Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Şeyx Şahbut bin Nəhyan Al Nəhyan Lesotonun xarici işlər və beynəlxalq münasibətlər naziri Limpho Castis Tau ilə görüşüb.
ArabAZ xəbər veri ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraqlara cavab verən əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub. Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şeyx Şahbut bin Nəhyan BƏƏ-nin Lesoto ilə münasibətləri daha da inkişaf etdirmək və müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək əzmində olduğunu bildirib. Onun sözlərinə görə, bu əməkdaşlıq hər iki ölkənin və xalqlarının inkişafına və rifahına töhfə verəcək.
Limpho Castis Tau isə iki ölkə arasında mövcud münasibətləri yüksək qiymətləndirib və Lesotonun BƏƏ ilə əməkdaşlığı genişləndirməyə, eləcə də tərəfdaşlığı gücləndirməyə sadiq olduğunu vurğulayıb.