6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə bölgə prezidenti Cio Kristofoli ilə görüşüb. Tərəflər Azərbaycan ilə bp arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığı müzakirə ediblər. Şirkətin muzeylərə, sərgilərə və yaradıcı təşəbbüslərə göstərdiyi dəstək yüksək qiymətləndirilib. Görkəmli mədəniyyət xadimlərinin irsinə dair nəşrlərə verilən töhfə də xüsusi qeyd olunub. Cio Kristofoli Azərbaycanda mədəni layihələrə dəstəyin davam etdiriləcəyini bildirib. Görüşdə tarixi filmlərin çəkilişi sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Adil Kərimli Cio Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanış olmağa dəvət edib. O, həmçinin bp nümayəndəsini Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

3 Sentyabr 2026 18:29
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

BAKI,VOA

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli sentyabrın 2-də bp şirkətinin Xəzər, Mərkəzi Asiya və Türkiyə üzrə bölgə prezidenti Cio Kristofoli ilə görüşüb. Görüşdə mədəniyyət sahəsində mövcud əməkdaşlıq və əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edilib.

VOA xəbər verir ki, Adil Kərimli Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlığın mühüm istiqamətlərindən birinin mədəniyyət sahəsi olduğunu bildirib. Nazir şirkətin Azərbaycanda həyata keçirilən müxtəlif mədəni layihələrə verdiyi töhfəni yüksək qiymətləndirib.

Görüşdə bp-nin muzey və sərgilərin təşkilinə, yaradıcı təşəbbüslərin təşviqinə, eləcə də Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin irsinə həsr olunan nəşrlərin hazırlanmasına göstərdiyi dəstək xüsusi qeyd olunub.

Cio Kristofoli bildirib ki, bp Azərbaycanda mədəniyyət sahəsində müxtəlif layihələrin həyata keçirilməsinə bundan sonra da dəstək göstərməyə hazırdır.

Tərəflər mövcud əlaqələrin daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, tarixi filmlərin çəkilişi sahəsində mümkün əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Adil Kərimli Cio Kristofolini Mədəniyyət Nazirliyinin Yaradıcı Mərkəzi ilə tanış olmağa dəvət edib.

Nazir, həmçinin bp-nin bölgə prezidentini oktyabrın 27-dən 29-dək Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Məqalədə: #Azərbaycan #Mədəniyyət Nazirliyi #Adil Kərimli #bp #mədəni əməkdaşlıq #Bəxtiyar Aslanbəyli #Cio Kristofoli

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.