5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

Suriya Prezidenti Əhməd əş-Şaraa Dəməşqdə restoranda hesabı “Visa” kartı ilə ödəyərək ölkədə beynəlxalq kart sisteminin fəaliyyətinin bərpa olunduğunu simvolik şəkildə nümayiş etdirib. Hadisə uzun illər beynəlxalq sanksiyalar altında qalan Suriyanın qlobal maliyyə sisteminə yenidən inteqrasiyası istiqamətində mühüm addım kimi təqdim olunur.

27 Avqust 2026 14:04
Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

BAKI,VOA, Fərid Mikayılov

Suriya Prezidenti Əhməd əş-Şaraa Dəməşqdə restoranda hesabı “Visa” kartı ilə ödəyərək ölkədə beynəlxalq kart sisteminin fəaliyyətinin bərpa olunduğunu simvolik şəkildə nümayiş etdirib. Hadisə uzun illər beynəlxalq sanksiyalar altında qalan Suriyanın qlobal maliyyə sisteminə yenidən inteqrasiyası istiqamətində mühüm addım kimi təqdim olunur.

VOA xəbər verir ki, Suriya televiziyasının yayımladığı görüntülərdə Prezident Əhməd əş-Şaraanın qədim Dəməşq ərazisində yerləşən restoranda hesabı beynəlxalq “Visa” kartı vasitəsilə ödədiyi əks olunub. Ödəniş zamanı onu Suriya Mərkəzi Bankının sədri Səfvət Raslan müşayiət edib.

ABŞ və Suriya... Daimi tərəfdaşlıq, yoxsa keçici münasibət? Bunu da oxuyun ABŞ və Suriya... Daimi tərəfdaşlıq, yoxsa keçici münasibət?

Əməliyyat Suriyanın qlobal ödəniş şəbəkələri ilə əlaqələrinin bərpasında mühüm mərhələ kimi qiymətləndirilib.

“Visa” şirkəti də əməliyyatla bağlı açıqlama verərək Suriya Mərkəzi Bankı, “Fransabank” və “Paymera” ilə əməkdaşlıq çərçivəsində ölkədə canlı beynəlxalq kart əməliyyatının uğurla sınaqdan keçirildiyini təsdiqləyib.

Şirkətin məlumatına görə, beynəlxalq kart sisteminin fəaliyyətə başlaması Suriyaya səfər edən xarici vətəndaşların ödəniş imkanlarını asanlaşdırmaqla yanaşı, ölkənin qlobal rəqəmsal iqtisadiyyata qoşulmasını da sürətləndirə bilər.

Sanksiyalardan sonra iqtisadiyyatda yeni mərhələ

Maliyyə sistemindəki yenilik ABŞ Maliyyə Nazirliyinin Suriyanı 1979-cu ildən yer aldığı “terrorizmi dəstəkləyən dövlətlər” siyahısından çıxardığını açıqlamasından dərhal sonraya təsadüf edib.

Bu qərar Suriyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində atılan addımlardan biri kimi təqdim olunur və ölkə iqtisadiyyatının beynəlxalq sistemə inteqrasiyası üçün yeni imkanlar yaradır.

Əhməd əş-Şaraa çərşənbə günü keçirilən 63-cü Dəməşq Beynəlxalq Sərgisinin açılışında çıxışı zamanı sanksiyaların aradan qaldırılmasından sonra Suriyanın genişmiqyaslı yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Suriya Prezidenti ölkəsinin keçmişdə olduğu kimi Şərqlə Qərb arasında ticarət dəhlizi və körpü rolunu bərpa etməsini, eyni zamanda regional iqtisadi mərkəzə çevrilməsini qarşıya məqsəd qoyduqlarını vurğulayıb.

Beləliklə, Dəməşqdə Prezidentin “Visa” kartı ilə həyata keçirdiyi simvolik ödəniş yalnız texniki yenilik deyil, Suriyanın uzunmüddətli maliyyə təcridindən çıxaraq beynəlxalq iqtisadi sistemlə əlaqələrini bərpa etmək istiqamətində atdığı addım kimi təqdim edilir.

𝗦𝘆𝗿𝗶𝗮 𝗺𝗮𝗸𝗲𝘀 𝗳𝗶𝗿𝘀𝘁 𝗩𝗶𝘀𝗮 𝗽𝗮𝘆𝗺𝗲𝗻𝘁 𝗶𝗻 𝟭𝟱 𝘆𝗲𝗮𝗿𝘀 𝗮𝗳𝘁𝗲𝗿 𝗨𝗦 𝗱𝗲𝗹𝗶𝘀𝘁𝗶𝗻𝗴

President Ahmad al-Sharaa made a Visa card payment at a shop in Old Damascus, a live international transaction Visa said it tested with Syria's central bank and… pic.twitter.com/gGveg9akq3

— Levant24 (@Levant_24_) August 27, 2026
Məqalədə: #Suriya #Dəməşq #Suriya ABŞ münasibətləri #Əhməd əş-Şəraa #ABŞ sanksiyaları

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19
Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb
Suriya

Suriyada jurnalistlərin informasiya əldə etməsini təmin edən yeni media qanunu hazırlanıb

4 Sentyabr 14:20
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.