib
Donald Tramp ABŞ-nin silah və sursat ehtiyatlarının azaldığı barədə məlumatları təkzib edib. O, yayılan xəbərlərin “100 faiz yanlış” olduğunu bildirib. Son həftələrdə ABŞ-nin “Tomaqavk”, “Patriot” və “THAAD” sistemləri üçün silah ehtiyatlarının azalması barədə məlumatlar yayılıb. Tramp isə ABŞ ordusunun orta və yüksək səviyyəli döyüş sursatlarının böyük ehtiyatlara malik olduğunu iddia edir. ABŞ Prezidenti silah istehsalının sürətləndirildiyini də açıqlayıb. İranla müharibə bəzi müttəfiqlərə silah tədarükünün gecikməsinə səbəb olub. İsveçrə və Yaponiyaya nəzərdə tutulan bəzi tədarüklərin bir neçə ay təxirə salındığı bildirilir. Tramp müttəfiqlərə silah satışının yenidən başlanacağını açıqlayıb.
Hörmüz boğazından neft daşınması müharibədən əvvəlki səviyyəyə yaxınlaşıb - Tramp
Donald Tramp Hörmüz boğazından neft daşınmasının müharibədən əvvəlki səviyyəyə yaxınlaşdığını iddia edib. Onun sözlərinə görə, hazırda boğazdan gündə təxminən 18 milyon barrel neft keçir. Müharibədən əvvəl bu göstəricinin təxminən 20 milyon barrel olduğu bildirilir. Tramp açıqladığı rəqəmlərin mənbəyini göstərməyib. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, böhranın ən gərgin mərhələsində gündəlik daşınma 5-6 milyon barrelə qədər azalmışdı. ABŞ-nin energetika naziri Kris Rayt isə son göstəricinin 17 milyon barreli keçdiyini açıqlayıb. ABŞ ordusu Hörmüz boğazında dəniz minalarının təmizlənməsi işlərinin tamamlandığını bildirir. İran isə icazəsiz şəkildə boğazdan keçməyə çalışan gəmilərə xəbərdarlıq edir.
Oman sultanı ABŞ və İran arasında gərginlik fonunda Böyük Britaniyaya səfər edəcək
Oman sultanı Heysəm bin Tariq oktyabrın 20-dən 22-dək Böyük Britaniyada dövlət səfərində olacaq. Onu Kral III Çarlz və Kraliça Kamilla Vindzor qəsrində qəbul edəcəklər. Səfərin ətraflı proqramı hələ açıqlanmayıb. Səfər Omanın ABŞ və İran arasında artan təzyiqlərlə üzləşdiyi bir dövrə təsadüf edir. Oman Hörmüz boğazının cənub sahilinə nəzarət etdiyinə görə bölgədə mühüm mövqeyə malikdir. Maskat İranla boğazdan gəmi keçidlərinin idarə olunması məsələsində razılaşma əldə etməyə çalışıb. Donald Trampın ötən ay bununla əlaqədar Omana qarşı hərbi zərbə hədəsi səsləndirdiyi bildirilir. Hörmüz boğazının dünya enerji daşımalarındakı mühüm rolu Omanın diplomatik əhəmiyyətini daha da artırır.
İran ABŞ-də aralıq seçkilərinin nəticəsini gözləyir
Professor Sultan Bərəkət İranın ABŞ-də keçiriləcək aralıq seçkilərinin nəticəsini gözlədiyini bildirib. Tehranın seçkilərdən sonra Vaşinqtonun İran siyasətinin dəyişəcəyinə ümid etdiyi qeyd olunur. Ekspert hesab edir ki, Demokratlar Partiyasının mövqelərinin güclənməsi müharibənin dayandırılması və danışıqların bərpası istiqamətində təzyiq yarada bilər. Bərəkət İranın bu hesablamasını böyük siyasi risk kimi qiymətləndirir. Onun fikrincə, Donald Tramp bu müddətdə əvvəllər gözlənilməyən addımlar ata bilər. Ekspert qarşıdurmanın iqtisadi baxımdan əsas zərərçəkənlərinin Körfəz ölkələri olduğunu bildirir. Bölgə dövlətlərinin altı aydan çoxdur iqtisadi təzyiqlə üzləşdiyi vurğulanır. Bərəkət böhranın həlli üçün Körfəz ölkələrinin İranla birbaşa danışıqlar istiqamətində vahid mövqe ortaya qoymadığını qeyd edir.
Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkə hesabında Hörmüz boğazından neftdaşımalarının bərpa olunaraq günə 18 milyon barrelə çatdığını əks etdirən infoqrafika paylaşıb.
ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
ABŞ-də ölkənin prezidenti Donald Trampın sikkələri dövriyyəyə buraxılıb.Bu barədə ABŞ Zərbxanasının (US Mint) mətbuat xidməti məlumat yayıb.Sikkələri zərbxananın rəsmi internet saytında satışa təqdim olunur. Yüz sikkədən ibarət dəstin qiyməti 154 ABŞ dollarıdır.
BƏƏ Prezidenti Donald Trampla telefon danışığı aparıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.VOA məlumat verir ki,söhbət zamanı tərəflər BƏƏ ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətlərini və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi yollarını müzakirə ediblər.