Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir neçə ay saxlanılan 10 iranlı balıqçı azad edilərək ölkələrinə qayıtmağa icazə verilib. Məlumatı İranın Dubaydakı konsulluğu təsdiqləyib.
ArabAZ xəbər verir ki, İranın dövlətə məxsus “Press TV” kanalının məlumatına görə, balıqçılar mart və aprel aylarında BƏƏ Sahil Mühafizəsi tərəfindən saxlanılıblar.
Məlumata əsasən, qlobal mövqetəyinetmə sistemi (GPS) və gəmilərin izlənilməsi sistemlərində yaranan pozuntular nəticəsində balıqçı qayıqları səhvən BƏƏ-nin ərazi sularına daxil olub.
“Press TV” bu pozuntuları ABŞ və İsraillə İran arasındakı hərbi qarşıdurma fonunda GPS siqnallarına müdaxilə ilə əlaqələndirib. Kanalın məlumatına görə, belə müdaxilələr bir sıra iranlı balıqçıların istiqaməti səhv müəyyənləşdirərək BƏƏ sularına keçməsinə səbəb olub.