Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Sierra Leone prezidenti Julius Maada Bio tərəfindən Qərbi Afrika İnteqrasiya və İnvestisiya Sammitində (WAIIS) iştirak etmək üçün dəvət alıb.
ArabAZ xəbər veri ki, dəvət məktubunu BƏƏ dövlət naziri Şeyx Şaxbut bin Nəhyan Al Nəhyan Abu-Dabidə Sierra Leone-nin BƏƏ-dəki səfiri Raşid Sesay ilə görüşü zamanı qəbul edib.
Sammitin noyabrın 17-18-də Sierra Leonenin paytaxtı Fritaun şəhərində keçirilməsi nəzərdə tutulur.
Görüş zamanı tərəflər BƏƏ ilə Sierra Leone arasında strateji ikitərəfli münasibətləri və qarşılıqlı maraqlar naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.