İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə iki anlaşma memorandumu imzalayıb.
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Washington Examiner nəşrində dərc olunan və son bir il ərzində Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda əldə edilmiş tərəqqidən bəhs edən məqaləsini paylaşıb.
Rusiya hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik - Paşinyan
Rusiyanın hərbi bazasının Ermənistanda mövcudluğunu həyati əhəmiyyətli hesab etmirik.Ermənistan KİV yayılan məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Bişkekdə keçirilən görüşdə Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində mövcudluğu məsələsi müzakirə olunmayıb.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə dizel yanacağı göndərilib
Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçirilib."Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən verilən məlumata görə, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Rusiya Aİ-yə üzvlük məsələsində Ermənistanla danışıqlar aparmır - Overçuk
Ermənistanın Avropa İttifaqına üzv olması İrəvanın suveren hüququdur və Rusiya bu məsələ ilə bağlı Ermənistanla danışıqlar aparmır.Rusiya KİV-nin məlumatına görə, bunu Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində bildirib.
Ermənistan Aİ-yə üzv olmaq həvəsini itirəcək - Lavrov
Ermənistanın yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzv olmaq istəyi aradan qalxa bilər.Rusiya KİV-nin məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda bildirib.
Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq
Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq.ADY-dən verilən məlumata görə, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan
Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması və TRIPP layihəsi çərçivəsində daxil olmaqla, kommunikasiyaların açılması üzərində işləyir.
Qətər İrəvandan ilk turizm çarter reysini qəbul edib
Qətər bu gün Həməd Beynəlxalq Hava Limanında Ermənistanın paytaxtı İrəvandan gələn ilk istirahət-turizm çarter reysini qarşılayıb. Bu uçuş ölkəyə gələn turist axınının davamlı artımını və turizm mənbəyi olan bazarların şaxələndirilməsini dəstəkləmək məqsədi daşıyır.
Robert Köçəryan həbs edildi
Ermənistanın sabiq prezidenti (1998–2008) Robert Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və vəsaitlərin yuyulmasında ittiham olunur və həbs ediləcək. Avqustun 25-də Köçəryanın ofisinin rəhbəri sabiq prezidentin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyini açıqlamışdı. Oğlu Levon Köçəryan daha sonra atasının iki həftə əvvəl stent qoyulması prosedurundan keçdiyini bildirmişdi
Ermənistanın sabiq prezidenti Robert Köçəryan saxlanılıb
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb. Bir gün əvvəl Levon Köçəryanla Baş nazir Nikol Paşinyan parlamentdə sözlü mübahisə edib. Paşinyan deputatın bütün əmlakını əlindən alacağını və onun həmin əmlakı uşaqlarına və nəvələrinə miras qoymasının mümkün olmayacağını bildirib
Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan
Paşinyan Rusiya ilə münasibətlərin dəyişməsinin qaçılmaz olduğunu bildirib