10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Washington Examiner nəşrində dərc olunan və son bir il ərzində Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əldə edilmiş tərəqqidən bəhs edən məqaləsini paylaşıb.

4 Sentyabr 2026 11:45
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Washington Examiner nəşrində dərc olunan və son bir il ərzində Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əldə edilmiş tərəqqidən bəhs edən məqaləsini paylaşıb.

ArabAZ xəbər verir ki,Uitkoff həmin məqaləsində Azərbaycan və Ermənistan arasında Sülh üzrə Birgə Bəyannamənin imzalanmasından bir il ötürülməsini qeyd edərək, bunu 35 ildən artıq davam edən qanlı qarşıdurmaya son qoyan mühüm nailiyyət adlandırıb. “Prezident Trampın cəsarətli və uzaqgörən liderliyi sayəsində bu gün iki ölkə arasında Sülh üzrə Birgə Bəyannamənin imzalanmasından bir il ötür – bu, həqiqətən də böyük bir nailiyyətdir. Prezident əvvəlki məhdudiyyətləri aşaraq, Azərbaycan və Ermənistan arasında sülhü prioritetə çevirdi”, – deyə Uitkoff yazıb.

O bildirib ki, ABŞ tərəfinin Bakı ilə qarşılıqlı əlaqələri onun 2025-ci ilin martında Azərbaycana səfəri ilə başlayıb. Uitkoffun sözlərinə görə, ilk təmasdan sonra ABŞ-nin Azərbaycanla münasibətlərinə əvvəllər lazımınca diqqətin yetirilmədiyi aydın olub.

Xüsusi nümayəndə qeyd edib ki, Trampın xarici siyasət yanaşması ABŞ-nin maraqlarını irəli aparmaq, o cümlədən uzunmüddətli münaqişələri həll etmək məqsədilə müxtəlif tərəflərlə birbaşa əməkdaşlığa hazır olmaqdan ibarətdir.

Uitkoff həmçinin Azərbaycanın Prezidenti İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirərək, onu sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır olan güclü və qətiyyətli lider adlandırıb. “Prezident İlham Əliyev həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayır. Bu səfər komandamızı tərəqqinin mümkün olduğuna əmin etdi”, – deyə o bildirib.

Uitkoffun sözlərinə görə, əsas praktiki məsələlərdən biri Azərbaycanın Naxçıvana maneəsiz çıxışının təmin edilməsi zərurəti qalırdı. O bildirib ki, bu məsələ uzun müddət yalnız sıfır cəmli ərazi mübahisəsi kimi nəzərdən keçirilib və əlavə edib ki, onun həlli üçün “yeni düşüncə tərzi, yaradıcı həllər və ən başlıcası, liderlik” tələb olunub.

Uitkoff qeyd edib ki, belə liderliyi ilk olaraq Tramp nümayiş etdirib və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə tam hörmətlə yanaşmaq şərtilə onun ərazisindən maneəsiz multimodal nəqliyyat marşrutlarının yaradılmasına dair ABŞ-Ermənistan tərəfdaşlığı olan TRIPP konsepsiyasının meydana çıxması üçün şərait yaradıb. “Tramp nümayişkaranə proses əvəzinə praktiki nəticələrə üstünlük verdi və bu yanaşma özünü doğrultdu”, – deyə xüsusi nümayəndə bildirib.

Onun sözlərinə görə, son bir il ərzində ABŞ əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün Ermənistan və Azərbaycanla əməkdaşlıq edib. Uitkoff həmçinin TRIPP marşrutunun Xəzər dənizi ilə əlaqələndiriləcəyinə, konsepsiyanın isə gələcəkdə Yaxın Şərqdə də inkişaf etdirilə biləcəyinə ümid etdiyini bildirib.

“Bir neçə regionda eyni vaxtda cərəyan edən mürəkkəb münaqişələr dövründə Tramp başqalarının yalnız çıxılmaz vəziyyət gördüyü yerdə sülh və rifaha nail olmağa imkan verən unikal mövqeyini qoruyub saxlayır. Cənubi Qafqaz bu gün daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər”, – deyə Uitkoff sözlərini yekunlaşdırıb.

Məqalədə: #Azərbaycan #ABŞ #Ermənistan #Donald Tramp #sülh #Stiv Uitkoff #Truth Social #Washington #Examiner #Bəyannamə

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
9 Sentyabr 21:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.