5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması və TRIPP layihəsi çərçivəsində daxil olmaqla, kommunikasiyaların açılması üzərində işləyir.

1 Sentyabr 2026 14:38
Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

BAKI,VOA

Ermənistan Azərbaycanla dövlətlərarası münasibətlərin qurulması və TRIPP layihəsi çərçivəsində daxil olmaqla, kommunikasiyaların açılması üzərində işləyir.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə keçirilən “ŞƏT+” formatında görüşdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan öz suverenliyini və müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışaraq, ilk növbədə öz regionunda çoxqütblülüyün inkişaf etdirilməsini zəruri hesab edir.

“Qonşularımız İran və Gürcüstanla dostluq münasibətlərimizi dərinləşdirərək, digər iki qonşumuz - Azərbaycan və Türkiyə ilə dövlətlərarası münasibətlərin qurulması yolunda irəliləyirik”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, bu proses ötən il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın dəstəyi və iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin paraflanmasından sonra daha konkret xarakter alıb. “Hazırda biz Azərbaycan və Türkiyə ilə dövlətlərarası kommunikasiyalarımızın açılması, o cümlədən yaxın aylarda ərazidə praktiki icrasına başlanılacaq TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində işləyirik”, - deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyanın sözlərinə görə, layihənin həyata keçirilməsi Xəzər dənizini Aralıq dənizi ilə birləşdirərək, təkcə Şərq-Qərb istiqamətində deyil, həm də Fars körfəzini Qara dənizlə birləşdirən Şimal-Cənub oxu üzrə yeni nəqliyyat imkanları yaradacaq. “Beləliklə, layihənin həyata keçirilməsindən regionun bütün ölkələri qazanacaq”, - deyə o qeyd edib.

Paşinyan həmçinin bildirib ki, Ermənistan çoxqütblü dünya konsepsiyasını bölüşür və müxtəlif güc mərkəzləri ilə münasibətlərin inkişafını öz xarici siyasət strategiyasının bir hissəsi hesab edir.

Məqalədə: #Azərbaycan #Ermənistan #Bişkek #Nikol Paşinyan #TRIPP layihəsi #kommunikasiya #ŞƏT+ #suverenliy #müstəqilliy #çoxqütblülüy

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.