11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası BƏƏ
BƏƏ

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

Həmçinin Əlcəzairin fevral ayında 2013-cü il tarixli hava nəqliyyatı sazişini dayandırmaq qərarına toxunan BƏƏ tərəfi uçuşların dərhal dayanmayacağını xatırladıb.

11 Sentyabr 2026 08:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Əlcəzairin iki ölkə arasındakı diplomatik əlaqələri dayandırmaq qərarına rəsmi münasibət bildirərək, bu vəziyyətin müvəqqəti xarakter daşıyacağına ümid etdiyini vurğulayıb. Rəsmi Əbu-Dabi eyni zamanda əlcəzairlilərə və ölkədə yaşayan Əlcəzair icmasının üzvlərinə dərin hörmət və ehtiramını ifadə edib.

ArabAZ xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bütün dövlətlərlə münasibətlərin əhəmiyyəti önə çəkilib və bu əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində ölkənin sadiqliyi təsdiqlənib.

BƏƏ həmçinin Əlcəzair xalqına yüksək qiymət verdiyini, iki xalq arasındakı tellərlə, xüsusən də Əmirliklərdə yaşayan və ya ölkəyə səfər edən əlcəzairlilər vasitəsilə qurulan bağlarla qürur duyduğunu diqqətə çatdırıb. Son statistik məlumatlar açıqlanmasa da, 2020-ci ilin göstəricilərinə görə BƏƏ-də təxminən 30 min Əlcəzair vətəndaşı yaşayırdı.

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi Bunu da oxuyun Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi

Diplomatik əlaqələrin "şifrələrin açılmasını tələb edən tapmacalar və işarələrlə deyil, sağlam düşüncə, qarşılıqlı ünsiyyət və maraqların aydınlığı ilə idarə olunduğunu", – deyə BƏƏ Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bildirib.

Beynəlxalq siyasət və diplomatik fəaliyyətlərlə bağlı tez-tez şərhlər verən Qarqaş "qeyri-müəyyənliyin bir siyasət olmadığını" qeyd edərək, "uğurlu diplomatiyanın mövqelərin aydınlığı, maraqların və fikir ayrılıqlarının düzgün idarə olunması üzərində qurulduğunu", – deyə o əlavə edib.

Xatırladaq ki, fevral ayında Əlcəzair 2013-cü ildə BƏƏ ilə imzalanmış Hava Nəqliyyatı Xidmətləri Sazişinin ləğvi prosesinə başladığını rəsmən bildirmişdi. Lakin Əmirliklər tərəfi sərnişinləri arxayın edərək bu addımın hava hərəkəti əməliyyatlarına dərhal heç bir təsir göstərməyəcəyini bəyan etmişdi.

BƏƏ-nin Baş Mülki Aviasiya İdarəsi isə sözügedən tədbirin beynəlxalq saziş çərçivələrində nəzərdə tutulmuş hüquqi mexanizmlər daxilində atıldığını bildirib.

Məqalədə: #Birləşmiş Ərəb Əmirlikləri #Əlcəzair #Müasir dövrdə də dinar Əlcəzair #Fransanın Əlcəzairdəki cinayətləri #Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) #Birləşmiş Ərəb Əmirlikləri Yəmən #Birləşmiş Ərəb Əmirlikləri bəyanat #Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan #BƏƏ Xarici İşlər Nazirliyi bəyanatı #Ənvər Qarqaş #BƏƏ Əlcəzair diplomatik böhranı #Ənvər Qarqaş açıqlaması #BƏƏ-dəki Əlcəzair icması #UAE responds to Algeria diplomatic severance decision #UAE Ministry of Foreign Affairs statement on Algeria ties #UAE responds to Algeria’s diplomatic cut #UAE praises contributions of Algerian community

Mövzu üzrə digər xəbərlər

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir
Yaxın Şərq

Netanyahu Qəzza müharibəsi ilə bağlı ittihamlar qarşısında özünü hədəf kimi təqdim edir

10 Sentyabr 18:58
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi

10 Sentyabr 15:24
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ

BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi

10 Sentyabr 14:53
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33

Son Xəbərlər

BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.